Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Dünyanı aclıq gözləyir: Azərbaycan nə etməlidir?

Tarix: 12-05-2022 11:14     Baxış: 4179 A- / A+
 
2022/april/07/erzaq_qitligi1649349613.jpg“Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O, Rusiya-Ukrayna müharibəsi fonunda baş verən qiymət artımını, o cümlədən Azərbaycan dövlətinin ərzaq təhlükəsizliyi bağlı olan siyasətini şərh edib.
Həmsöhbətimizin sözlərinə görə, Azərbaycan Prezidenti də bu istiqamətdə bütün mümkün imkanlardan maksimum istifadə edir, aidiyyəti tədbirlər görür:
“Görülən işlərin heç şübhəsiz ki, ən vaciblərindən biri kənd təsərrüfatı sahəsinin inkişafına nail olmaqdır və açığı, son illər bu sahədə köklü dəyişikliklərin şahidi olmaqdayıq. Bu gün qeyri-neft sektorunun inkişafını hədəfləyirik və statistikaya baxsaq, ötən ilin birinci rübü ilə müqayisədə qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox, qeyri-neft ixracımız isə 45 faiz artıb. Bu rəqəmlərdə öncül yerlərdən biri məhz kənd təsərrüfatının payına düşür.
Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə də qeyd edildiyi kimi, “ərzaq təhlükəsizliyi proqramı çərçivəsində, əsasən də dünyadakı ərzaq problemləri ilə əlaqədar cari ilin birinci rübündə 220 milyon manat vəsait ayrılıb. Bu da kənd təsərrüfatı sahəsinə müəyyən əkin subsidiyalarının verilməsi ilə bağlıdır”.
B. Məhərrəmov əlavə edib:
“Əlbəttə, çoxsaylı statistik nümunələr ortaya qoymaq olar, lakin ən vacib göstərici o olub ki, pandemiya və pandemiyadan doğan qlobal iqtisadi böhran, o cümlədən çox böyük maliyyə vəsaiti tələb edən V nəsil müharibədən çıxmağımıza baxmayaraq, ölkədə heç bir formada qıtlıq hiss edilmədi. Elə Ukrayna nümunəsinə də diqqət edək. Baxmayaraq ki, bütün dünya dayanmadan yardım edir, amma orada bölgələr var ki, insanlar minimum ərzaq ehtiyaclarını ödəyə bilmir. Bu bir daha onu göstərir ki, Azərbaycanda həyata keçirilən siyasətə alternativ yoxdur”.
Milli Məclisin deputatı onu da vurğulayıb ki, problemlər də var:
“Məsələn, mən təmsil etdiyim bölgə üzrə bəzi problemləri sadalaya bilərəm ki, bu, bir sıra digər regionlarımız üçün də analogiya təşkil edə bilər. Biləsuvarda kənd təsərrüfatının inkişafı üçün ən ciddi əngəl su çatışmazlığı ilə bağlıdır. Bilirsiniz ki, hazırda dövlət proqramı qəbul edilib və müasir texnologiyaların və üsulların tətbiqi ilə bağlı iş aparılır. İnanıram ki, yaxın illər ərzinə biz həlli yolunu tapacağıq”.
“Bundan başqa, qlobal böhranın təsiri ilə bahalaşma kənd təsərrüfatı sektoruna da təsir edib və xüsusən, gübrə və digər vasitələrdəki bahalaşma əlavə problemlərə yol açmaqdadır. Amma nəzərə alaq ki, Azərbaycanda subsidiya sistemi tətbiq edilir ki, bu da fermerlərin müvəqqəti perioddan minimum itki ilə çıxmasına imkan yaradacaq.
Təbii ki, əsas olan siyasi iradədir ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı ciddi siyasi iradə var, təmsil etdiyim bölgədə fermerlər də bunu bilir və real vəziyyəti qiymətləndirirlər”, - deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar