Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Üzə çıxarmayın şeirlərimi... - Sabir YUSİFOĞLU

Tarix: 29-08-2016 13:52     Baxış: 4294 A- / A+
Üzə çıxarmayın şeirlərimi...




Tanınmış şair Sabir Yusifoğlunun yeni şeirlərini təqdim edirik


ÜZƏ ÇIXARMAYIN ŞEİRLƏRİMİ

Sözlərim sətəlcəm adam kimidi,
Şerim xəstəlikdi başdan-ayağa –
Üzə çıxarmayın şeirlərimi.

Hələ çox hündürdə neçə alçaq var,
Böyüyüb görərsən,
necə alçaq var !
Çəkər ayağından,
çəkər sözündən,
Boynuna,
çiyninə çıxan adamlar.

Deməknən,
yazmaqnan iş düzəlirmi ?!
Qoşsam sözlərimi biri-birinə,
Görəsən, şerimdən ip düzələrmi ?
Asam alçaqları yuxarılardan...

Görmürsən nə boyda növbəyə durub,
Cavidi,
Müşfiqi topa tutanlar !
Ürək qovurmağa,
gün qaraltmağa,
kitab yandırmağa lopa tutanlar,
Hər şeyə,
hər işə hazırlar, bala !

Mən salam verdiyim ağacların da
ya boynu vurulur,
ya da boynundan
günahsız birini asırlar, bala.

Bu qədər yazmağın daha nə xeyri,
Ya həbsxanadı, ya dəlixana...
Sözümə vurulan adamın yeri !-
Üzə çıxarmayın şerlərimi !

Mən salam verdiyim ağacların da
ya boynu vurular,
ya da boynundan
günahsız birini asarlar,
bala !..


ALLAH,VER ƏFV FƏRMANINI

Ömrümüz-günümüz düşdü
qurdların acan vaxtına.
Adamın gözdən düşdüyü,
ölümün asan vaxtına.

Biçir saat əqrəbləri
günlərin sünbül ömrünü.
Hər ölən günün dalınca
ürəyimdən neçə ümid
özünü atıb öldürür.

Ömrün gün düşən tərəfi
aşıb gəldiyim bu dərdin
elə o üzündə imiş...
Ölümün ən qeyrətlisi
Azadlıq düzündə imiş.

Bu qurd-quşlar arasında
qurdalanmağa dəyməzmiş.
Bir başı saxlamaq üçün
xırdalanmağa dəyməzmiş.

Üzü yerə sarı gəlir
buludlar göydən bezəndə.
Adam balası neyləsin,
Yerdə hər şeydən bezəndə...!

Gün batır...
Batan gəmitək
batır günlərimin qanı.
Allah, mən cəzamı çəkdim,
İndi ver əfv fərmanını.


PAYIZ YAĞIŞLARI HOPUR CANIMA

Buludlar dənizi qaldırıb yerdən,
Çırpır küçələrin boz sifətinə.
İslanmış kölgələr qaçır işıqdan,
Oğru adam kimi qısılır tinə.

Bəlkə bir nadanın günahı üstə,
Hamının başına döyür bu yağış.
Kiminin gözündə yağışdı elə,
Kiminin içini oyur bu yağış.

Mamır bağlayacaq daşların üzü,
Dərdsiz ürəklərin divarı - yosun.
Belə yağandısa mənim qəlbimdən
Vəfasız bir qızın izini yusun.

Bu payız yağışlar hopur canıma,
Daha itirilmiş torpaq kimiyəm...
Yağışlar yorulub kəsəcək bir gün,
Mən bundan o yana çətin kiriyəm.

Nə qədər gözlərdə görünməz oldum,
Məni gəzən gözlər islanır harda...?
Çiçəklər, yarpaqlar quruyub ölür,
Göyərib öləcəm bu yağışlarda.



ADIN VAR ALNIMIN GÜLLƏ YERİNDƏ

Nə özün gəlirsən, nə məktubların,
Səninlə gedibmi yox olan yollar...!
Bəlkə Yer üzündən qırılıb düşüb
bizim aramıza yıxılan yollar !

Qaldığın illərin yan-yörəsindən
seyrəlib çəkildim duman, çən kimi...
Tək sənin yadına düşmürəm deyə
yadımdan çıxıram çıxan can kimi.

Ulduzu tökülüb bizim göylərin,
...nə sən o çiçəksən, nə mən o dəli.
Dadı, duzu qaçmış bu xarabada
Hələ ki, ölməyib həmən o dəli.

Darıxan əllərim özündən çıxıb
döyər qapınızı günün birində.
Mən başdan ayağa başağrısıyam,-
Adın var alnımın güllə yerində...


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar