Xəbər lenti
"Yazdıqlarım yaşıdlarımda qısqanclığa və paxıllığa səbəb olur" -Məhəmməd Turan
Gənc yazar: “ O ədəbi qurumu bəyənmirdinsə…”
Bu gün müasir poeziyanın istedadlı gənc nümayəndələrindən biri, “Şeir sevgilim”in müəllifi Məhəmməd Turan bizimlə həmsöhbət oldu. Müsahibim gənc yazar həm yaradıcılığından danışdı, həm də müasir ədəbi mühitdən. Sözdən çələng hörən Məhəmmədlə müsahibəmizi oxuculara təqdim edirik:
-Niyə gənc yazarlar AYB-yə qarşı kəsgin münasibətdədirlər?
-Bu gün cəmiyyətdə, xüsusilə də ədəbi mühitin çevrəsində xüsusi insanlar var ki, həmin adamlar ədəbi gəncliyin beynində AYB-yə qarşı mənfi fikir formalaşdırırlar. İradəsi zəif insanlar isə həmin adamların sözü ilə Yazıçılar Birliyinə qarşı düşmənə çevrilirlər. Hətta birliyin divarlarından belə qisas almaq istəyirlər. İnanın ki, nəyə görə və ya nədən ötrü intriqa apardıqlarını isə heç özləri də bilmirlər. Yazıçılar Birliyində çalışan səlahiyyətli şəxslərə qarşı həmin öyrədilmiş gənclərdə əsassız və səbəbsiz nifrət hissi oyanır. Həmin nifrət hissi isə zaman keçdikcə barıt kimi özlərində partlayışa səbəb olur (gülür). Birlik haqqında uydurulmuş yalanları özləri üçün həqiqətə çevirirlər. Bilirsiniz, mən çox fikir vermişəm ki, AYB haqda mənfi fikirdə olan adamların bəzisi bir vaxtlar birliyin üzvü olub ordan Prezident təqaüdü almış gənclərdir. Hansı ki bir zamanlar dinməz- dinməz təqaüd növbəsin gözləyən adamlar olublar. İndi təqaüd də bitib, AYB-yə hörmət də. Lap yadıma “Bağda ərik var idi, salam-məlik var idi” yadıma düşdü (gülür). Yazıçılar Birliyinin üzvü olub, ordan təqaüd alandan sonra birliyi və onun işçilərini söymək mənəviyyatsızlığın, şəxsiyyətsizliyin, nadanlığın son həddidir. Belələrindən qürur, şərəf-ləyaqət gözləməyə dəyməz. Elələrindən soruşmaq lazımdır ki, o ədəbi qurumu bəyənmirdinsə niyə təqaüdü almamışdan qabaq onları tənqid və ya təhqir etmirdin?! Əlbəttə bunun cavabı hamımıza məlumdur. Fikrimcə bu cür hadisələr hər dönəmdə olub. Bir sözlə, it hürər, karvan keçər.
-Tək AYB-yə qarşı yox, ümumiyyətlə ədəbi mühitə qərəzli yanaşırlar…
-Özünüz də bilirsiniz ki, həmyaşıdlarıma və ya məndən böyük qələm dostlarıma qərəzli mövqedə olmamışam. Bir çox yazar dostlarım var ki, mən onlara yalvarırdım ki, “525-ci qəzet”ə “Ədəbiyyat qəzeti"nə, “Ulduz” jurnalına, “Azərbaycan” jurnalına şeirlərinizi göndərin. Göndərmirdilər. Özüm onların şeirlərin sosial şəbəkələrdən toplayıb həmin mətbu orqanlara göndərirdim. Çünki mən bilirdim ki, həmin gənclər çox istedadlı gənclərdi. Mən ad çəkmək istəmirəm, müsahibəni oxuyanda həmin adamlar bu qayğını özləri təsdiq edərlər. Mən həmişə ədəbi gəncliyə sevgi ilə yanaşmışam. Sadəcə üzdəniraq gənclər var ki, onlardan mütləq şəkildə uzaq olmaq gərəkdir.
-Bu aralar adın qalmaqallarda hallanır. ədəbi mübahisələrin içində səni görürük. Bunun səbəbi nədir?
-Mən heç vaxt intiriqa olan söhbətlərdə, qalmaqallarda görünmək istəməmişəm. Çünki bunu sevmirəm. Qalmaqal qismən şou xarakteri daşıyır. Bu şəxsiyyətimə və yaradıcılığıma yaraşmır. Həmişə istəmişəm ki, ədəbi mühitdə yaradıcılığımla diqqəti çəkim. Sadəcə elə məqamlar olur ki, orda susa bilmirəm. Mütləq ki, artıq və mənasız danışanları susdurmağa məcbur oluram.
-Biraz məsələyə başqa prizmadan yanaşaq. Bunu məşhurlaşmaq istəyinə bağlayaq, yoxsa ədalətin tərəfində olmağa?
-Mənə elə gəlir ki, mən ədəbi mühitdə kifayət qədər məşhuram. Yəni qalmaqalla gündəmə gələcək fikirdə də deyiləm. Mənim 17 yaşım var, bu gənc yaşımda qazandıqlarımı bəzi 30 yaşındakı yazarlar əldə etməyiblər. Mən bu yaşımda çap olunmadığım çox az mətbu orqan var. Mən məşhurlaşmağa can atmamışam. Sadəcə çalışmışam ki, oxucuya uğurlu ədəbi mətn təqdim edim. Bu məncə məşhurlaşmaq istəyi yox, öz peşəmi sevmək istəyidir. İndi ədəbi mühitdə belə bir fikir yaranıb ki, kimsə kimisə müdafiə edib doğru olanı deyirsə, mütləq həmin adama yaltaqlanır. Bu belə deyil. Bu sadəcə ədəbiyyata vicdanla qiymət verməkdir. Həmin fikri formalaşdıranlar özləri o əqidəyə malikdir, elə bilirlər hər kəs elədir.Ancaq unutmasınlar ki, bütövlükdə cəmiyyətin əqidəsi sınıq ola bilməz!
-Deyirlər ki çap olunmaq üçün gərək kiminsə ya dostu olasan, ya da ona qonaqlıq verəsən. Gənclərin içində ən çox çap olunan sənsən. Sən necə çap olunursan bəs?
-İnanın səmimiyyətimə mən “Ədəbiyyat qəzeti"nə şeir göndərəndə Azər Turanı nə əyani tanıyırdım, nə də qiyabi. Sadəcə dedim ki, bəyənilsə çap olunacaq, bəyənilməsə də çap olunmayacaq. Ancaq Azər müəllim mənim şeirlərimi oxuyandan sonra mənim əlaqə nömrəmi kimlərdənsə tapıb özü mənə zəng etmişdi. Biz ondan sonra hələ qiyabi tanış olduq. Ondan sonra “Ədalət” qəzetində İradə Tuncay, “525-ci qəzet”də Rəşad Məcid məni çap etdilər. Zənn edirəm ki, mənim Məhəmməd TURAN olmağım sadəcə Allah vergisi olan istedadımla bağlıdır.
-“Şeir sevgilim” sənə uğur gətirdi?
-Bu mənim ilk kitabımdır. Əlbəttə ki, təzə çap olunanda sevinirdim. Ancaq sonra erkən kitab çap etdirdiyim üçün peşman oldum. Gərək tələsməzdim. Doğrudur, oxucular bəyəniblər. Ancaq mən düşünürəm ki, bundan da gözəl ola bilərdi. İnşallah, yeni kitablarım daha yaxşı olar.
-Sənə çox irad tuturlar ki, məşhurluğa çox can atırsan. Bununla razılaşırsan?
-Yox, mənə belə yersiz irad tutanlar uğuruma sevinə bilməyənlərdi. Həmin insanların mənimlə birmənalı şəkildə qərəzləri var. Bunun da səbəbi odur ki, mən haqqın tərəfdarıyam. Niyə o iradı mənə Fərqanə Mehdiyeva, Qəşəm Nəcəfzadə, Qulu Ağsəs, Rəşad Məcid v.s kimi sözünü demiş adamlar tutmur, məhz üzdəniraq adamlar irad tutur? Bu da məlum məsələdir.
-Yaşını nəzərə alsaq ədəbi mühitdə öz yerini tapmısan. Ancaq yaşıdların bunu qəbul etmirlər. Bunun səbəbi nədir?
-Bunu hər yaşıdıma şamil etmək olmaz. Məni sevən yazar yaşıdlarım çoxdur (gülür). Həyat təcrübəmə və yaşıma görə yazdıqlarım müsbət dəyərləndirilir. Bu da bəzi yaşıdlarımda qısqanclığa və paxıllığa səbəb olur. Ancaq mən heç vaxt onlara paxıllıq etməmişəm, əksinə müsahibəmizin əvvəlində dediyim ki, çalışmışam ki, çap olunmaqlarına yardımçı olum. Ədəbiyyatda hər kəsin özünəməxsus bir yolu olmalıdır. YOL məsələsi biraz böyük oldu, heç olmasa bir cığırı olmalıdır. Kiməsə paxıllıq etməklə yol seçmək olmur. Əksinə zaman itirirlər. Mənimlə qərəz edəcəyinizə gedin yaradıcılığınızla məşğul olun da.
-Qalmaqal yaratmaq ədəbiyyata nə verir ki?
-Qalmaqal ədəbiyyata heç nə vermir. Bunu yaradanların da ədəbiyyata qətiyyən aidiyyatı yoxdur. Belələri ədəbiyyatın içində olub, ədəbiyyatdan xəbərsiz olanlardı.
-Yaradıcılığınıza bağlı yeni gözləntilər varmı?
- Araşdırma ilə məşğulam. Krım türklərinin yeni dövr ədəbiyyatı ilə bağlı araşdırmalar aparıram. Yəgin ki, hazır olanda kitab halında işıq üzü görəcək.
Əntiqə Səməndər
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar