Xəbər lenti
Vaqif poeziya günlərinə sözardı
Zəkulla Bayramlı
30 illik fasilədən sonra artıq ikinci dəfədir ki, Şuşada Vaqif poeziya günləri keçirilir. Bu tədbirdə də, həmişəki kimi, “harda aş, orda baş” adamların görünməsi, İsa bulağının, Vaqifin və yaxud Natəvanın büstləri önündə şəkillər çəkdirib paylaşmaları çoxlarını qəzəbləndirdi, haqlı narazılığa səbəb oldu.
Şuşaya getməli olan yazarların siyahısının hansı arqument və prinsiplər əsasında tutulması mənimçün də bir sirr olaraq qalır. Yəqin ki, qurultayda da belə olacaq. Mükafatların, fəxri adların, Prezident təqaüdlərinin verilməsindəki kimi. Hər yerdə eyni adamlar, eyni sifətlər, eyni soyadlar, eyni mövqelər və s. 32 səhifəlik "Ədəbiyyat qəzeti"nin hər sayında 5-6 eyni adamın şəkli və məqaləsi olduğu kimi...
Düzünü desəm, Qarabağ mühiti, ədəbiyyatı və təbiətiylə yaxından-uzaqdan əlaqəsi olmayan, bu barədə bircə cəsarətli yazısı, şeiri, hekayəsi çıxmayan bir çox loyal yazarların bu günlərdə Cıdır düzündə qalib pozasında şəkillər paylaşması, çoxları kimi, məni də qıcıqlandırdı. Ancaq onu da bilirəm ki, tək mövqeyi müvqesizlik və riyakarlıqdan ibarət olan bu cür adamlar həmişə olub və olacaq da. Onlar haqqında nəsə yazmağı heç vaxt özümə yaraşdırmamışam. Mənim əsaslı iradım məhz bu poeziya günlərinin özünədir.
Bəllidir ki, bu şeir festivalının əsası keçən əsrdə – Sovetlər dönəminin 70-80-ci illərində, eməni separatizminin start götürdüyü, hərəkətləndiyi bir dövrdə qoyulmuşdu. Bu, bir ədəbi-mədəni hadisə olmaqdan başqa, həm də Azərbaycan SSR KP MK-nın Dağlıq Qarabağın Azərbaycana aidliyini, dolayısıyla da olsa, göstərmək məqsədi daşıyırdı. Ona görə də bu tədbirə tarixən Qarabağ xanlığının Rusiya imperiyası ilə siyasi əlaqələrinin qurulmasında özəl xidmətləri olan şair Molla Pənah Vaqifin adının verilməsi məntiqi və başa düşüləndi. Bəs, aradan keçən 50 illik müddət və 30 illik müstəqillik dönəmində bu şeir-sənət bayramının yenə Vaqifin adıyla bağlanması nə dərəcədə doğru və məntiqlidir?! Ümumiyyətlə, Vaqifi bir şair olaraq, yəni, xanlıqda eşik ağası vəzifəsi və Rusiya ilə siyasi ilişgilərin banisi olmaqdan başqa, Qarabağın özü və ədəbi mühitiylə bağlayan nəsə varmı? Vaqifin hansı şeirində Qarabağ və onun timsalında bütün xalqımızın ictimai-siyasi problemləri, sosial çətinlikləri az da olsa, öz əksini tapmışdır?! Bilirəm, bunu oxuyan bəzi poeziya bülbülləri “yeni ədəbi dilimizin banisi”, “bulaq suyu kimi duru və şəffaf üslub”, nə bilim, “sadə xalq dilinin ədəbiyyata gətirilməsi” kimi köhnə bayatı və nağılları təzədən başlayacaqlar. Nəzərinizə çatdırım ki, bütün bunlar Sovet ədəbiyyatşünas və tənqidçiləri tərəfindən Vaqifin çulunu sudan çıxarmaq üçün ortaya atdıqları bəhanələrdir. Yeganə əsas səbəb isə, dediyim kimi, onun Rusiya dövlət çinovnikləriylə apardığı gizli və açıq danışıqlar idi. Sovetlər dönəmini başa düşdük, bəs indi bizi buna məcbur edən nədir, kimdir?! Yenəmi 5-ci kolon?
Bir ədəbiyyatşünas-filoloq kimi qətiyyətlə bildirirəm ki, Vaqifin yeni ədəbi dil və poetik ənənələrin yaradıcısı olmaq məsələsi həddindən artıq şişirdilmiş yalan və saxta ideyadır. Vaqifdən çox-çox qabaqlar hələ Xətayi, Qurbani, Əmani və b. yaradıcılığı ilə başlayan heca vəznli, xalq şeir üslubu və yeni dövr poetik ənənələr Qövsi Təbrizi, Vidadi, Ağqız oğlu Piri, Vaqif, Zakir, Nəbati və b. tərəfindən inkişaf etdirilmiş, yeni bir mərhələyə çatdırılmışdı. Onu da deyim ki, bu, yalnız mənim fikrim deyildir, sovet ədəbi ideologiyasına xidmət etməyən çox tanınmış ədəbiyyat xadimlərinin məqalə və kitablarında bu barədə yetərincə bilgilər vardır. Bu məlumatlardan yalnız birini, – klassik ədəbiyyatımızın bilicisi və fədakar tədqiqatçısı S.Mümtazın Vidadini “Vaqifdən təxminən 20-30 il əvvəl türkcə şeirlər söyləməyə başlayan və gənc Vaqifə bir müddət pişvalıq edən” şair kimi təqdim etdiyini xatırlatmaq istərdik. (S.Mümtaz, Vidadinin bioqrafiyası // Molla Vəli Vidadi, Şeirlər, tərtib edən: S.Mümtaz, Bakı: Azərnəşr, 1936, s. 11). Bilmək istəyirsinizsə, məşhur “Durnalar” rədifli qoşmanı da ilk dəfə Vidadi yazmış, Vaqif və Zakir də ona nəzirə olaraq eyni adlı və oxşar məzmunlu şeirləri qələmə almışlar. Yeri gəlmişkən, bu məsələlər akad.İ.Həbibbəylinin təşəbbüsü və ümumi redaktəsiylə çap olunan yeni 10 cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin IV cildində yer alan “Molla Vəli Vidadi” bölümündə bəndəniz tərəfindən gərəyincə əsaslandırılmışdır.
Elə sizin çoxunuzun çağdaş ədəbiyyatşünaslıq və ədəbi tənqidimizin “generallarından” saydığınız M.F.Axundzadənin də məşhur məqaləsində Zakiri Vaqifdən üstün tutduğunu, yəqin ki, bilirsiniz və inkar etməzsiniz. Niyə Axundzadənin özü rus müstəmləkəçilik idarəsinin çinovniki ola-ola, şeirdə axtardığı ictimai-sosial motivləri biz axtarmaq və görmək qeyrətinə qatlaşmaq istəmirik?!
Vaqifin çağlayan ilhamı və istedadı müqabilində xalqının ictimai-sosial fəlakətləri önündə susması, yaxud təsəvvüf və irfan bulağından su içən, ən yüksək və ülvi duyğuların incə bir dillə tərənnümündən ibarət olan klassik poeziyanı, kobud desək, gözəllərin məmələri və budları səviyyəsinə endirməsi ayrıca və çox geniş araşdırma-təhlillərin mövzusu ola bilər. Bu yerdə elə həmin ədəbi məktəbin davamçısı və fikrimizcə ən böyük nümayəndəsi Qasım bəy Zakirin yaradıcılığına nəzər salmaq kifayətdir. Bütün həyatı və bədii yaradıcılığı Qarabağ bölgəsinin və ümumən Azərbaycan xalqının həmin dövrdəki keşməkeşli və müstəmləkə həyatının təsviri və gizli də olsa, bu müstəmləkəçiliyə qarşı mübarizə xarakteri daşıyan bir şairi qıraqda qoyub, 40-50 yaşlarında Qarabağa gəlmiş olan Vaqifi Qarabağ ədəbi mühitinin yeganə və əsas təmsilçisi kimi qabartmaq kimə və nəyə xidmət edir?! Artıq XXI əsrdir, cənablar, böyük bir xalqın ədəbiyyatına müstəmləkə-nökərçilik prizmasından baxmaq, ən azı, ədalətsizlikdir. Sovet imperiyası çoxdan çökmüş, senzura və “Qlavlit” çoxdan tarixin zibilliyinə gömülmüşdür. Ancaq biz hələ də Moskvaya, yaxud kimlərəsə sərf edən müti psixologiyalı şair və yazarlarımızı daha çox təbliğ edir, əsilzadə-bəy nəslindən olan və bütün həyatı müstəmləkəçilik düşüncəsinə qarşı müqavimət və mübarizədən ibarət olan Zakir, hətta Xanqızı Natəvan kimi milli ruhlu şairlərimizi kölgədə saxlayırıq. Bilirəm ki, onların da yaddan çıxarılmadığını, vaxtaşırı yubileylərinin keçirildiyini deyənlər tapılacaq. Bu, başqa məsələ. Uzun sözün qısası, demək istədiyimiz odur ki, bu şeir-sənət festivalının Zakir, yaxud Natəvanın adıyla bağlanması daha çox yerinə düşməzmi?!
Hələ onu demirəm ki, yox yerdə o boyda Qarabağ xanlığını quran, qonşu xanlıq və dövlətlərlə müəyyən ictimai-siyasi əlaqələr yaradan Pənah xan Cavanşirin özü və nəsli haqqında susub, onun vəziri işləmiş Vaqifi bu qədər göylərə qaldırmaq həmin mütilik psixologiyasının davamı deyilsə, bəs nədir?! Axı bizim babalarımız yalnız “muzdur ədəbiyyatı” yaratmayıblar. 200 ildir bu xalq rus işğalçı siyasətinə qarşı bacardığı səviyyədə mübarizə aparır və bu mübarizəni bu və ya başqa şəkildə özündə əks etdirən ədəbi örnəklər yaradır. Bu kimi şair-yazarları indi qabardıb daha çox tanıtmaq, təbliğ etmək, milli-etnik ruh və psixologiyamızın əksi olan əsərlərini daha çox nəşr etmək istəmiriksə, nə vaxt edəcəyik?!
Yaxşı olmazdımı, AYB-nin yeni katiblik və müavinlər heyəti bu kimi milli-mənəvi və taleyüklü məsələlərlə məşğul olaydı, birliyin iş prinsipi və fəaliyyət dairəsi haqqında bəzi dəyişikliklər edəydi, həqiqi qalib ölkənin yeganə yazarlar təşkilatı kimi, yazıçılar arasında hökm sürən bu ayrı-seçkilik siyasətinə son qoyaydı. Toplananların yerini dəyişəndə cəm dəyişmir axı.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar