Sizin Reklam Burada
Xəbər lenti
24-12-2024
23-12-2024
BÜTÜN XƏBƏRLƏR

KƏRAMƏT - Məmməd İsmayıl şeirləri üzərinə - Bədii yaddaşın unudulmayan yeri

Tarix: 11-06-2022 11:00     Baxış: 31 298 A- / A+

                          Bir adam yol gedir bizdən qabaqda
                          Amma bir adam da bizdən sonra var.      
   
                                              (M. İsmayıl)

Ə
bədi estafetdi, marafondu bu yolçuluq, harada başlayıb harada bitəcəyi də bilinməz, fərdlər o ULU RUHUN sadəcə daşıyıcılarıdı, cismləri, bədənləridi. Bu səbəbdən o Ulu Ruha qənim kəsilənlər özlərini tarixin çöplüyünə öz qanlı əlləriylə gömmüşlər.                                               
Unutmağa çalışdığımız, unutduğumuzu sandığımız, bizə əzab verən yaddaşımızın əlhəd daşı unuda bilmədiyimiz, ən çox sevdiyimiz, həyatımıza məna-məzmun qatan, bizi biz edən nəsnələr, kimsələrdi. Bəzən onları görməzdən gələr, ekranlardan, siyahılardan, maaş cədvəllərindən belə adlarını silərik haqq qatili əllərimizlə.. Bir də görərik ki, yolumuzun baş ucunda dayanıb heç nə olmamış kimi bizə gülümsəyir, bizə -nankorlara sabahların qapısını açır, yıxıldığımız yerdə əlimizdən tutub qaldırır və pıçıldayır : “Hələ yaşamağa dəyər bir az da.” Bu “bir az da” öləziyən ocağımıza can verər, bizə uzaq üfüqləri göstərər. Dədəm Qorqud misalı, aç gözlərini bax deyər ,-Orda Savalanda bir igid yatır. ...Günümüzün piştaxta misginliyindən , ali duyğuların alverçi postmodern aşağılanmışlığından çəkib çıxarar bizləri...Bizsə, elə hey O-nu unutmağa, unutdurmağa çalışarıq...bilə-bilə ki, bütün bu cəhdlərimiz bihudədi. Dünyanın bütün tiranları sənətə məğlub olublar və qorxaqcasına SÖZLƏ mübarizə aparmaq misginliyinə qapılıblar. Çünki “Göstərən saətdə dövrani-fələk bir inqilab...” (Füzuli) dalını saydıqca sayın. Bunu da üstünə gəlin: İblisin talib ettiyi yola minnət eyləməm” (Nəsimi). 
Dünyanın ən böyük nadanlığını dönə-dönə yaşayır bu tiranlar, imperatorlar, diktatorlar...Adam da sözlə, şərqiylə, sənətlə mübarizə aparar??? Günümüzün bu günündə belə.. O gün Fazil Sayın konsertinə qadağa qoyulmuşdu, “Sən mənim qədrimi biləsən deyə”(Əli Kərim), “Adıma çatanda bir ad görmüşəm Və başqaları..” (Musa Yaqub) yazılmışdı,  bu gün də qürurlu nida kimi səslənirdi Məmməd İsmayılın dilində ; “Unutduğun yerdəyəm...Unutduğun yerdəyəm!” ...   Əli Kərimi xatırladım, onun haqqında yazılan ən gözəl məqaləni də Məmməd İsmayıl, Məmməd Araz yazıb; başqa cür ola da bilməzdi və yaxud kim yaza bilərdi ki? Xatirənin də yerinə düşməsi varmış:

Yetim bir haray var, gəzər dünyanı
Görən harda qaldı anası ölmüş? 

                    (Məmməd İsmayıl)

Deyirsən..harda ölmüş
Ölməmişəm mən ölmüş

                     (Əli Kərim)
                              

Hələ kor olmuş gözlərimiz nələr görəcək, kar olmuş qulaqlarımız nələr eşidəcək?     
 
 “Ağacdələn, döy qapımı, döy görüm 
Başımıza nələr gəlir qoy görüm”

 
....eh..başımıza gəlməyən daha nə qaldı ki, Böyük Qardaş-Məmməd İsmayıl?  Günəşin şüalarını, göz yaşlarını basdırmaq olmur.                          
 
“Əhvalın bulanıq, gözlərin duru,
 Eşqini gözünün içində qoru,                                                             
 Küsmə Kəramətdən, gözümün nuru                                                         
 Səni doğma bilib ərk eləmişəm”,



 -tələbəliyin birinci ilində yazmışdım Məmməd İsmayıldan birbaşa əsinlənərək, təsirlənərək. Və o illərdə tələbə qızların cib dəftərlərinin bəzəyinə çevrilmişdi. Niyə xatırladım?  Düşünürəm ki, ədəbi-bədi yaddaşa da gərək sağlam toxumlar səpəsən. O illərdə tələbə dostlarıma belə “toxumları” məsləhət bilərdim, bu müəllifləri oxumaq-öyrənmək gərəkdi deyə. İndi onların imzasını hamı tanıyır, hər biri özünəxas bəsləyib bu toxumları, böyüdüb, nə dərəcədə bəhrələnib, özləri ədəbi yaddaşın sağlam toxumuna dönə bilibmi? Hər kəs özünəxas. Bir də, bir də ona görə xatırladım ki, indi geni dəyişmiş, süni toxumlar səpirlər ədəbi yaddaşa, yaddaş da şoranlaşır, heç nə bitirmir, bitirdiyi də “ziyanlı.”                                                                 
 Dünyanın 60-a yaxın ölkəsini gəzib-dolaşmış, 20-yə yaxın dünya dillərində şeirləri yayılan, yaşı 80-ni keçən şairin gənclik ruhuyla şeirlər oxumasından od almamaq mümükünsüzdü. Yaradıcı insanlar odötürücüdü, unutmayın ki, ən çox sevdiyiniz adamlar unutmağa çalışdığınız, unutduğunuz yerdə dayanıb sizi gözləyir, hər şeyə rəğmən.

Əzizim o da para
Ay doğdu, o da para
Varmı bir odu sönmüş
Canımdan od apara.


                                                KƏRAMƏT

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar