Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Çeçenistan və İnquşetiya sərhədində gərginlik artır

Tarix: 06-10-2018 09:47     Baxış: 3837 A- / A+
Çeçenistan və İnquşetiya sərhədində gərginlik artır


Elxan Şahinoğlu: “Moskva toqquşmaya imkan verməz”
İnquşetiya və Çeçenistan arasında olan sərhəd anlaşılmazlığı Şimali Qafqazda yeni münaqişənin xəbərçisi ola bilər. Doğrudur, hələlik ruslar vəziyyətin daha da böyüməsinin qarşısını alır, ancaq bu regionda hər an hər şey dəyişə bilər. Hələliksə formal da olsa gərginliyin yatırmaq mümkün olub.

Oktyabrın 4-də İnquş Respublikası parlamenti Çeçenistanla sərhəd sazişini təsdiq edib. “Report” TASS-a istinadən xəbər verir ki, səsvermədə iştirak edən 25 millət vəkilinin 17-si sazişin lehinə, üçü əleyhinə səs verib, qalan beşi də bitərəf qalıb.

Ancaq bu ratifikasiyanın yaranmış narazılığı ortadan qaldıracağı inandırıcı deyil. Çünki ekspertlərə görə, iki qonşu respublika arasında sərhəd mübahisələrinin tarixi çox qədimdir. İndi isə problem yenidən gün üzünə çıxıb və belə görünür ki, Moskvanın diktəsi ilə İnquşetiya tərəfi anlaşmanı təsdiqləyib. Lakin bu, mübahisələrin bitməsi anlamına gəlmir.

Qeyd edək ki, İnquşetiya və Çeçenistanın arasında ərazilərin müəyyən edilməsi ilə bağlı anlaşma sentyabrın 26-da imzalanıb. İnquşetiya prezidenti Yunusbek Yevkurov və Ramzan Kadırov iki respublika arasında inzibati sərhədin təyin edilməsi haqqında müqavilə imzalayıblar.

Çeçenistan və İnquşetiya sərhədində gərginlik artır


Ancaq İnquşetiya parlamentinin qərarı respublikada etiraz doğurub.
Parlamentin qərarından dərhal sonra İnquşetiyanın paytaxtı Maqas şəhərində yerli əhali parlament binası qarşısına toplaşaraq qərara etiraz edib. Aksiyada iştirak edənlərin sayı sonradan daha da artıb və hətta hüquq-mühafizə orqanlarının əhalini sakitləşdirmək üçün havaya atəş açdığı haqda xəbərlər yayılıb.

Məsələ ondadır ki, iki Şimali Qafqaz respublikası arasında sərhəd anlaşmazlığı 1991-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının dağılmasından sonra dəqiqləşməyib. SSRİ zamanı Çeçen-İnquşetiya vahid region olub. Ancaq 1991-ci ildə iki respublika ayrılıb. Bundan sonra isə hər iki respublikada hərbi əməliyyatlar, silahlı toqquşmalar, iki çeçen müharibəsi baş verib. Bu səbəbdən də sərhədlərin dəqiqləşdirilməsi uzun zaman alıb.

Sentyabrın 26-da imzalanan sazişə əsasən Nadtereçnıy rayonun bir hissəsi Çeçenistana, Malqobey rayonu ilə sərhəddə eyni ölçüdə olan ərazi İnquşetiyaya verilib. Ancaq inquşlar bu bölgü ilə razılaşmır.

Çeçen və inquşlar İkinci Dünya müharibəsinin gedişində - 1944-cü ildə Orta Asiyaya sürgün edilib. 1944-cü ilin 23 fevralından 9 martına qədər davam edən “Mərcimək” əməliyyatı nəticəsində minlərlə çeçen və inquş ailələri Çeçen-İnquş MSSR ərazisindən kütləvi şəkildə Qazaxıstan və Orta Asiyaya sürgün edilib.

Sürgünə səbəb kimi, müharibə dövründə kütləvi fərarilik, hərbi xidmətdən yayınma və arxa cəbhədə silahlı üsyan hazırlığı göstərilib. Bəzi ehtimallara görə həmin vaxt Çeçenistan və İnquşetiyadan 500 minə yaxın insan sürgün edilib. Çeçenlər və inquşlar yalnız 1957-ci ildən sonra öz evlərinə qayıtmağa başladılar. SSRİ-də repressiyaya məruz qalanların reabilitasiyası haqda qanun isə 1989-cu ildə qəbul edilib.

Çeçenistan və İnquşetiyada hələ də antiterror əməliyyatları davam edir. Demək olar ki, hər həftə hökumət qüvvələri ilə yerli silahlılar arasında toqquşmalar baş verir. Sonuncu torpaq anlaşmazlığı bu mənada risk daşıyır. Məsələnin digər görünməyən tərəfi isə ondan ibarətdir ki, İnquşetiyadan alınıb Çeçenistana verilən torpaq sahəsi neftli bölgədir və dolayısı ilə mübahisənin ortasında həm də neft, yəni böyük pullar var. Bu isə etirazları daha da qızışdırır. Bəlkə də İnquşetiyanın paytaxtında toplanan 10 minə yaxın insanın iştirak etdiyi aksiyanın əsas təşkilatçılarının gizli marağı burda yatır?

Çeçenistan və İnquşetiya sərhədində gərginlik artır


Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında Çeçnistan və İnquşetiya arasında sərhəd anlaşmazlığının SSRİ-dən sonra yarandığını bildirdi. Ancaq politoloq bu münaqişənin daha da böyüyəcəyinə inanmır. Onun fikrincə, Moskva indi toqquşmada maraqlı deyil: “Çeçenlərlə inquşlar arasında anlaşmazlıqlar var. SSRİ dağılandan bu yana aralarındakı sərhədi müəyyənləşdirə bilmirlər.

Moskva bir müddət problemi konservləşdirmişdi. Moskva toqquşmaya imkan verməz. Görsə ki, vəziyyət ağırlaşır problemi yenə konservləşdirəcək".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar