Xəbər lenti
Fikrət Qoca: "...bu müharibədə biz qazanmışıq"
"Yazıçılar Birliynin binası və qurum özü bizə Heydər Əliyevdən qalan bir mirasdır ki, bir azdan görəcəksiniz ki, o da artıq yoxdur"
Manevr.az kult.az-ın Xalq şairi Fikrət Qocadan aldığı müsahibənin bəzi məqamlarını oxuculara təqdim edir:
- Bir çox xarici ölkələrdə rəsmi səfərləriniz olub. Hansı ölkəyə yenidən səfər etmək istərdiniz?
- Fransaya səfər etmişəm, Kubada iki dəfə olmuşam, Vyetnamda, Kambocada, Afrikada, Qvineya-Bisauda, Hindistanda, Malayziyada, Sinqapurda, Amerikada on dəfə olmuşam, bütün Avropanı gəzmişəm, Rusiyanı isə qarış-qarış gəzmişəm - Kamçatkadan tutmuş Qorno-Altaysk vilayətinə qədər. Türkiyə, İran qonşulardır ki, oraya get-gəl daha çox olub, MDB ölkələrində də olmuşam. Harasa yenidən getməklə bağlı arzum yoxdur.
- Qonşu ölkələr demişkən, nə üçün İran ədəbiyyatımıza qarşı barışmaz mövqe tutur?
- İranın müştəbehliyi başına oyun açır. Bu ölkə bir şeyi anlamır ki, ərazisində 30 milyondan çox azərbaycanlı yaşayır. Onun dilinə qadağa qoymaqla özünə qarşı çıxmış olur. Necə olur ki, Təbriz Universitetində erməni dilində kaferda mövcuddur, Azərbaycan dilinə isə qadağa var? Bu onların öz başlarına açdıqları bəladır.
- Bu nifrət nədən irəli gəlir sizcə?
- Nadanlıqdan.
- Nə vaxta qədər davam edər bu nadanlıq?
- Onlar ağıla gələnə qədər.
- Bir az da taleyimizdən danışaq: Qarabağın həllini necə görürsünüz – sülh, ya müharibə?
- İstəyirəm ki, söylədiklərimi bir-bir xüsusi ilə qeyd edəsiniz. Əvvəla onu bildirim ki, bu müharibədə biz qazanmışıq. İndi fikirlərimi izah edərəm: Xatırlayıram, sovet dövründə mən Qarabağda qonaq olduğum zaman görmüşəm ki, oradakı ermənilər bizim hesabımıza azərbaycanlılardan daha yaxşı yaşayırdı. Hər şey onların əlində idi. Deyirdik ki, qısqanmasınlar, özlərini qərib hesab etməsinlər. Birinci katib hər zaman orda erməni idi. Bakının özündə belə ən yaxşı vəzifələr ermənilərə məxsus idi. Şəhərin mərkəzində, ən yaxşı yerlərdə ermənilər yaşayırdı. Bütün nazirliklərdə məsul işçilərin əksəriyyətinin katibələri erməni qızları idilər ki, onlar sözügedən məsul şəxslərə istədiklərini yeridirdilər. Pul o zaman ermənilərdə idi. Biz elə bilirdik ki, bənna erməni olar, pinəçi erməni olar, yaxşı dərzi erməni olar, dəllək erməni olar; başımız belə onların əlində idi! Ən pullu yerlərdə; müsahasibatlıqda, xəstəxanalarda, milis orqanlarında müstəntiqlərin əksəriyyəti ermənilər idilər.
Təbii ki, bütün bu ixtişaşlar olmasaydı, indi artıq pullu ermənilər bütün ölkəmizi satın almışdılar və mütləqi-hakim indi onlar idi. Bu işlərdə ağılsızlıq göstərdikləri üçün üzlərindəki maskaları düşdü və içindəki kinləri üzə çıxdı. Biz onsuz da gec-tez itirilmiş torpaqlarımızı geri alacağıq. Onlar versə də, verməsə də, biz yenidən torpaqlarımıza sahib olacağıq, sadəcə olaraq, Allah bizim ağlımızı almasın ki, bu məsələlər danışıqlar yolu ilə bitərsə, yaddaşımızı itirməyək və bir daha düşmənə qarşı yenidən yaxşılıq etməyək! Əks tədirdə qanlı tarix bir daha təkrar oluna bilər!
- Filippinli cavan şair Xose Risal, kubalı Ernesto Çe Gevara və bir çox ölkələrin milli azadlıq uğrunda liderləri haqqında poemalar yazmısınız. Onların yaxınları ilə görüşləriniz olubmu?
- Çe Gevaranın bacısı və bacısı oğlu ilə görüşüm olub. Hava limanının mehmanxanasına xəlvəti olaraq məni soraqlaya-soraqlaya gəlmişdirlər. Ola bilərdi ki, hələ də siyasi durumla bağlı bir qədər nigarançılıqları mövcud idi. İki dəfə olmuşam Kubada; 1968- və 1974-cü ildə. O zaman sülh komitəsinə məxsus on altı dildə çıxan “Sovetskiy Soyuz” və “Noviy mir” jurnalı çap olunurdu ki, yazdığım poema haqqında jurnalın ilk səhifələrində qeydlər vardı.
Bir maraqlı hadisə də danışım: 1978-ci ildə Moskvadan nümayəndə heyətilə Vyetnama getdik. Orada Hoşimin şəhərinə yollandıq. Yeddi çayla dəniz sularına qarışımış şəhər valehedici idi; həyət evində saxlanılan balıqlar sahildə əl çaldıqda, saysız-hesabsız axına çevrilərək, sanki insanı qarşılamağa can atırdı. O qədər gözəllik dolu bir şəhər idi! Bir qədər bu şəhəri gəzdikdən və danışıqlar apardıqdan sonra oradan Sayqona getdik. Ora hər kəsi buraxmırdılar. Bizi qonaq kimi buraxdılar, çünki sərhədə doğru artıq Amerika əsgərlərinin hərbi qüvvələri yerləşmişdi ki, onlar da get-gedə yığışdırılmaq üzrəydilər; müharibə bitmişdi. Sayqon Vyetnamın ən iri şəhərlərindən idi ki, təkcə mərkəzində o dövrdə 1 milyon çinli yaşayırdı; bura onların adına istinadən “çinli məhəlləsi” adlanırdı. İllər keçdikdən sonra böyük qızım Günayın yaşadığı Amerikaya səfər etdim. O bir hindu ilə ailə həyatı qurub, Amerikada yaşayır. Təsəvvür edin ki, hindu ilə söhbət etdikdə məlum olur ki, mənim Sayqonda olduğum dönəmdə o da orada məhz dəniz piyadaçısı kimi döyüşlərdə iştirak edibmiş. Təsadüfə baxın ki, Amerikada eyni dönəmdə dolaşdığımız Vyetnamdan bəhs edirdik. Dünya bu qədər balacalaşıb! Bəlkə də bir əsər olaraq bu hadisəni qələmə alsaq, heç kəs bu dərəcədə dəqiq təsadüflərin olduğuna inanmaz.
- Övladlarınızdan hansı ədəbiyyata meyillidir?
- Pərvanə qızım İncəsənət və Mədəniyyət Universitetini bitirib, elmi müdafiəsi var, hazırda Amerikada yaşayır. Ara-sıra gizli-gizli Yazıçılar Birliyində çalışan Gülay qızım şeirlər yazır. Məncə, insanın bir peşəsi olmalıdır. Bilirsinizmi, indiki zamanda sovet dönəmindəki kimi şeiriyyatdan qazanc yoxdur. Bu Yazıçılar Birliynin binası və qurum özü bizə Heydər Əliyevdən qalan bir mirasdır ki, bir azdan görəcəksiniz ki, o da artıq yoxdur.
- Necə edək ki, onu qoruya bilək?
- Bu ancaq mehribanlıqla və insanların bir-birilərinə qarşı xoş münasibətləri ilə mümkündür. Davalı yerdə ot bitməz. Əgər istedadları varsa belə, bir-biriləri ilə indidən mübarizə aparırlarsa, yaşlandıqda ac qalacaqlar.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar