Xəbər lenti
"MƏĞLUBİYYƏTİN FƏLSƏFƏSİ" - Şahlar Əsgərov
“Kəlbəcər rayonunun Ağdaban qətliamı zamanı (1992-ci il aprelin 7-dən 8-nə keçən gecə) 67 nəfər amansızcasına qətlə yetirilib. 8 nəfər qoca, 2 nəfər uşaq, 7 nəfər qadın diri-diri yandırılıb. Həmçinin, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, 5 nəfər isə girov götürülüb. Əhalini qətlə yetirərək soyqırım aktı törədiblər”.
Bəşəriyyət tarixinin ən amansız qətliamlarından biri -Ağdaban qətliamıdır. El misalında deyilir: mart çıxdı, dərd çıxdı. Amma dərd çıxmır ki, çıxmır. Kəlbəcər dərdinin 26, Ağdaban qətliamının 27 "yaşı" tamam olub. Hələ də Allahdan kömək gözləyirik.
Hər il aprelin 4- də və 8-də kəlbəcərlilər toplanır, bu dözülməz dərd barəsində dərdləşir, ölənləri yada salır, ruhlarına dualar oxuyur və sonda da “xeyirdə görüşək” deyərək ayrılırlar.
Hər bir kəlbəcərli üçün aprel ayı təzadlı aydir. Bir tərəfdən tariximizdə aprel qələbəsi var, digər tərəfdən Kəlbəcərin işğalı, Ağdaban faciəsi var.
Bununla belə problemə yanaşmamız çox üzücüdür. Ənənəvi yanaşma zəruridir, amma kafi deyildir. Bu cür yanaşma ilə problemi həll etmək olmaz. Qarabağ faciəsi, Ağdaban qətliamı, Xocalı soyqırımı, 200 ildir ki, millətimizə qarşı edilən planlı təcavüzün növbəti həlqəsidir. Kim zəmanət verə bilər ki, bu təcavüz başqa bir zamanda, başqa bir yerdə , başqa bir formada təkrarlanmayacaq?
Yuxarıda sadalanan və sadalanmayan zülüm faktlarının hamısı nəticələrdir. Biz həmişə nəticələrdən danışırıq.
Sual olunur: bu faciələrin törənmə səbəbi nədir? Bu səbəbi araşdırıb tapmasaq, zülm zəncirinin növbəti həlqələri ilə gələcək nəsillər qarşılaşacaq.Bunu yüzillik tarixi “səbəb-nəticə” kontekstində araşdırmalıyıq. Bizim “Radiasiya problemləri” inistitutumuz var, amma “Qarabağ problemləri” institutumuz yoxdur. Belə bir institut olsaydı, biz nəticə ilə yox, səbəbi araşdırmaqla məşğul olardıq. Bu institut Bakıda yox, Moskvada tədqiqat aparmalıdır, çünki bütün zəruru faktlar,materiallar Moskva arxivlərindədir.
Mənim nəticə ilə yox, səbəblə bağlı fikirlərim belədir: Qarabağ hadisələri başlayanda bütün ölkə (imperiya) idarəolunmaz vəziyyətə düşmüşdü.Nizam- intizam pozulmuş, bəzi yerlərdə isə lokal xaos yaranmışdı.Qarabağ faciəsi zamanı ölkəmizi əvvəlcə kommunistlər , sonra isə cəbhəçilər idarə edirdilər. Başımıza gələn fəlakətlərdə hər iki qüvvənin günahı tarixidir və Qarabağ dərdindən də böyükdür.
Kommunistlərin günah payı lap böyükdür:
a)Mərkəzə inamları sonsuz idi. Onlar hesab edirdilər ki, Moskva problemləri ədalətlə həll edəcək, çünki sovet mühiti onları müti tərbiyə etmişdi. Tənqidi düşüncələri yox idi;
b)Öz tarixlərini bilmirdilər. Dərbəndin, Borçalının, Göycənin, Dərələzin və digər torpaqların bizdən alınıb erməniyə verilməsindən bixəbər idilər.Bu səbəbdən də mərkəzə inamları böyük idi;
c)Uzun illər fəhlə və kəndlilər hər ay dövlətə vergi ödəyirdi ki, hökumət onları düşməndən qorusun. Əksinə oldu. Hökumət əhalidən ov tüfənglərini belə yığdırdı;
d)Ölkədə rüşvət tüğyan edirdi; idarəetmədə, hüquq sistemində, ali və orta məktəblərdə rüşvət geniş yayılmışdı;
e)Ağdaban, Xocalı və digər kimi faciələrdən sonra xalqla birlik hər gün zəifləyirdi.
Bir sözlə, bizim kommunistlər sadəlöhv idilər, müdriklikləri çatmırdı.Bizdən fərqli olaraq erməni kommunistləri müti deyildilər,əksinə bic idilər, mərkəzə inanmırdılar, əl altdan əhalini silahlandırırdılar.Öz qondarma tarixlərini də əzbərləmişdilər.
Xalq hökumətdən problemin həllini tələb edirdi. Kommunistlər çarəsiz qalmışdılar. Ölkəni xaos bürüyürdü. Bu şəraitdə yeni “ura patriotlar” meydana çıxdı. Bu insanlar xalqın qarşısında rəhbərliyi ağır sözlərlə tənqid etməklə, onları korrupsiyada günahlandırmaqla, geniş xalq kütlələrini ətraflarında toplaya bildilər. Sonra hərbi forma geyib (çoxları əsgərlikdə belə olmamışdı), əvvəlcə professional hərbiçilərin yerini dar etdilər, sonra da professional hərbiçiləri müharibə səhnəsindən uzaqlaşdırdılar. Məzmunla forma arasında əlaqə pozuldu. Hər yerdə forma məzmunu üstələdi.
Qərbli J.J. Russоnun dediyi oldu: “Bilməmək heç zaman zülüm yaratmır; çaşmaq məhvedicidir. İnsanlar çaşırlar, ona görə yox ki, bilmirlər, onlar elə bilirlər ki,hamıdan çox bilirlər”.
“Azbilmişlər” hakimiyyəti ələ aldılar.AXC –Musavat cütlüyü də kommunist sələfləri kimi ardıcıl səhvlər buraxdılar. Məğlubiyyətə aparan əsas səbəblər:
a) İdarəetmədə, hərb sənətində qeyri - professionallıq. Elçibəy:”Bu gün Kəlbəcəri vermişik, sabah geri alarıq” –deyirdi.
b) Siyasətdə qeyri -kamillik. Elçibəy: “Qarabağın həlli Təbrizdən keçir”.
c) Rüşvətə meyillilik. Elçibəy: “Cəbhəçilər tankın yox, pulun qabağında əyildilər”. Mənfur “Şapka” termini o zaman yarandı.
d) Kəmsavadlılıq. J. J. Russоnun dediyi kimi bilikləri az olduğundan tez çaşdılar.
e) Qüsurlu kadr siyasəti. GeneralBərşadlının yerinə Qaziyevin təyinatı.
Bu səhvlərin nəticəsində xalqla birlik tezlklə pozuldu. Hakimiyyətə gələndə, əgər birlik var idisə,hakimiyyətin sonunda bu birlik hecə endı. Prezidentin mitinq çağrışına 1000 nəfərdən çox insan gəlmədi.
Son olaraq qeyd edim ki,26 - 27 ildir ki, nəticələri müzakirə obyektinə çevirməklə, səbəbkarları diqqətdən yayındırırıq. İstərdimki, analitiklər səbəbləri daha dərindən araşdırsınlar ki, belə hadisələr gələcəkdə bir də başımıza gəlməsin.
Şahlar Əsgərov,
Əməkdar elm xadimi
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar