Xəbər lenti
Çörək bahalaşacaq? – Hökumət qiymət artımınına getməmək üçün bunları etməlidir
Son günlər un və çörəyin bahalaşacağı ilə bağlı məlumatlar intensivləşib. Səsləndirilən fikirlər isə vətəndaşların narahatlığına səbəb olur.Maraqlıdır, un məmulatları və çörəyin bahalaşacağı ilə bağlı yayılan informasiyaların əsası varmı?
Manevr.az -ın xəbərinə görə, bu barədə Sfera.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov deyib ki, un və çörəklə əlaqəli rəsmi izah olmadığına görə son 8 ayın vəziyyətini təhlil etmək lazımdır:
“Yanvar ayında baş verənlərə diqqət etsək, görərik ki, əsas səbəblər məhz bu ayda baş verənlərdən çox asılıdır. Belə ki, 2022-ci ilin yanvarında çörəyin qiyməti qalxdı. Üstündən cəmi 2 ay keçdikdən sonra buğdanın qiyməti maksimuma qalxıb deyə yenidən unun və ya çörəyin qiymətinin qaldırmaq ciddi yanlışlıq olardı. Buna görə də un 403 dollar olanda qiymət artımı söhbət mövzusu olmadı. Həm də bu aylarda Azərbaycanda çörəyin qiymətinin qalxmamasına daha bir amil ciddi kömək etdi – taxıl ehtiyatı. Azərbaycan bu ilin yanvarında heç vaxt etmədiyi qədər taxıl idxal etdi. Hətta 2021-ci ilin eyni dövrü ilə müqayisədə ölkəmizə 4 dəfə çox taxıl idxal olundu. Fikrimcə, həm yanvardakı qiymət artımı, həm də 4 dəfə artıq tədarükün olması ötən 7 ay ərzində çörəyin qiymətinin qorunub saxlanılmasına imkan verib. İndi isə şərtlər dəyişir. Ehtiyatlar işləndikcə, yenidən idxalı artırmaq lazımdır”.
Ekspert vurğulayıb ki, hazırda dünyada taxıl bazarındakı vəziyyət ilin əvvəli ilə müqayisdə çox bahalaşıb:
“Bu isə yenidən unun qiymətinin sabit saxlanılması üçün əlavə vəsaitlərin xərclənməsini tələb edir. Ərzaqlıq buğdanın qiymətinin qalxacağı halda çörəyin qiymətinin sabit saxlanılması üçün səmərəli yol un istehsalçılarına yeni subsidiyaların verilməsidir. Bu yol hazırkı vəziyyətdə həm sahibkarların fəaliyyətinin dəstəklənməsi, həm də çörəyin qiymətinin stabil saxlanılması üçün ən sadə yoldur. Digər ikinci yol isə un istehsalçılarına yeni subsidiyalar vermədən, "bazar iqtisadiyyatıdır" deyib prosesi öz axarına buraxmaqdır. Bu zaman artımın mənfi təsirləri insanların üzərinə düşəcək. Amma üçüncü yol da var - çörək və unun qiymətində artım olduğu zaman insanların gəlirlərinin buna uyğunlaşdırılması. Onsuz da infilyasiya insanların gəlirlərini yeməkdə davam edir. Digər xərcləri azaltmaqla gəlirlərə uyğunlaşdırmaq nəzəri cəhətdən mümkündür və insanlar belə də edir. Amma söhbət çörəkdən gedəndə bu nəzəriyyə özünü doğrultmur, çörəyə qənaət olmur. Bunu mütləq nəzərə almaq lazımdır. Heç olmasa, gəlirləri aşağı olan, aztəminatlı ailələrin və sosial cəhətdən həssas qrupdan olan insanların maddi dəstəklənməsinə ciddi ehtiyac yaranacaq”.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar