Xəbər lenti
Müqəddəs, əbədi Zəfərə doğru gedən 44 şanlı gün

Magistratura və doktorantura şöbəsinin müdir müavini
Bildiyimiz kimi 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki yaşayış məntəqələrini atəşə tutmasından sonra Azərbaycan Respublikasının Prezidenti, Cənab Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruq” adlandırdığı əks-hücum əməliyyatına başlanıldı.
Bir müddət sonra “Vətən müharibəsi”nə çevrilən bu əməliyyatda Azərbaycan ordusu 44 gündə torpaqlarını azad edərək, xalqımızın 30 illik həsrətinə son qoydu. Azərbaycan dövlətinin öz torpaqlarını işğaldan azad etmək üçün atdığı bu addım uzun illər danışıqlar prosesində uğursuzluğa düçar olması, erməni qüvvələrinin bitməyən həyasızlıqları, artan hücumları və İrəvan administrasiyasının təxribat xarakterli bəyanatlarından baş verdi. Danışıqlar prosesini həyata keçirən Rusiya, ABŞ və Fransanın həmsədrlik etdiyi ATƏT-in Minsk qrupunun 28 illik fəaliyyəti heç bir nəticə verməyib. Ümummilli lider Heydər Əliyev və Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün platformalarda problemin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bəyan etsə də, nəticə əldə olunmasa, Azərbaycanın torpaqları müharibə yolu ilə geri almaq hüququna malik olduqlarını həmişə bəyan edib. Budur, danışıqlar heç bir nəticə vermədikdə Azərbaycan beynəlxalq hüquqdan irəli gələn hüququndan istifadə etmək qərarına gəldi. 2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyan da əvvəlki administrasiyaların işğalla bağlı mövqeyini davam etdirdiyindən ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar dayandı. Paşinyanın “Qarabağ Ermənistandır”, daha sonra isə Ermənistanın müdafiə naziri Davit Tonoyanın “yeni torpaqlar uğrunda yeni müharibə” deməsi haqlı olaraq Azərbaycanda kəskin reaksiya ilə qarşılandı. Bu bəyanatlar Azərbaycanın əks- həmlə hərbi əməliyyatlarına başlamasının səbəblərindəndir. Ermənistan təxribat xarakterli bəyanatlarla yanaşı, təmas xəttində Azərbaycana qarşı hücumlarını davam etdirdi. Ermənistan ordusu 2020-ci il iyulun 12-dən Tovuz rayonu yaxınlığındakı bəzi strateji mövqeləri ələ keçirmək üçün hücuma keçdi. Azərbaycan ordusu Ermənistan ordusunun bu hücumunu dəf etdi. Sərhəd xəttində günlərlə davam edən gərgin qarşıdurmada general-mayor Polad Həşimov şəhid oldu. General-mayor Həşimovun şəhid olması xəbərini alan Azərbaycan xalqı meydanları dolduraraq Ermənistanın hücumlarına etirazını bildirdi. Xalqın bu reaksiyası Azərbaycan üçün işğal altında olan torpaqların azad olunması siqnalı oldu. Bu hadisələrdən sonra Azərbaycan ordusu təlimləri intensivləşdirdi və 2020-ci ilin avqust və sentyabr aylarında Türkiyə Silahlı Qüvvələri (TSQ) ilə birgə təlimlər keçirdi. 2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan ordusu cəbhə xətti boyu geniş təxribat törədib Azərbaycan ordusunun mövqelərini və mülki yaşayış məntəqələrini iriçaplı silahlardan, artilleriya və minaatanlardan atəşə tutdu. Ermənistanın intensiv bombardmanları nəticəsində mülki və hərbi itkilər baş Verdi və bəzi ərazilərdə mülki infrastruktura ciddi ziyan dəydi. Bundan sonra Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə Azərbaycan ordusu bütün cəbhə boyu əks hücuma keçdi. Əməliyyatın ilk günündə Azərbaycan Ordusu 6 kəndi və bəzi strateji yüksəklikləri işğaldan azad etdi. Azərbaycan xalqını sevindirən bu xəbər 44 gün ərzində təkrarlandı. Prezident İlham Əliyev növbəti günlərdə ya şəxsən sosial şəbəkələrdə, ya da ictimaiyyətə müraciət edərək işğaldan azad edilən ərazilərlə bağlı xoş xəbəri açıqladı. Azərbaycanlıların “Vətən müharibəsi” adlandırdıqları İkinci Qarabağ müharibəsi 44 gün davam etdi və 2020-ci il noyabrın 10-da Ermənistanın öz məğlubiyyətini etiraf edən bəyannaməni imzalaması ilə başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabr ayının 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir” söyləyən cənab İlham Əliyev əminliklə bildirmişdir:

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar