Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Unun qiyməti bu səbəbdən qalxdı – Ekspertdən AÇIQLAMA

Tarix: 19-08-2022 14:27     Baxış: 4230 A- / A+
Manevr.az xəbər verir ki, bu sözləri publika.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O, bildirdi ki, dünya bazarında ərzaqlıq buğdanın qiyməti artıq may ayından etibarən özünün pik həddinə çatsa da, Azərbaycanda çörəyin və buğdanın qiymətlərində artım olmadı.
Onun sözlərinə görə, baş verənləri dəyərləndirən Azərbaycan hökuməti bahalaşmaya getmədi və müəyyən vasitələrlə bunun qarşısını aldı:
“Hazırkı dövrlə müqayisədə,may ayında Azərbaycanın taxıl ehtiyatları kifayət qədər idi. Çünki, 2021-ci ilin yanvar-noyabr aylarında ölkəyə 1 milyon tondan artıq taxıl gətirilmişdi. Bu ilin yanvar ayında isə ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə artıq taxıl idxal edildi. Aprel ayına qədər isə taxıl idxalı kifayət qədər yüksək oldu. Hazırda taxılın qiyməti may ayı ilə müqayisədə kifayət qədər düşsə də, dalğalanmalar hələ də davam edir. İdxal taxılın qiyməti isə yanvar ayındakından xeyli yüksək olduğu üçün çörəyin və unun qiymətində artımlar qaçılmaz oldu”.
Bu gün Azərbaycanın daxili taxıl tələbatının idxaldan 40 faiz asılı olduğunu deyən ekspert qeyd etdi ki, bu göstərici ümumi buğda ehtiyatları konteksində belədir:
“Ancaq ərzaqlıq buğdanın hesabına olan asılılıq daha çoxdur və bu, təxminən 80 faizə yaxındır. Yəni, hər 100 kq-lıq buğda ehtiyatının 80 kilosunu xaricdən idxal edirik. Bir sözlə, hazırkı təhlükələr problemi daha da aktuallaşdırır”.
Problemdən çıxış yolunun olduğunu söyləyən müsahibimiz bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə bu il 50 min hektar əkin sahəsi yaradılıb:
“Əkin sahələrinin növbəti ilə qədər 100 min hektara qədər artırılması nəzərdə tutulub. Düşünürəm ki, bu rəqəmi 150 min hektara qədər qaldırmaq mümkündür. Bu ərazilərdə əkin sahələrinin strukturuna yenidən baxmaqla, yüksək səviyyədə araşdırma aparmaqla, buğda əkini sahələrini və ərzaqlıq buğdanın çəkisini artırmaq olar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar