Xəbər lenti
Kamilliyə gedən yol... - Şahlar Əsgərov
Son zamanlar ölkədə baş verən hadisələrin fəlsəfi təhlilinə ehtiyac var. Arzu olunmasa da hadisələr düşüncələri qabaqlayır.
Digər canlı varlıqlardan fərqli olaraq hər bir insanın iki mənafei var: a) şəxsi mənafe (Ş) və b) ictimai mənafe (İ). Bu mənafelərin nisbi cəmi sabitdir:
Ş + İ = 1
Bu mənafelərin faiz göstəriciləri zaman keçdikcə dəyişir. İnsan oğlu anadan 100% şəxsi mənafe ilə doğulur. Zaman keçdikcə onun ictimai mənfesi də yaranır. İctimai mənafe törəmədir, çünki sonradan yaranır. İnsandan fərqli olaraq digər canlıların ictimai mənfesi yoxdur.
ABŞ –ın “Philosophy Study” jurnalında (June, 2018) çap olunan “ The dependence of human deveopment on the degree of publik interece” adlı məqaləmdə belə bir düsturdan istifadə edilmişdi:
K = ictimai mənafe / şəxsi mənafe
Məqalədə ictimai və şəxsi mənafelərin nisbəti K keyfiyyət faktoru adlandırmışdı.
Bu riyazi düsturu hər kəsin başa düşə biləcək formaya salmaq mümkündür.
Kamillik şərti: əgər kiminsə həyat fəaliyyətində ictimai mənafe çox, şəxsi mənafe isə azdırsa ( İ >> Ş), belə insalar üçün keyfiyyət faktoru K kamillik əmsalına çevrilir. Daha açıq desək, insan oğlu kəsrin sürətinə işləyərsə, o kamildir, Vətəninə, dövlətinə, millətinə, xalqına qulluq edən adamlar kamil insanlardır. İctimai mənafeyə qulluq edənləri həm Allah, həm də dövlət sevər.
Cahillik şərti: Əgər kiminsə fəaliyyətində şəxsi mənafe ictimai mənafedən daha çoxdursa ( Ş >> İ), belə isanlar üçün keyfiyyət faktoru cahillik əmsalına çevrilir. Bu niyyətli insanlar (rüşvətxorlar, “qanuni oğrular”, mafioz qurumlar, silah, narkotika və insan alveri ilə məşgul olanlar və belələri ) cahillərdir.
Hər bir dövlətin inzibatı və hüquq sisteminin vəzifəsi (1) düsturunun məxrəcinə işləyən insanları (məmurları) daim nəzarətdə saxlamaqdır. Əgər məmur bu sistemin nəzarətindən kənarda qalırsa (misal üçün, xarici dövlətlərdə ölkəmizi təmsil edən səfirlər), beynəlxalq təcrübəyə uyğun olaraq onların yerləri tez-tez ( təqribən 3 ildən bir) dəyişirlər ki, çaşıb şəxsi mənafeyə işləməsin.
Bu insanı keyfiyyətləri ayırd etmək çox çətin məsələdir. İnsanın məlum beş hiss üzvlərinin gücu bu problemi həll etməyə çatmır. Əlavə bir duyum hissinə ehtiyac vardır. Bu hissə malik insanlar fövqəlinsanlar sayılırlar. Fövqəlinsanlarla bağlı tarixdən bir necə misal yada salaq.
1. ABŞ keçmiş prezidenti R.Reyqan yazır ki, M.Qarboçovla ilk görüşdə Baş katibin əynində fransız kostyumunu və qolunda “Rado Manhattan” saatını görəndə, fikirləşdim ki, bu adam bizə çox şey sata bilər. Reyqanın duyum hissi onu aldatmadı.
2. Müharibənin yekunları ilə bağlı vəziyyət İ.Stalinin yanında müzakirə olunur. Bir general- leytinatın məruzəsindən Stalin razı qalır və deyir : əlavə sözün varmı? General deyir ki, şəxsi xahişim var. Berlindən qayıdanda bir neçə xoşuma gələn şeyi gözətçilər buraxmadılar. İstərdim ki, onları qaytarsınlar. Stalin deyir: rapport yaz, üstün yazaram. General əvvəlcədən hazırladığı rapportu Stalinə verir. O, isə rapportun üzərinə yazır: “polkovnikin zir -zibilini özünə qaytarın” İmza: İ.Stalin. Generalı: yoldaş Stalin mən polkovnik deyiləm, general leytinatam deyəndə, Stalin cavabı lokanik olur: orda hər şey düz yazılıb.
Yeri gəlmişkən, Stalindən fərqli olaraq N.Xuruşov ( və ya L.Brejniyev) kəsrin məxrəcinə işlədilər. Öləndə L.Brejniyev bir qaraj bahalı maşın kolleksiyası qaldı, amma nəticədə SSRİ də dağıldı.
Bu misallardan da görünür ki, həm R.Reyqan, həm də İ.Stalin (1) düsturunun sürətinə, Qorbaçov və general isə kəsrin məxrəcinə işləyiblər. Allah, kəsrin sürətinə işləyənləri sevir.
Burada diqqət yetiriləsi məqam bundan ibarətdir ki, insan doğulandır, həm də öləndir. Xalq isə ölmür, daim yaşayır. O insanlar kamildir ki, onlar ölməzə (xalqa, millətə) qulluq edirlər, ölənə (özünə, dosta, tanışa, qohuma) qulluq etmirlər. Böyük Şəhriyarın məşhur şerində deyilir: “bizdən qabaqdadır avropalılar, işi iş bilənə tapşırır onlar”. Yuxarıdakı düstura görə qərblilər kəsrin sürətinə (yəni ölməz dövlətə) , bizlər isə kəsrin məxrəcinə (yəni ölənə) işləyirik, ancaq ağ günə də çıxa bilmirik.
Son zamanlar bir neçə arzuolunmaz hadisələrlə (Gəncə hadisəsi, enerji krizisi, çaxır alveri...) qarşılaşdıq. Bu hadisələrin yaranma səbəbini düstur (1) –in işığında anlamaq asandır və hadisələrin subyektlərinin aşırı cahill fəaliyyətlə bağlıdı. Bu məmurlar da M.Qarbaçov (və general leytenant) kimi üctimai mənafenin yox, şəxsi mənafe daşıyıcıları olublar.
BMT verdiyi məlumata görə dünyanın 20 güclü iqtisadiyyatının biri “qara iqtisadiyyatdır”. Qara iqtisadiyyat bəşəriyyətin inkişafına böyük əngəldir. BMT–nin tədbirlərini çoxunu bloklaya bilir. Qara iqtisadiyyata rəhbərlk edənlər də intellektual insanlardır. Bu insanlar bugünkü bəşəri təhsil sisteminin qüsurunun nəticələridir. Deməli, əminliklə demək olar, dünya təhsil sisteminin konsepsiyası çox qüsurludur və dəyişdirilməlidir. Təhsilin məqsədi intellektual yox, kamil insan yetişdirmək olmalıdır. İnsan kamil olarsa, o, qara iqtisadiyyatla, insan və ya silah alveri ilə, kütləvi qırğın silahları yaratmaqla məşğul olmaz. Nəticə, bilikli şəxsiyyətər yetişdirmək özünü doğrultmur, kamil insan yetişdirmək lazımdır.
Prof.Şahlar Əsgərov
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar