Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu məsələni faciə kimi qarşılamaq gərəksizdir"- Emil Rasimoğlu -MÜSAHİBƏ

Tarix: 12-08-2019 21:18     Baxış: 2483 A- / A+
Bu məsələni faciə kimi qarşılamaq gərəksizdir"- Emil Rasimoğlu

Son günlər Azərbaycan Yazıçılar Birliyində 13-cü qurultay və yeni sədr məsələsi ilə bağlı namizədliyini irəli sürmüş gənc şair namizədlərlə hazırkı sədr Anar haqqında qalmaqal daha da böyüyür. Gündəmdən düşmür. Məsələyə Xalq yazıçısı Anar da münasibət bildirərək namizədliyini verəcəklərini elan etmiş yazarları tanımadığını deyib. Gənc şairlər isə buna sərt reaksiya veriblər. Namizəd olacağını açıqlayan Prezident təqaüdçüsü Emil Rasimoğlu turkustan.info-ya müsahibəsində gənclər üzrə katib Rəşad Məcidin ittihamlarını qəbul etmədiyini deyib.

Manevr.az həmin müsahibəni təqdim edir:

– Emil bəy, son günlər ölkənin aparıcı xəbər saytlarının gündəmində olan məsələlərdən biri də sizin və digər iki həmkarınızın AYB-nin XIII qurultayında namizədliyinizlə bağlı müzakirələr və ədəbi ictimaiyyətin reaksiyalarıdır. Amma bir sıra ədəbi saytların, özü də AYB ilə yola getməyən saytların sizin namizədlik məsələnizə susqun qalmasını görürük. Sizcə bunun səbəbi nədir? Anardan qorxurlar, yoxsa, sizlə də yola getmirlər?

– Bilirsiniz, əvvəla onu deyim ki, qurultaya namizəd olmaq və bu barədə müzakirələr aparmaq təbii anlayışdı (yetər ki, müzakirələr zamanı qərəz, haqsızlıq olmasın). Bu məsələni faciə kimi qarşılamaq gərəksizdi. Bir sıra saytların susqunluğuna gəldikdə isə bunun səbəbi nə Anar müəllimdən qorxmaqda, nə də mənlə hansısa ədavətdədir. Bunun səbəbi yalnız məqsədsizlikdə, istəklərinin sağlam olmamasındadır. Çünki o tip mətbu orqanlar üçün nəyisə birdəfəlik məhv etmək var, yeniləmək yox…

– Gənclərin nümayəndəsi olaraq AYB-nin XIII qurultayında namizəd olacağınızı deyirsiniz. Amma əksər gənclər sizin namizədlik məsələniz gündəmə gələndən sanki yoxa çıxıb. Mövqe bildirməyiblər. Nə dəstək durublar, nə də əks tərəfi müdafiə ediblər. Bunun səbəbi nədir?

– Çox maraqlı və yerində verilən sualdır. Bu günün ədəbi gəncliyi özünün ən mövqesiz, iradəsiz, içindəki həqiqət qarşısında ixtiyarsız dövrünü yaşayır. Mən tək mövcud məsələ ilə bağlı demirəm. Yeri gəlib, ümumən deyirəm. Adamın bir ictimai mövqeyi olmazmı? Söhbət, doğru, dürüst, ciddi mövqedən gedir. Əlbəttə, olar! Mən demirəm, məni dəstəklə. Qətiyyən! Mən deyirəm ki, öz qulağına pıçıldadığın fikirlərini öz qulağına pıçıldama, çıx açıq-aşkar mövqeyini ifadə et, münasibətini bildir. O münasibət bu və ya digər ədəbi məsələlərdə kimin əlehinə, kimin lehinə olur, qoy olsun! Yetər ki, sən öz həqiqətində, mövqeyində azad ol. Bu gün gəncliyin əksəriyyəti özündə deyil. Mən indi Mikayıl Müşfiqin, Əhməd Cavadın taleyini daha gözəl anlayıram, sözün bütün mənalarında…

– Rəşad Məcidin son açıqlamasına münasibətiniz…

– Rəşad Məcidin açıqlaması ilə tanış oldum, cavab da ünvanladım. Bilirsiniz, öncə onu deyim ki, çox qəribə durumdur. Adam heyrətə gəlir. Məsələnin mahiyyətini əksəriyyət olduğu kimi qəbul etmir.Ya da heç qəbul etmək istəmir. Hərə bir cür şərh verir. Axı, AYB var? Var! Qurultay var? Var! Seçki var? Var! Namizəd olmalıdı? Olmalıdı! Qurultay prosesində ilk tələb olunan AYB üzvlüyündü? Üzvlüyündü! Yaxşı, biz də AYB-nin üzvü olaraq qurultayda namizəd olacağımızı açıqlamışıq. Bundan sonra bu məsələ ilə bağlı münasibət bildirənlərə mətbuat vasitəsi ilə, etik normalar çərçivəsində cavab vermişik. Bu zaman polemika da təbiidir. İndi burada düşmənçilik, ədəbsizlik nədədir axı?! Əgər atılması normal olan hər hansı bir addımı ittiham edib qeyri-normal hesab edirsənsə istənilən halda diktator obrazı yaradırsan.

– Bir çoxları hesab edir ki, Anar yaxşı sədrdir, ətrafı pisdir. Siz necə düşünürsünüz?

-Birsiniz, bu yaxşı və ya pis anlayışı ümumi və nisbi anlayışdır. Sualda paradoksallıq var. Bu gün əgər hər hansı bir işin icrasında çatışmamazlıqlar varsa orada sədr yaxşı, ətraf pis olur?!. Eləcə də əksinə, ətraf yaxşı, sədr pisdir deyə bir səbəb yoxdu. Orada yalnız idarəçilikdə və işin icrasında problem var.

– Rəşad Məcid namizəd olacaq digər iki nəsldaşınızın adını çəkib onların AYB- yə üzvlük haqqı borclarının olmasını vurğulasa da sizin adınızı çəkmədi. Sizin də AYB-yə borcunuz varmı? Əgər varsa AYB-dən çıxarılmaq ehtimalına münasibətinizi bilmək istərdik.

– Açığı bu məsələ ilə bağlı heç danışmaq istəməzdim. Çünki məsələnin mahiyyəti çox kiçikdi. Ancaq indi ki, ictimaiyyətləşib, konkret olaraq fikirimi bildirim. Bilirsiniz, bu demək olar əksər üzvlərə bəllidi; Yəni AYB-yə üzv olan şəxslər var ki, on illərdir üzvlük haqqı vermir, heç üzvlükdən çıxarılmır da. Təbii ki, verilməlidir. Bu öz yerində! Əgər istisna səbəblərdən verilmirsə, axı bunu mətbuatda səsləndirmək nə lazım… Üstəgəl, mözuya aidiyyatı olmayan məsələnin cavabı olaraq… Mənim üzvlük haqqı borcumun olub-olmaması məsələsinə gəldikdə isə dedim axı, əksəriyyətin borcu var, eləcə də mənim. Sağlıq olsun ödənər. Bu səbəbdən AYB-dən xaric edilmək ehtimalına fikirim budur ki, bir yaradıcı adamın digər yaradıcı adama – xüsusən sabahın olacaq gəncliyə – qarşı bu addımı atmağını heç cür təsəvvür etmirəm.

– Sədrlik şanslarınızı necə qiymətləndirirsiniz?

– Biz gəncik! Təvəzökarlıqdan uzaq olsa da deməliyəm. Ruhu, düşüncəsi duru və diri, enerjili gəncik. Həyat istəklərimiz də, mübarizələrimiz də sağlamdı. Bilənlər bilir! Bu baxımdan da əvvəl tutduğumuz yolu, sonra da şansı yüksək dəyərləndirirəm.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar