Manevr.az Polşanın “Fakt” qəzetinə istinadən xəbər verir ki, prezident Duda bu yaxınlarda su idman növü olan reaktiv sörfinqlə maraqlanıb. Bu, 50-60 km/saat sürətə imkan verir.
Nəşrin fotoqrafları prezidentin lövhədə qala bilmədiyini və taxtadan dənizə düşdüyünü lentə alıb. O, dərhal mühafizəçilər tərəfindən dənizdən çıxarılıb. Prezident Duda qoruyucu dəbilqə və jilet geyindiyindən xəsarət almayıb.
