Xəbər lenti
“O mehriban, o əziz tələbəlik illərimiz” - Sərvaz Hüseynoğlu yazır
Tanınmız şair, jurnalist, “Ədəbiyyat qəzeti"nin şöbə müdiri, dəyərli ziyalı Sərvaz Hüseynoğlu 40 il bundan əvvəl Gəncə Pedaqoji İnstitutunda bir yerdə oxuduğu tələbəlik dostları ilə görüşüb və bu görüş böyük tarixi hadisəyə çevrilib.
Manevr.az Sərvaz Hüseynoğlunun həmin təəssüratını “O mehriban, o əziz tələbəlik illərimiz” adlı yazısını sizə təqdim edirik əziz oxucular.
O mehriban, o əziz tələbəlik illərimiz
Sevda, əziz Sevda, Sərgül, Aybəniz,
Ömrü yola verdim, görün nələrlə.
Bu uzun illəri sizi bilmirəm,
Mən qoşa yaşadım xatirələrlə.
Nübar iş yerimə gəlmişdi bir vaxt,
Yadımdan çıxmışdı hər ağrı-acım.
Qəlbimə tökülən göz yaşlarıma,
Təsəlli verirdi ağaran saçım.
Sordum Səmaləni, sordum Afəti,
Min dəfə Fəridə, Nəzakət dedim.
Şamama, Əntiqə düşdü yadıma,
Doğma ünvanları kəndbəkənd dedim.
Maysara, qarşıdan gələn may ayı,
Adını yadıma salıb həmişə.
Mən xəyal içində donub qalmışam,
Sənsə tələsirsən yəqin ki, işə.
Mərquşə, Məlahət, Ceyran, Azadə,
Fəridə, Ülviyyə susqundu niyə?
İnsan çiçəkləyir dost salamıyla,
Biganə qalmayaq bu gözəlliyə.
Simuzər, xətrini çox istəyirəm,
Hər üzü gözəldi həyatın, bacım.
Demişəm, yenidən bir də deyirəm,
Göndər mənə gəlsin hər ağrı-acın.
Tələbə dostlarım, sizi yad edib,
Göz yaşı içində boğuluram mən.
Baxdıqca xatirə şəkillərinə,
Elə bil yenidən doğuluram mən.
Tələbə dostlarımız haqqında yazmışam bu sətirləri; bir-bir adbaad xatırlamışam. Gəncə Dövlət Universitetinin pilləkənlərini qoşa qalxmağımızın, qoşa enməyimizin bəxtəvərləri idik bir zamanlar. İndi internet səhifələrindən salam yollayırıq bir-birimizə. Telefon dəstəyindən gəlir səsimiz. Amma daha yaxın, daha doğmayıq. Çünki artıq həyatı görmüşük. İllərin sınağından çıxmışıq. Çoxsaylı gənc nəslin yetişməsi yolunda gözlərimizin nurunu vermişik. İndi mən 40 il bundan əvvəlki tələbə yoldaşlarımın bugünkü uğurlarını çox böyük heyranlıqla, qürur hissilə izləyirəm. Nübarın, Aybənizlərin, Ceyranın, Səmalənin, Əntiqənin, Məhəmmədəlinin, İbrahimin, Mərquşənin, Səkinənin, Şamamanın, Ülviyyənin,
Məlahətin, Simuzərin, Sərgülün, Maysaranın şagirdi olmaq, onların bitkin dərslərini dinləmək istəyirəm... Nəzakətin məntiqli, həyati düşüncələrinin əsiriyəm. Afətin, Sevdanın nəvələrlə keçən xoşbəxt günlərini dönə-dönə alqışlayıram... Yaşa dolduqlarını görmək istəmirəm. Düşüncələrinin, ruhlarının gənc qalmalarından fərəh hissi keçirirəm. Və bu sətirlər çevrəsindən qürur hissi ilə demək istəyirəm ki, yaxşı ki, bu gün Azərbaycan təhsilində Nübar, Səmalə, Aybəniz, Şamama, Məhəmməd, Məhəmmədəli, İbrahim, Əntiqə, Sumuzər, Şamama, Məlahət, Səkinə, Ülviyyə, Mərquşə, Maysara kimi peşəkar, öz işini qəlbən sevən, sənətinə qəlbən bağlı olan müəllimlər çalışır. Bunun üçün ilk növbədə Gəncə mühitinin paklığına,
unudulmaz müəllimlərimiz Mürşüd Məmmədovun, Sabir Əliyevin, Xəlil Yusifovun, Altay Məmmədovun, Həsənxan müəllimin, Göyərçin müəllimin pak ruhuna minnətdarıq. Sabir Orucovdan insanlıq, Ərəstun Xəlilovdan sadəlik, səmimiyyət dərsi almışdıq. O kök üstündə inkişaf etdik. Saflıq və səmimiyyət baxımından dəyişmədik, dəyişə bilmədik. Qələm dostum Qəşəm Nəcəfzadə yazdığı kimi, möhtəşəm vağzala döndü institut, biz onun qoynundan çıxan qatarıq. Amma özümüz getsək də qəlbimizi, sevgimizi doğma pedinstitut divarları arasında qoyub gəldik. Necə ki, vaxtilə Gəncə Pedaqoji İnstitutda təhsil almış Xalq şairi Nəriman Həsənzadə bir şeirində o doğma təhsil ocağını sevərək yad edir, xatırlayır,
bax, həmin doğma duyğularla yad edirik:
Durur ayrıldığım kölgəli çinar,
Durur Gəncədəki bizim institut.
Xəyalım bir yerdə tutmadı qərar,
İlləri andırdı bir anlıq sükut.
Xatırlayırıq gənclik illərimizi, gəncəli günlərimizi. O unudulmaz günlər mənim yaradıcılığımın baş mövzusu olub həmişə. Ayağım irəli getsə də belə, ürəyim o yerə çəkibdi məni. Gəncənin vəfalı yolları misralarımdan keçib:
Bilmirəm o mənə, mən ona yolam,
Bilmirəm o mənə, mən ona qulam.
Mənə ömür boyu vəfalı qalan
Qadasın aldığım Gəncə yolları.
Ürəklər qızılsa qaşından keçir,
Dolanıb ömrümün başından keçir.
Bir az da gözümün yaşından keçir
Qadasın aldığım Gəncə yolları.
Ayaq ağrıtmadı,dizə vurmadı,
Xəncər qıcamadı, nizə vurmadı,
Ağaran saçımı üzə vurmadı
Qadasın aldığım Gəncə yolları.
Könül bağlamadım qeyri yollara,
Caladı yolumu xeyir yollara.
Heç vaxt tuş etmədi əyri yollara
Qadasın aldığım Gəncə yolları.
Ulu öndər Heydər Əliyev dərin ehtiram duyğusu ilə bəyan edirdi ki, “ müəllimlik çox şərəfli sənətdir, mən dünyada müəllim adından böyük, uca ad tanımıram”... Doğrudan da belədir. Mənim tanıdığım Nübar, Səmalə , Aybəniz, Sərgül, Səkinə , Şamama, Maysara, Məhəmmədəli, İbrahim, Məhəmməd, Simuzər, Əntiqə müəllim adını, şərəfini bu mövqedən, bu ucalıqdan qoruyur, şərəf işinə şərəflə xidmət göstərirlər. Onların dərsini almaq ilk növbədə vətəndaş kimi böyümək deməkdir, vətənçilik dərsi almaqdır, milli dəyərlərə sahib çıxmaq imkanıdı. Hər biri ayrı - ayrı bölgələrdəyaşayıb, çalışan bu peşəkar müəllimləri bir - birinə öz sənətlərinə olan sonsuz məhəbbət duyğuları, təhsil işinə sədaqətləri, məktəb həyatına bağlılıqları bağlayır. Eyni zamanda unudulmaz tələbəlik illərinin xoş xatirələri. Aradan 40 il keçib... Ancaq yenə bir yerdədilər, eyni təbəssümlə , açıq üzlə əlaqə saxlayırlar. Bu, bir əxlaq nümunəsidir, örnəkdir, ayrıca məktəbdir. Biz bu məktəbdən, vəfa, sədaqət örnəyindən keçib getməliyik...Əziz tələbə yoldaşlarım. Çox sağ olun ki, məni o əziz, ülvi illərə qaytardınız.
Sərvaz HÜSEYNOĞLU
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar