Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şahlar Əsgərovdan Enerji daşıyıcılarının qiymətinə ELMİ BAXIŞ

Tarix: 01-05-2019 15:29     Baxış: 2452 A- / A+
Şahlar Əsgərovdan Enerji daşıyıcılarının qiymətinə ELMİ  BAXIŞ

Son günlər qaz və elektrik enerjisinin qiyməti ilə bağlı həm parlamentdə, həm də cəmiyyətdə geniş müzakirələr gedir. Yanaşmalar və təkliflər müxtəlifdir. Həm deputatlar, həm də tanınmış ziyalılar elektrik enerjisinə və qaza tətbiq olunan limitin ya tam, ya da qismən qaldırmasını təklifi edirlər.
Ancaq ortada akademik yanaşma yoxdur. Enerjinin qiymət problemi ölkə üçün adi məsələ olmayıb, həyatı əhəmiyyətə malikdir. Ona görə, bu problemi həm də elmi tərəfdən araşdırılması vacibdur. Çünki, yaşadığımız XXI əsrin paradiqması elmdır və belə ciddi problemlər həllində qəbul edilən qərarlar elmi olmalıdır. Bu qüsuru aradan qaldırmaq üçün problemə ekonofizik baxışa ehtiyac vardır. (ekonofizika - iqtisadiyyatın problemlərini həll etmək üçün fiziki nəzəriyyə və metodlardan istifadə edən disiplinlərarası tədqiqat sahəsidir).

Kecən əsrin 60-cı illərində BMT - nin sifarişi ilə aparılan bir elmi araşdırmada əldə edilmişdir ki, istehsal olunan məhsul ilə adam başına istehlak olunan enerji arasında korrelyasiya var. Başqa sözlə hansı ölkədə adambaşına çox enerji istehlak olunursa, həmin ölkədə insanlar daha firəvan yaşayırlar.
Hamı üçün aşkar olan bu elmi nəticənin dəyərini ancaq bəzi ölkələr dərk etdilər və nəticədə inkişaf etmiş ölkələrə çevrildilər. Bu dövlətlərdə başa düşdülər ki, firavan yaşamaq üçün ölkədə enerji bolluğu yaratmaq lazımdır. İdarəetmə, siyasət, iqlim, çoğrafiya, torpaq enerji ilə müqayisədə nisbətən az əhəmiyyətlidir.

Bu dəyərli elmi nəticəni ölkəmizdə də yaymaq üçün zaman – zaman mətbuatda enerji daşıyıcılarının (neft, qaz, elektrik enerjisi) qiymətinə elmi baxışımımı mətbuatda paylaşmışam. Moderator.az 07.12.16 tarixli sayında “Elektrik enerjisinin qiymətinə texnokrat baxışı” və Manevr.az 10.02.18 tarixli sayında “İkisi ilahi, biri texnoloji varlıq” məqalələrimdə göstərmişəm ki, enerjinin qiymətini artırmaq ilk baxışda düz yol kimi görünür, əslində isə bu yol yanlışdır.
Ümumi Daxili Məhsulun (ÜDM) qiymətinin istehlak edilən enerjidən asılılığını daha obyektiv tədqiq etmək üçün dili, dini, ənənəsi, tarixi, coğrafiyası, siyasi quruluşu eyni olan Qətər, Kuveyt, Sudan kimi 15 ərəb dövlətlərində adam başına düşən ÜDM-un istehlak olunan enerjidən asılılığı araşdırılmış və nəticələr qrafik şəklində aşağıda göstərimişdir. Qrafikdən görünür ki, bir qisim ərəb dövlətləri çox zəngin, digər bir qisimi isə çox kasıb yaşayırlar. Necə
deyərlər, Kor-kor, gör-gör .

Qrafikdən görünsə də, bu dövlətlərin bəzilərinin koordinatlarını bir daha göstərək: Qətər (141830$; 14 997 kW saat), BƏƏ (64 674$;11 044 kW saat) , Sudan (4259$; 141 kW saat),Yəmən (3845$; 249 kW saat). Deməli, Qətərdə adam başına 14 997 kW saat enerji hasil edilir və bunun nəticəsində adam başına 141 830 $ ÜDM istehsal olunur. (Bu rəqəm dünyada ən yüksək göstəricidir)! Bu göstəricilər Sudan

Şahlar Əsgərovdan Enerji daşıyıcılarının qiymətinə ELMİ  BAXIŞ


üçün əlçatmazdır. Belə ki, bu ölkədə adam başına istehlak olunan enerji 141 kW saat –dır. Bu səbəbdən də ÜDM-da islam hümmətinə yaraşmayan dərəcədə çox alçaq olub ( 140 $) Qətərdən 1000 ( !!!) dəfə azdır.

Beləliklə, qrafikdən belə bir qanunauyğunluq əldə edilmişdir: istənilən ölkədə istehsal olunan ÜDM ilə, həmin ölkədə adam başına istehlak olunan enerji arasında mütanasib asılılıq var: hansı ölkədə çox enerji istehsal edilirsə, həmin ölkədə insanları daha firavan yaşayırlar. Başqa sözlə, yaxşı yaşamanın sehirli çubuğu enerjidirş
Bu qanunauyğunluğa əsaslanaraq , Tunisdə, yoxsa Əlcəzairdə insanlar yaxşı yaşayırlar?- sualına asanlıqla cavab vermək olar. Əminliklə demək olar ki, Tunisdə insanlar daha yaxşı yaşayırlar, ona görə ki, Tunisdə adambaşına 1200 kWt saat, Əlcəzairdə isə 850 Wt saat enerji hasil edilir.
Son zamanlar sürətlə inkişaf edən dövətlərdən biri Sinqapurdur. Bu ölkədə adam başına 5850 kW saat enerji hasil edilir və adam başına 62 200 $ ÜDM istehsal olunur. Digər misal: Finlandiya ilə Türkiyəni müqayisə edək. Finlandiyada adam başına istehlak enerji (16 160 kW saat) Türkiyədən (2700 kW saat) 5 dəfə çoxdur və bu səbəbdən də finlər türklərdən 3-4 dəfə (!) yaxşı yaşayırlar.

Şübhəsiz, bu sıçrayışın əsas səbəbi enerji bolluğudur. Burda böyük Səməd Vurğun: “Çörək bol olarsa basılmaz Vətən” misraları yada düşür. Müasir dövrün “çörəyi” enerjidir.

Əgər istəyiriksə ki, biz də Sinqapur kimi sıçrayışla inkişaf edək, onda biz də ən azı adam başına 5000 kW saat enerji hasil etməliyik. Şükürlər olsun ki, buna hamıdan çox imkanımız çatar.
Enerji bolluğu yaratmaqla iqtisadi inkişafı asanlıqla təmin etmək olar. Bizim yaxın qonşularımız məhz bu yolla asta-asta gedirlər. Tərs yol dalana dirənən yoldur

Udduğumuz hava və içdiyimiz su Allah neməti olduğundan ödənişsiz olmalıdır ki, Allaha xoş getsin. Əgər su başqa yerdən texniki qurğularla gətrilirsə, ödənişli ola bilər. Ancaq burada qazanc məqsədi güdülməməlidir. Yaddan çıxarmamalıyıq ki, su və hava bizim fiziki varlığımızı və aktivliyimizi təmin edən ilahi varlıqdır. Suyun taleyin məmura tapşırsaq, bütün bağlar və bostanlar bərbad hala düşər. Çünki, bizim məmurların əksəriyyəti şəxsi mənafelərini dövləti mənafedən üstün tuturlar.

Fiziki aktivliyimizi artıran üçüncü nemət enerjidir. Lampamızı yandıran, TV və soyducumuzu işlədən elektrik enerjisidir. Bu enerji lazımı qədər olmasa belə, yaşamaq olar, ancaq inkişaf etmək olmaz.
Su və hava fərdlərə hansı dərəcədə lazımdırsa, sahibkarlara da enerji (neft, qaz və işıq) həmin dərəcədə lazımdır.
Məlumdur ki, iqtisadi dirçəlişin tək yolu sahibkarlıqdır. Sahibkarların istifadə etdiyi bir nömrəli məhsul isə enerjidir.

Sual olunur:
Enerji bol olanda nə baş verirki?

Enerji bolluğu yaradılarsa, onda daxili vəxarici investorlər hesabına ölkədə istehsa lartacaq, yeni işyerlər iyaranacaq , insanların fizik iaktivliyi ( o cümlədən də sahibkarlıq fəaliyyəti) artacaq. Fiziki aktivlik artarsa, məhsul istehsalı çoxalar. Məhsul istehsal ıçoxalarsa gəlirdən tutulan vergi çoxalar və dirçəliş başlayar.

Əgər enerji baha olarsa, tərs proseslər gedəcəkdir. Sahibkarlar ölkədən gedəcək, kənd əhalisi şəhərə axaca qvə b.k. Enerjinin pulunu birbaşa satışdan yox, dolaysı yolla istehsal olmuş məhsuladan almaq lazımdır. Atalardan nəsihətvar: toxumu yeməzlər, onu əkib, sonra məhsulu yeyərlər. Biz toxumu yeyən zavallıya bənzəməməliyik.

Moskva da yaşayan bir tanışım deyirki, onun bağ evim Moskvada 100 km. aralıdır. Ancaq bağ evim də təbii qazınqiyməti Moskvadakından bir neçə dəfə ucuzdur.

Demək, inkişaf üçün hava, su və enerji bolluğu yaratmaq vacib şətdir. Bu şərtlərin ikisi ilahi, üçüncüsü isə texnoloji məhsuldur. Birinci dünya ölkələrində (Norveç.Yaponiya, İzrael və dig) adambaşına istehlak olunan enerji, ikinci dünya ölkələrindən 2-10 dəfə çoxdur.
Bu deyilənlərdən belə nəticə çıxartmaq olar ki, əgər rayonlarda elektrik enerjisinin və təbii qazın qiyməti Bakıdan 2-3 dəfə (və ya daha çox) ucuz olarsa, onda əhalinin kəndə axını başlayar. Enerji bolluğu “kəndə qayıdış” problemini həll edə bilər. Bu problem (Manevr.az, 2018) “İkisiilahi, biritexnoloji” adlı məqalədə təhlil edilmişdir və göstərilmişdir ki, “boğazdakı kəndiri yox, beldəki kəməri dartmaq lazımdır”. Regionlarda enerji ucuz olarsa paytaxt sahibkarlarının çoxu öz istehsal sahələrini regionlara köçürərlər. Belə vəziyyət həm də xarici investorlar üçündə cəlbedicidir.
Bir daha qeyd edim ki, bu araşdırmaların hikmət bundan ibarətdir ki, enerji bol olarsa və bu bolluğun nəticəsi olaraq ucuz olarsa, hər şey etmək olar. Meyvəni emal etmək və qurutmaq olar, palçığı kərpicə cevirmək olar, motorla quyudan su çıxartmaq olar, ağac emal etmək olar,qaynaq işi aparma qolar, məhsul bolluğunu və satışını təmin etmək olar və b.k. Bu isə dirçəliş deməkdir.
Beləliklə, enerji daşıyıcıların qiymətini ekonofizik araşdıraraq , belə nəticəyə gəlmək olur ki, dövlət enerjinin qiymətini yox, enerji hasilatının həcminə nəzarəti artırmalıdır. Enerji bol olarsa qiyməti bazar iqtisadiyyatının qanunları təmizləyəcək. İnanıram ki, bu ekonofiziki baxışın dünyada tətbiqi aclıq probleminin həllinə böyük töVhə verər.

Prof. Şahlar Əsgərov,
əməkdar elm xadimi
UNEK, Ekonofizik Tədqiqat Mərkəzi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar