Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya və Çin Zəngəzur dəhlizinin açılmasını istəyir

Tarix: 27-02-2023 12:57     Baxış: 4276 A- / A+
Rusiya və Çin Zəngəzur dəhlizinin açılmasını İSTƏYİR


İkinci Qarabağ müharibəsində Azərbaycanın Ermənistan üzərində mütləq qələbə qazanması Cənubi Qafqaz regionunda yeni reallıq yaradıb və regionda qüvvələr balansının yenidən formalaşmasına səbəb olub. Müharibənin sonunda imzalanan üçtərəfli bəyannaməyə əsasən, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında yeni nəqliyyat dəhlizi açılmalıdır. 
 
Üçtərəfli bəyanatın imzalanmasından 2 il yarım keçməsinə baxmayaraq, Ermənistan üzərinə düşən öhdəlikləri hələ də yerinə yetirməyib. Səmərəli şəkildə həyata keçirilərsə, Zəngəzur dəhlizi Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynaya bilər. Dəhlizin iqtisadi potensialından istifadə edə biləcək ölkələrdən biri də onun açılmasına mane olan Ermənistandır.
 
Ekspertlər deyir ki, Zəngəzur dəhlizinin gələcəyi və orada təhlükəsizliyin necə təmin ediləcəyi region ölkələrinin gündəmində olmalıdır.
 
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı modern.az-a danışan beynəlxalq iqtisadiyyat üzrə ekspert Orxan Bağırov qeyd edib ki, belə dəhlizin indiyə qədər mövcud olmaması bölgədə iqtisadi əlaqələrin tam formalaşmamasına səbəb olub.
 
"Ermənistanın illərlə həyata keçirdiyi işğalçı siyasətə görə kommunikasiya vasitələri bağlı idi. Sovet dönəmindən mövcud olan dəmir yolunun bağlanması region ölkələri arasında olan iqtisadi əlaqələrin tam formalaşmamasına gətirib çıxarırdı. Məhz bu səbəbdən Zəngəzur dəhlizinin açılması bütün region ölkələri üçün faydalıdır.
 
Azərbaycan üçün ən mühüm məsələ bu yol vasitəsilə Türkiyə ilə birbaşa quru əlaqəsinin mövcud olmasıdır. Həmçinin, Türkiyə də ölkəmiz vasitəsilə Mərkəzi Asiyaya çıxış əldə edəcək. Eyni zamanda Rusiya da Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Çünki indiki situasiyada öz yüklərini daşıması üçün bu yol çox əlverişlidir. Zəngəzur dəhlizindən ən çox fayda görən ölkə Ermənistan olacaq. Çünki blokada şəraitindən qurtulmuş olacaq", - deyə ekspert bildirib.
 
1220516
 
O.Bağırov vurğulayıb ki, İranın Zəngəzur dəhlizinə qarşı olmasının səbəbi Azərbaycandan Naxçıvana birbaşa əlaqənin qurulmasıdır.
 
"Komunikasiyanın açılması Azərbaycanın müəyyən mənada İrandan asılılığını aradan qaldırır. Ümumi olaraq Zəngəzur dəhlizinin açılması İrana da xeyir verəcək. İranla Ermənistan arasında birbaşa dəmiryolu əlaqəsi yoxdur. Zəngəzur dəhlizinin açılması həm də İrana bu baxımdan fayda verə bilər. Bu komunikasiyada maraqlı olan ölkələrdən biri isə Çindir. Çünki adıçəkilən ölkənin "Bir Kəmər Bir Yol" adlı lahiyəsi var. Həmin lahiyənin bir hissəsi Azərbaycandan keçir.
 
Zəngəzur dəhlizinin açılması Çinin Avropa bazarına çıxması üçün yeni vasitədir. Ümumiyyətlə, dəhliz vasitəsilə yük daşımalarının artacağı gözlənilir. Çünki Rusiya ilə bağlı olan problemlərə görə, "şimal dəhlizi" effektivliyini itirib. Alternativ yolların çoxalması adıçəkilən ölkə üçün faydalıdır. Azərbaycan orta dəhlizin əsas aktorlarından biridir. Bizim son illər apardığımız xarici iqtisadi siyasətin əsas istiqamətlərindən biri də tranzit ölkələrdən birinə çevrilməkdir. Zəngəzur dəhlizinin açılması bizim tranzit ölkə kimi potensialımızı biraz da artıracaq"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar