Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Xidməti və muzdla işləyənləri nələr gözləyir? - Qubad İbadoğlundan şərh

Tarix: 02-12-2018 10:23     Baxış: 3241 A- / A+
Xidməti və muzdla işləyənləri nələr gözləyir? - Qubad İbadoğlundan şərh
"Bu sahədə dəyişikliklərin düzgün izahatı üçün ilk növbədə bilməliyik ki, iqtisadiyyatda çalışanlar 2 statusda fəaliyyət göstərir və fərqlənir".


Manevr.az
xəbər verir ki, bu sözləri iqtisadçı alim Qubad İbadoğlu deyib.

O bildirib ki, 1-ci qrup muzdla işləyənlərdir:

"Onlarla işəgötürənlər arasında münasibətlər əmək müqavilələri ilə tənzimlənir. İkinci qrup xidmət müqaviləsi əsasında çalışanlardır ki, onları da özlüyündə 2 qrupda təsnifləşdirmək olar: vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə işləyənlər və ya mülki-hüquqi xidmət müqaviləsi ilə, VÖEN-siz çalışanlar.

Nəhayət, dəyişikliklər vergi və sosial sığorta ödənişləri baxımından fərqlənir. Mülki hüquqi xarakterli müqavilələrlə xidmət göstərənlərlə, yəni VÖEN-i olmayanlarla bağlı qaydalar dəyişməyib. Onlara ödənilən məbləğdən ödəmə mənbəyində əvvəlki kimi 25 faiz tutulacaq. Sahibkarlıq fəaliyyəti üzrə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar (VÖEN-i olanlar) üzrə məcburi dövlət sosial sığorta ayırmalarında dəyişiklik nəzərdə tutulur. Belə ki, onlar üçün sığorta haqqı minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında olacaq. Bu da o deməkdir ki, VÖEN-i olub tikinti və ticarətdə çalışanlar ayda 65 manat, digər sahələrdə çalışanlar isə (məsələn, QHT sektoru, konsaltinq xidməti və sair) ayda 32.50 manat sosial sığorta haqqı ödəyəcəklər”.

İqtisadçı qeyd edib ki, onların hansı verginin ödəyicisi olması məsələsi dəyişikliklərin maraqlı, eyni zamanda, hələ ki tam aydınlaşmamış tərəflərindəndir:

"Əvvəla qeyd edim ki, onlar artıq sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər. Dəyişikliklər qüvvəyə mindikdən sonra sadələşdirilmiş vergi ödəyicilərinin dairəsi xeyli məhdudlaşacaq. Artıq yalnız əhaliyə (VÖEN-i olmayanlara) məhsul təqdim edən pərakəndə ticarət, Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımaları həyata keçirənlər, sabit vergi ödəyiciləri (ev qulluqçuları, bağban, bərbər, dərzi, restoranda ofisiant və sair), ictimai iaşə (dövriyyə 200 min manatdan yuxarı, 8 faizlə) və sair sadələşdirilmiş vergi ödəyicisi ola biləcəklər. Xidmət müqaviləsi ilə işləyənlər, çox güman ki, dövriyyələri kiçik olduğundan mikro sahibkarlıq subyektlərinə aid olunacaq”.

Q.İbadoğlunun sözlərinə görə, bu barədə konkret danışmaq çətindir, çünki hələ Nazirlər Kabineti mikro sahibkarlıq subyektləri üçün meyarları təsdiq etməyib:

"Əgər xidmət müqaviləsi ilə işləyənlər mikro sahibkarlıq subyekti sayılsa, o zaman onlara gəlirlərinin 75 faizi həcmində güzəşt şamil olunacaq, yalnız gəlirlərinin 25 faizindən 20 faiz vergi ödəyəcək”./mia.az



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar