Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
02-08-2025
BÜTÜN XƏBƏRLƏR

İnformatika olimpiadasında TARİXİ NƏTİCƏ - Azərbaycan ilk dəfə 4 mükafatla döndü

Tarix: 02-08-2025 15:28     Baxış: 336 A- / A+
İnformatika olimpiadasında TARİXİ NƏTİCƏ - Azərbaycan ilk dəfə 4 mükafatla döndü
27 iyul - 3 avqust tarixlərində Boliviyanın paytaxtı Sukre şəhərində təşkil edilən məktəblilərin 37-ci Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2025) iştirak edən komandamız 1 gümüş, 2 bürünc medal və 1 həvəsləndirici mükafata layiq görülüb.
Manevr.az xəbər verir ki, Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ayxan Dəmirli gümüş medala, Bakı şəhəri, 157 nömrəli məktəbin X sinif şagirdi Həsən Vəliyev və Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Elvin İmanlı bürünc medala, Bakı şəhəri, Ankara liseyinin XI sinif şagirdi Əli Əliyev isə həvəsləndirici mükafata layiq görülüb.
 
Məktəblilərimiz sözügedən olimpiadada 1994-cü ildən iştirak edir. 1994-1999-cu illərdə 2 medal, 2000-2009-cu illərdə 2 medal, 2010-2019-cu illərdə 1 medal, 2020-2025-ci illərdə 11 medal qazanıblar (//stats.ioinformatics.org/results/AZ).

Qeyd edək ki, cari tədris ilində 1 gümüş, 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanmaqla şagirdlərimiz ölkə olaraq tariximizin ən yüksək nəticəsinə imza atıblar.
Həmçinin iki şagirdimiz dünya məktəbliləri arasında ilk yüzlükdə qərarlaşıb.
Son illərdə informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun “Azercell Telekom” MMC ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar