Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Ərzaq təhlükəsizliyi: Artım var, amma azdır - Azərbaycanı nə gözləyir...

Tarix: 26-09-2022 15:46     Baxış: 4350 A- / A+
“Hələ 30 il bundan əvvəl elmi işlərimdə qeyd edirdim ki, XXI əsr nə neft, nə qaz, nə də başqa məhsulun əsri olacaq. Bu dövrdə qida təhlükəsizliyi və içməli su problemləri ilə qarşılaşacağıq”.
 
Bu sözləri modern.az-a qida təhlükəsizliyindən danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib. O qeyd edib ki, proqnozlar özünü doğruldur və bunlar əsrin ən böyük problemlərinə çevrilir:
 
“Qida təhlükəsizliyi və içməli su problemi bütün dünyada davam edir. Ümumi inflyasiya ortalama 10 faizdən yuxarıdır. Dünyada insanların sayı artır, nəticədə qida və kənd təsərrüfatı məhsullarından istifadə də genişlənir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 2011-ci ildən bu yana qida məhsullarının bir çox sinfinin qiymətinin artımını müşahidə edir. 2011-ci ildə ortalama 1.5 faiz illik artım var idi. Amma pandemiyadan qabaq bu rəqəm birdən-birə sıçrayışlı formada 6-7 faizə yüksəldi. Pandemiya vaxtı qida məhsullarının qiymətlərinin illik artımı 10 faizi keçdi. Bunun qarşısını almaq mümkün olmadı. Məsələ ilə əlaqədar ümumbəşəri problemlər mövcuddur”.
 

 
Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün dövlət tərəfindən kifayət qədər addımın atıldığını vurğulayan deputatın fikrincə, kənd təsərrüfatına ayrılan subsidiyalar, subvensiyaların həcminə görə ölkəmiz postsovet məkanında birincidir:
 
“Amma biz kənd təsərrüfatının inkişafında həyata keçirdiyimiz mexanizmi dəyişməliyik. Artım var, amma azdır, bu bizi qane etmədiyindən ən azı ikiqat artmasına çalışmalıyıq. Xüsusi proqramlar hazırlanır, addımlar atılır. Kənd təsərrüfatı məhsullarının həm kəmiyyətinin, həm keyfiyyətinin yüksəldilməsinə çalışacağıq. Ancaq məsələnin kökü ekstensiv inkişafdan intensiv inkişafa keçiddir. Burada azad olunmuş torpaqlar xüsusi rol oynayır. 10 min hektarlarla münbit torpaq ehtiyacı mövcuddur. Artıq Qarabağda yüz min hektar ərazi əkin-biçinə hazırdır. Bunu rahatlıqla bir milyon hektara qədər çatdıra bilərik. Azad olunmuş ərazilərdə canlanma ərzaq təhlükəsizliyinin təmin olunmasına ən azı 35-40 faiz köməklik göstərəcək.
 
Hesab edirəm ki, kiçik və orta sahibkarlığın inkişafı ərzaq təhlükəsizliyinə daha çox töhfə verəcək. Bu, işsizliklə əlaqədar problemlərin həllinə kifayət qədər təsir edəcək. Kənd təsərrüfatı məhsullarının artımı ilə əlaqədar müsbət təsirlər göstərəcək. Bununla bərabər iri fermer təsərrüfatlarının yaradılması lazımdır. Dövlət iri təsərrüfatların canlanmasına xüsusi önəm verir, əhəmiyyətli fikir mübadilələri aparılır”.
 

 
Bundan əlavə, Rüfət Quliyev regionlarda əhalinin öz ərzaq təminatı üçün çalışmasının faydalı olduğunu bildirib:
 
“Ulu öndərin islahatları nəticəsində regionlarda sakinlərə torpaqlar paylanılmışdı. Həyətyanı sahə, pay torpağı və s. mövcuddur. İnsanlar bundan istifadə edib, özlərini kənd təsərrüfatı məhsulları ilə təmin edə bilərlər. Mən gözümü açandan cənub zonasında bunun effektini görmüşəm.
 
Yekun olaraq, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün sadaladığımız məqamların hər birinə diqqət etmək lazımdır. Məsələnin bir tərəfdən həlli mümkün deyil. Regionlarda insanların torpağı əkib-biçməyə həvəsi olmalıdır. Nə qədər məhsul bolluğu olarsa, regionlarda emal müəssisələrinin, dolayısı ilə iş yerlərinin artması da mümkün olacaq”.  

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar