Xəbər lenti
Dünyada aclıq təhlükəsi böyüyür: Azərbaycanı nə gözləyir?
Almaniyanın iqtisadi əməkdaşlıq və inkişaf naziri Svenya Şulze “Bild” nəşrinə müsahibəsi zamanı bildirib ki, dünya quraqlıq, koronavirus pandemiyası və Ukraynadakı münaqişə səbəbindən İkinci Dünya Müharibəsindən bəri ən pis aclıqla üzləşə bilər. Onun sözlərinə görə, bütün dünyada ərzaq qiymətləri üçdə bir artıb və hazırda rekord səviyyədədir.
Azərbaycan bu xüsusda hansı qaçılmaz çətinliklərlə üzləşə bilər? Bu yöndə hansı işlər gedir?Manevr.az-ın xəbərinə görə, iqtisadçı Natiq Cəfərli Bizimyol.info saytının suallarını cavablandıran zaman bildirib ki, 2020-ci ildən başlayaraq ərzaq təminatı və qiymətlərində ciddi problemlər yaşanır. Onun sözlərinə görə, həmin ildən bəri təminatlar axsadı, qiymətlər kəskin artmağa başladı.
“Təkcə 2020-ci ildə ərzaq indeksi dünyada 18 faiz artmışdı. 2021-ci ildə də bu bənzər gərginlik keçdi və 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsi, müharibənin başlanması, təchizat zəncirlərinin qırılmasına və ərzaqla bağlı kifayət qədər ciddi problemlərin yaşanmasına səbəb oldu. Çünki Rusiya və Ukrayna bir çox ərzaq məhsulları üzrə dünya bazarında çox mühüm yer tuturdular. Məsələn, dənli bitkilər bazarında hər iki ölkənin birlikdə payı 27 faizdir. Bu isə az qala üçdə biri deməkdir. Bitki yəni, qarğıdalı və günəbaxan yağları ilə bağlı isə hər iki ölkənin payı təqribən 58 faizdir. Bu da ciddi problem yaradan məsələlərdən biridir. Ona görə də ərzaq məhsullarının yenidən kəskin bahalaşmasını görürük. BMT-nin hesabladığı dünyanın ərzaq indeksi bu il başlayandan yenidən 30 faizə yaxın bahalaşıb. Bu da problemlər yaradır”.
İqtisadçının sözlərinə görə, Azərbaycanın özünü ərzaqla təmin etməsi 50 faiz civarındadır. 50 faiz isə xaricdən asılıdır.
“Bir çox məhsul növləri var ki, burada asılılıq kifayət qədər yüksək səviyyədədir. O cümlədən bitki yağları, əmtəəlik buğdanı 75 faiz xaricdən alırıq. Amma Azərbaycanın öncədən gördüyü müəyyən işlər də var. Ərzaq buğdası ilə bağlı ehtiyat bankı yaradılıb. Təqribən 250 günlük ehtiyyat toplanılıb.
Deyilənə görə, bitki yağları ilə bağlı 1-2 aylıq ehtiyat var və bəzi məhsul növləri üzrə Azərbaycan ehtiyyat toplaya bilib. Amma bu o demək deyil ki, problem olmayacaq. Azərbaycanda da son zamanlar qiymət artımının böyük sürət alması elə həm də ərzaq bolloğunun olmaması, problemlərin yaşanması ilə əlaqəlidir. Ona görə də Azərbaycanın ən yaxşı çıxış yolu yerli istehsalın artırılmasıdır. Azərbaycanda yerli istehsalın artırılması üçün imkanlar da genişlənib. İşğaldan azad olunmuş torpaqların iqtisadiyyata, kənd təsərrüfatına qazandırılması müəyyən dərəcədə bu problemin daxili imkanlar hesabına həllində ciddi potensial yaradır. Bu potensialı doğru-düzgün istifadə etmək lazımdır”.
Natiq Cəfərli qeyd edib ki, hökumət ciddi təşfiq proqramları və ərzaq təhlükəsizliyi ilə məşğul olan şəxslərə, şirkətlərə güzəştlər tətbiq etməlidir.
“İstehsalçıların uzunmüddətli aşağı faizli kreditlərə çıxış imkanları olmalıdır. Bütün bunlar orta və uzun vədəli həll yollarıdır. Amma indiki vəziyyətdə qiymət artımının qarşısını almaq üçün tez görələ biləcək işlər də var. Bu təklifləri dəfələrlə səsləndirmişik. Heç olmasa bu ilin sonuna qədər bütün növ ərzaq məhsulları üzrə gömrük rüsumları və ƏDV ləğv edilməlidir. Bu, Azərbaycanda qiymət artımının qarşısını ala, müəyyən dərəcədə bolluq yarada biləcək amilə çevrilə bilər. Bütün əngəllər aradan qaldırılmalıdır ki, istənilən fiziki, hüquqi şəxs dünyanın hər yerindən ölkəyə ərzaq məhsulları gətirə bilsin”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar