"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov şok qərar verib.
Manevr.az bildirir ki, sportinfo.az saytı bu barədə AFFA-dakı mənbələrindən olduqca ilginc məlumat əldə edib.
Redaksiyamıza verilən informasiyaya görə, o, İcraiyyə Komitəsindən ayrılmaq niyyətindədir.
Tərübəli mütəxəssis özünə yaxın şəxslər vasitəsilə federasiya rəhbərliyini bu barədə məlumatlandırıb.
Uzun illərdir Ağdam klubunu çalışdıran Qurbanov bundan sonra bütün diqqətini öz işinə yönəltmək istədiyini bildirib.
"Köhlən atlar"ın başında dayanan mütəxəssis ilk dəfə 2016-cı ildə federasiyanın ali qərarverici orqanına üzv seçilib.
2028-ci ildə, millinin sükanı arxasından ayrılandan bir müddət sonra öz təşəbbüsü ilə komitədən ayrılıb.
Deyəsən, tarix yenə təkrarlanacaq...
Xəbər lenti
Axtarış
Reklam
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar