Manevr.az xəbər verir ki, iyulun 21-dək davam edəcək Forumda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirak edir. Forumun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var.
Xatırladaq ki, forumun birinci günü Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçıları ilə görüşü olub. Dövlət başçısı yerli və xarici media nümayəndələrinin suallarını cavablandırıb.