Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Anar İntiqam Qasımzadəyə irad tuta bilirmi?

Tarix: 02-02-2023 21:11     Baxış: 21 141 A- / A+
V YAZI

Azərbaycan Yazıçılar Birliyi rəhbərliyində onu ən savadlı adam hesab edirlər.
Savad və biliyinin mükəmməlliyi ölkədə ədəbiyyat sahəsində müqaisə hesab olunmayacaq səviyyədə qiymətləndirilir. Elə bunun ucbatındandır ki, müsabiqələrdə layiqli yazılar kənarda qalır, əbləh, aidiyyəti olmayan mətnlər qalib vəsiqəsi qazanırlar. Şəxsi müşahidəmə görə, İntiqam Qasımzadənin orta məktəbdə dil-ədəbiyyat müəllimi ona bu sahəni sevdirə bilməyib. Xüsusən də cümlə quruluşunda axsadığı dərhal gözə çarpır. Orta məktəbdən yaddaşında ilişib qalan yalnız cümlədə baş üzvlərin ardıcıllığıdır. Mübtəda, xəbər, təyin, tamamlıq, zərflik kimi ardıcıllığın qorunub saxlanılmasına çalışdığı da elə bu üzdəndir. Ona elə gəlir ki, mübtəda ilə xəbər cümlədə bəylə gəlin kimi bir yerdə oturdurulmalıdır. Nə qədər çalışsa da xəbəri qabağa çəkib mübtədadan sonra yerləşdirə bilmədiyindən özünü zora salıb mübtədanı sonda yerləşən xəbərin qabağına gətirir. “Azərbaycan” jurnalı redaksiyasının arxivində saxlanılan (o da saxlanılsa) mətnlərin şəxsən baş redaktor İntiqam Qasımzadə tərəfindən redaktə olunmuş variantına baxsanız, bunun şahidi olarsınız. Şəxsən mən onun redaktə etdiyi bir hekayəmin kseriosürətini əldə etmişəm və sübut kimi təqdim etməyə hazıram. Onun ikinci savad əskiyi özünü başqa bir sözdə büruzə verir. Adam “ah çəkməklə” “köks ötürməyi” ayırd edə bilmir. Müəllif personajına ah çəkdirirsə, İntiqam Qasımzadə dərhal onu dəyişdirib “köks ötürtdürür”. Bunların siyahısını uzatmaq da mümkündür, lakin nə faydası...

Adam 46 ildə, xüsusən də 25 illik baş redaktorluq fəaliyyəti dövründə öz işini görüb, gücü çatdığı qədər Azərbaycan ədəbiyyatının inkişafına əngəl törədib, imkan düşdükcə zərbə vurub, “Azərbaycan” jurnalının anasını mələr qoyub. Üzdə fikirlərini ifadə etməkdən çəkinsələr belə arxada böyük əksəriyyət bununla razıdır. İntiqam Qasımzadə müsahibəsində vurğuladığı kimi “əlacsızlıqdan” sənədlərini universitetin filologiya fakültəsinə verib. Gəmi mühəndisi olmaq istəyən adama ədəbiyyatı sevdirmək asandırmı? Əlbəttə, yox. Bu sahəni sevməyən bir adamın yaxşı filoloq olacağına, ədəbiyyata can yandıracağına isə yalnız mənim kimi sadəlövhlər inana bilər. Əsl həqiqəti başa düşəndə isə artıq gec olur.

İntiqam Qasımzadə həm “Azərbaycan” jurnalının redaksiyasında, həm də AYB rəhbərliyində söz sahibidir. İndiyə kimi neçə işçini redaksiyadan uzaqlaşdırıb. Tənqidçilərin heç birini yola verməyib. Qəşəm Nəcəfzadə kimi mülayim şair onun hədəfinə gələn sonuncu adamdır. Təəssüf ki, haqq səsini qaldırmağa onların heç birinin cəsarəti çatmayıb. Katiblərdən söz aça bilmərəm, heç Anar Rzayev də ona heç bir tapşırıq vermir. Bunu AYB üzvləri yaxşı bilir. Necə deyərlər: “Ev bizim, sirr bizim!” Heç mən də bu sirri kənara çıxartmaq istəməzdim. Ancaq bilirsiniz ki, Azərbaycanın mənəvi sərhədləri çox genişdir, Dərbənddən Təbrizə, Zəncana, Mosula, Kərkükə, Anadoluya qədər uzanır. İraq (Türkmən) şair qardaşlarımız dəfələrlə Bakıda səfərdə olublar. AYB-nin binasını ziyarət ediblər, sədrlə görüşüblər, hətta şəkil də çəkdiriblər. Faruk bəy şəxsən mənə etiraf edib. “Azərbaycan” jurnalında şeirlərini çap etdirmək istədiklərini iki dəfə səsləndirsələr də adamın İntiqam Qasımzadəyə göstəriş verməyə cəsarəti çatmayıb.

Dərbənddən – Dədə Qorqud yurdundan gələn Fəxrəddin Oruc, Zeynəb Dərbəndli və başqaları da eyni situasiya ilə qarşılaşıblar. 2018-ci ilin sonunda Dərbəndə səfərim zamanı bunları eşitmək mənə çox pis təsir etdi. Heç kimə sirr deyil ki, Anar “Dədə Qorqud”la məşhurlaşıb. Dədə Qorqud danışığında yazanlara jurnalda bir neçə səhifə ayrılsaydı dünya qara geyməzdi? Mahnılara çevrilmiş şeirlərin müəllifi Zeynəb Dərbəndlinin yaradıcılığından bircə şeir “Azərbaycan” jurnalında çap olunsaydı dünya dağılacaqdı? Həmişə Türkiyəyə səfər edən üç yazıçı – üç dost bunu təsdiq edə bilər. Türkiyəli həmkarımız əsərlərini “Azərbaycan” jurnalında çap etdirmək üçün Anar Rzayevlə görüşür, qarşılığında ondan müsahibə götürür, haqqında material toplayır və Türkiyədə nəşr olunan jurnallardan birinin bütöv nömrəsini Xalq yazıçısı Anara həsr edir. Qarşılığını görmədikdə peşmançılıq hissi keçirir. Davamını sadalayımmı? Bu sual həmişə məni düşündürüb: Niyə Anar İntiqam Qasımzadəyə söz deyə, buyruq verə bilmir, nöqsanlarına irad bildirmir? Onun yanında gözükölgəlidirmi, yoxsa İntiqam Qasımzadənin arxa-dayağı güclüdür? Araşdırmalarımı davam etdirirəm.

* SÖZARDI: Sırf İntiqam Qasımzadənin günahı ucbatından “Azərbaycan” jurnalının bərbad hala düşməsini AYB rəhbərliyində hamı bilir və heç kim ölçü götürmür. Bunu AYB sədri Anar Rzayevə rəsmən müraciətimdə bildirmişəm, tədbir görməsini nəzərinə çatdırmışam. Adam məni qəbul edib detalları araşdırmaq əvəzinə müşaviri Elçin Hüseynbəyliyə mənimlə söhbət aparmaq tapşırığını verib. Sözsüz ki, E.Hüseunbəyli də mənə sədrin sözlərini çatdırdı, bir müddət hekayə yazmamağı, ümumiyyətlə, bədii yaradıcılıqla məşğul olmamağı tövsiyə etdi. “Mən axı yazıçıyam, peşəm yazmaqdır. Hekayə yazmayım, bəs nə yazım?”, deyə fikrimi bildirdikdə bir an düşündü və dedi: “Nəsə başqa şey yaz!” O gündən mən də başqa yazı yazıram.

Böyük hörmət və ehtiramla: ƏLİ BƏY AZƏRİ

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar