Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
02-08-2025
BÜTÜN XƏBƏRLƏR

"İmtahanlar saxtalaşdırıldı, övladımın haqqı tapdalandı"

Tarix: 02-08-2025 16:13     Baxış: 333 A- / A+
"İmtahanlar saxtalaşdırıldı, övladımın haqqı tapdalandı"

"Övladım SAT imtahanlarından 1310 bal toplayıb. Amma ADA universitetinə qəbul ola bilmədi. Çünki suallar bəzi kurslar tərəfindən satıldı. Ballar bu il birdən-birə 1500-1600-ə qalxdı. Bu, necə ola bilər?".
 
Manevr.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Aytəkin Mərdanova deyib. ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova ilə instaqramda canlı yayıma girən aparıcı imtahan suallarının satıldığını iddia edib və oğlunun yüksək bal toplamasına baxmayaraq, universitetə qəbul olmadığını deyib:
 
"Uşağım 6 ay hazırlaşdı. 1310 bal toplayıb, getdik və bizə heyvandarlıq təklif olunur. Uşağım bu fakültəni istəmir. Oğlum deyir ki, əgər 1500 bal toplayıramsa, gedib Amerikada oxuyaram. Tələbələrə təklif edirdilər ki, kiminsə yerinə imtahana girin. ADA Universitetinə getdim, uşaqlar yüksək balla heç bir yerə qəbul ola bilmirlər. Nə üçün 1500, 1600 bal toplayan uşaqların görüntüsünü yayıb, tanıtmırlar? Paylaşsınlar, biz də tanıyaq həmin istedadlıları. İki il idi xaricə düşünürdük. Amma sonra fikrimizi dəyişdik, ötən ilin balına uyğun fakültə seçdik. Ötən il 1240 balla riyaziyyat fakültəsini çoxları qəbul etməyib. Bu il 1440 balla uşaqlar həmin fakültədədir. Çox istəyərdik qanunsuzluq üzə çıxsın. Bundan sonra biz heç həmin universitetə yenidən müaricət edə bilmərik. Amma digər tələbələrin haqqı tapdalanmasın. Onsuz oğlum Avropa və ya Türkiyədə universitetə gedəcək. Yetəri qədər savadı var. Sadəcə, stress keçirtdik. Necə olur 1310 balla oğlum heç yerə düşmədi?". 
 
Q.Ataşova məsələ ilə bağlı danışarkən "Heç Amerikada ingilis dili təmiz olanlar 1600 bal toplamır. Azərbaycanda bu, necə baş verib? Oğlumun ingilis dostu olan qız 1000 bal toplayıb sevinir. Dövlət yüksək balla qəbul olan uşaqları nəzarətə götürməli, yenidən yoxlamalıdır. Həmin sualları satanlar yoxlanılmalıdır. Çünki ölkənin təhlükəsizlik xidmətinə girir bunlar. Kompüterin qarşısında uşaq oturur, amma başqası girib orda onun yerinə imtahanı verir. Yəni uzaqdan idarə edir. Bütün bunlar araşdırılmalıdır. Valideynlər hamısı birlikdə ərizə yazmalı, şikayət etməlidir" sözlərini deyib. 
 
Qeyd edək ki, Q.Ataşova bundan əvvəl də SAT imtahanlarında saxtakarlığa yol verilməsi ilə bağlı paylaşım emişdi. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar