Xəbər lenti
Universitet tələbəsi 145 milyon illik sirri açdı

Böyük Britaniyanın Portsmut Universitetində paleontologiya ixtisası üzrə təhsil alan tələbəsi Benjamin Veston 145 milyon illik qədim bir sirri üzə çıxarıb.
Manevr.az qaynarinfo-ya istinadən xəbər verir ki, tələbə Dorset bölgəsindəki Durlston körfəzinin qayalıqlarında sahə tədqiqatı apararkən 16,5 millimetr uzunluğunda bir alt çənə fosili aşkarlayıb.
Alimlər bu çənənin qədim bir məməli qrupuna – kiçik, çıxıntılı arxa dişləri ilə tanınan "multituberkulat”lara aid olduğunu müəyyənləşdiriblər. Yeni aşkarlanmış bu növə "Novakuladon mirabilis" adı verilib: "Novacula” – heyvanın ülgüc kimi iti arxa dişlərinə, "mirabilis” isə fosilin qeyri-adi dərəcədə yaxşı qorunma vəziyyətinə işarə edir.
Portsmut Universiteti fosili qabaqcıl KT (kompüter tomoqrafiyası) skan texnologiyası ilə təhlil edib. Alınan görüntülər daha sonra Əbu-Dabidə çalışan universitetin keçmiş tələbəsi Ceyk Kinin tərəfindən rəqəmsal olaraq işlənib. O, fosilin ətrafındakı qayaları virtual olaraq "təmizləyib” və hər bir dişi ayrı-ayrılıqda üzə çıxarıb. Ardınca universitetin 3D çap laboratoriyasında fosilin 10 qat böyüdülmüş surətləri hazırlanıb.
Tədqiqat qədim məməlilərin dinozavrların hökmranlığı dövründə necə sağ qala bildiyini və ekoloji boşluqları necə doldurduğunu ortaya qoyur. Bu isə erkən məməlilərin təkamül tarixinin anlaşılması baxımından mühüm nailiyyət hesab olunur.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar