Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda kredit faizləri yüksələcək – ŞƏRH

Tarix: 25-02-2023 14:46     Baxış: 4223 A- / A+


Azərbaycanda kredit faizləri yüksələcək – ŞƏRH

Azərbaycanda 2023-cü ildə kredit faizlərinin yüksəlməsi və bu səbəbdən kredit qoyuluşunda artım sürətinin zəifləməsi gözlənilir. 

Manevr.az bildirir ki, bu il kreditlərin bahalaşmasına təsir edəcək əsas amillər əmanətlər üzrə faiz gəlirlərindən vergi alınmasına yenidən başlanılması, həmçinin məcburi ehtiyat normasının artırılması olacaq. 

Xatırladaq ki, 2023-cü ilin fevralında fiziki şəxslərin banklarda yerləşdirdiyi əmanətlər üzrə əldə etdikləri faiz gəlirlərinə verilən vergi güzəştlərinin müddəti başa çatdı. Bundan öncə 7 il ərzində fiziki şəxslər banklardan aldıqları faiz gəlirlərinə görə vergi ödəmirdilər. Qaydalara əsasən, bundan sonra əmanətçilər hər il faiz gəlirlərinin 10 faizi qədərində vergi verməlidir. Hesablanan vergilər banklar tərəfindən faiz gəlirindən tutularaq dövlət büdcəsinə ödəniləcək. 

Vergilərin yenidən tətbiqi əmanətçilərin gəlirlərində növbəti azalmaya səbəb olacaq. Buna qədər əmanət faizlərinin endirilməsinə görə faiz gəlirləri azalmışdı. Ölkəmizdə manatla illik 12 faizə qədər qoyulan əmanətlər sığortalansa da heç bir bank bu maksumum faizlə əmanət qəbul etmir. Hətta iri banklar əmanət faizlərini 6-7 faizə qədər endirib. Belə vəziyyətdə əlavə olaraq vergilərin də alınması əmanətçilərin faiz gəlirini bir qədər də azaldır ki, bu da banklara əmanət yerləşdirilməsinə marağı azaldır. 

Banklar əmanətlərin həcminin azalmaması üçün böyük ehtimalla əmanət faizlərini bir qədər artıracaq. Əmanət faizlərinin artması isə dolayısı ilə kredit faizlərinin artmasına səbəb olacaq. Çünki bankların kredit kimi verdiyi pulun önəmli hissəsi məhz əmanətlərdən ibarətdir. 

Kredit faizlərini artıracaq digər səbəb məcburi ehtiyat normalarının yüksəldilməsidir. Bu il yanvarın 1-dən etibarən Mərkəzi Bank məcburi ehtiyat normasını hüquqi şəxslərdən manatla cəlb edilən və 1 milyard manatadək olan depozitlər üzrə 5 faizə, 1 milyard manatdan çox olan depozitlər üzrə 10 faizə qaldırıb.  

Hüquqi şəxslərin xarici valyutada olan depozitlərində isə məcburi ehtiyat norması müvafiq olaraq 6 faiz və 12 faiz müəyyən edilib. 

Fiziki şəxslərdə də norma artırılaraq manatla cəlb edilən əmanətlərdə 5 faizə, xarici valyutada 6 faizə qaldırılıb.
Məcburi ehtiyat normalarının artırılması kreditlərin bahalaşmasına birbaşa təsir edir. 

Çünki bankların kredit şəklində verdiyi vəsaitin çox hissəsi depozit və əmanətlərdən ibarətdir. Qaydalara görə banklar cəlb etdikləri depozit və əmanətlərin məcburi ehtiyat norması qədər hissəsini Mərkəzi Bankda saxlamalıdır. Hazırda manatla depozitlərdə norma 5 faiz olduğundan depozit və əmanətlərin bu qədər hissəsi kredit kimi verilə bilməz. Amma banklar həmin depozit və əmanətlər üzrə müştərisinə xidmət göstərir, ona faiz gəliri ödəyir. Bu xərcləri təmin etmək üçün banklar məcbur olub kredit faizlərini artırır. 

Bununla yanaşı, ehtiyat normaları artırılanda kredit təşkilatlarının ayırdığı kreditlər də azalır və dövriyyədə olan pul kütləsinin həcmindəki artım zəifləyir. Kredit vəsaitlərinin azalması onun bahalaşmasına, yəni faizlərin yüksəlməsinə gətirib çıxarır. 

Buna görə də böyük ehtimalla 2023-cü ildə ölkəmizdə yeni verilən kreditlər üzrə faizlər yüksələcək və bunun nəticəsində kreditlərə tələb azalacaq. 

Mərkəzi Bankın məcburi ehtiyat normalarını artırmaqda əsas məqsədi isə inflyasiyanı cilovlamaq, onun yüksəlməsinin qarşısını almaqdır. Bu məqsədə uyğun olaraq Mərkəzi Bank elə pul-kredit siyasəti yürüdür ki, kreditlər bahalaşsın və kredit qoyuluşunun həcmindəki artım sürəti zəifləsin. Kredit qoyuluşunun artım sürəti zəiflədikdə tələb zəifləyir və bu dəyişiklik ölkədə inflyasiya hərarətini soyudur.sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar