Xəbər lenti
Ərəblər Biləsuvarda “Qırmızı Kitab”a düşən quşları ovlayır – VİDEO
Xarici turistlər Biləsuvar-Sabirabad rayonları ərazisində “Qırmızı Kitab”a düşmüş bəzgək quşlarını ovlayır.
Manevr.az bildirir ki, bununla bağlı “Ekofront” Hərəkatı görüntülər yayıb.
Qeyd edilir ki, Biləsuvar və Sabirabad ərazisində ova gəlmiş ərəblər bəzgək ovuna çıxıb.
Bu kadrları çəkən “Ekofornt” könüllülərinə qarşı bələdçi təzyiq edib. “Ekofront” bildirir ki, ərəb ovçu qruplarının Azərbaycan gəlişi davam edir.
Ərəb turistlərin bir hissəsi Salyan ərazisində “Kür hotel” də qalır. Bundan başqa Şirvandan, Biləsuvardan və Şəmkirdən qyri-qanuni ovlanma ilə bağlı xəbərlər gəlir.
Bundan əvvəl ərəb turistlərin Şəmkir rayonu ərazisində “Qırmızı kitab”a düşən bəzgək ovlaması barədə məlumat yayılmışdı.
Xəbərdə deyilir ki, 11 avtomoblidən ibarət ovçu karvanı hazırda Şəmkir ərazisindədirlər.
Bəzgək Gruiformes dəstəsindən bir quş növüdür. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilib. Bel tərəfi qaraya çalan boz rəngdədir, üzərində tünd rəngli naxışlar var. Qarın tərəfi ağdır. Boynu qaradır, lakin iki yerdə ağ “boyunluğu” var.
Avropa, Asiya və Afrikada yayılıb. XX əsrin ortalarına qədər Azərbaycanda düzənlik və dağətəyi yerlərin açıq sahələrində qışlamış, həm də Şirvan və Mil düzlərində yuvalamışdır. Azərbaycanda artıq yuvalamır. Əsas populyasiyası Kür-Araz ovalığında və Acınohur-Ceyrançöl alçaq dağətəyi sahələrdə qışlayır.
XX əsrin birinci yarısında Kür-Araz ovalığında bəzi sürülərində 20 minə qədər quş olub. Azərbaycanda bəzi illərdə 40-50 min bəzgək ovlanıb, 1990-cı illərə qədər bəzgəyin sayı kəskin azalıb. Yuvalayan populyasiyası məhv edilib. Kür-Araz ovalığında 1989-cu ilin qışında Kürdəmir rayonu ərazisində 200, Biləsuvar rayonunda 150, Şirvan qoruğunda 200 bəzgək qeydə alınıb.
Ovlanması qadağandır. Qızılağac, Türyançay, Samux və Körçay Dövlət Təbiət Qoruqları, Şirvan və Ağgöl Milli Parkları bəzgəyin qışlaması üçün yararlıdır. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, CİTES və Bern konvensiyalarına daxil edilib.bakıpost.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar