Sizin Reklam Burada
Xəbər lenti
10-10-2024
09-10-2024
BÜTÜN XƏBƏRLƏR

Sözünlə, söhbətinlə çox mətləblər qandırdın, aqili uca tutdun, cahilləri sındırdın (ŞEİR)

Tarix: 01-10-2024 10:11     Baxış: 3153 A- / A+

Coşqun XƏLİLOĞLU (Coşqun Xəlil oğlu İbrahimli) 1960-cı ilin dekabr ayının 27-də Kürdəmir rayonunun Mollakənd kəndində ziyalı ailəsində anadan olmuşdur. 
Azərbaycan Neft və Kimya İnstitutunun – indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunudur. 1983-cü ildən neft sənayesində müxtəlif vəzifələrdə çalışır. Hazırda SOCAR-ın “Kompleks qazma işləri” trestində Texnoloji şöbənin rəisi vəzifəsində işləyir. Neft sənayesindəki səmərəli fəaliyyətinə görə SOCAR-ın Fəxri Fərmanına və “Fəxri neftçi” döş nişanına layıq görülmüşdür. 

Orta məktəb illərindən bədii yaradıcılıqla məşğuldur. Yazıları müxtəlif mətbu orqanlarda, ədəbiyyat saytlarında -“Azərbaycan”, “Ulduz”, “Qobustan” “Göyərçin” jurnallarında, “Respublika”, “Ədalət”, “525-ci qəzet”, “Xalq qəzeti”, “Kredo”, “Vışka”, “İki Sahil” qəzetlərində, “Ozan”, “Ziya”, “Zəfər”, “Zirvə”, “Turan” ədəbi məcmuələrində, Türkiyənin “Ədəbi Kültür”, “Kardeş Kalemler”, Özbəkistanın “MARİFAT”, Tehranda çıxan “Xudafərin” dərgilərində dərc olunmuşdur. Yaradıcılıq fəaliyyətinə görə bir sıra Fəxri Fərmanlara, “Türk Dünyası İnfo” İctimai Birliyinin Diplomlarına, Bakı Futbol Federasiyasının Fəxri Diplomuna, Türk Düyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Türk Dünyası Ədəbiyyatına Xidmət” mükafatına layiq görülmüşdr. Ondan artıq kitabın müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.


SÖZ-AŞIQ SƏNƏTİNİN GÖVHƏRİ

Azərbaycan aşıq sənətinin qüdrətli nümayəndəsi Aşıq Ələsgərə ithaf edirəm.

Ustadların ustadı, xalqın sənətkarısan,
Sözlərin gül çələngi, şeiriyyət baharısan.
Bəxş eləmişdi sənə tanrı fitri istedad,
Alı kimi sənətkar, olmuşdu sənə ustad.

Göyçədə-Ağkilsədə ilk baharda doğuldun,
Sənət, əxlaq elmində uca zirvə-dağ oldun.
Həyatın hər üzünü, dərdin-sərini gördün,
Xeyirxah mələyini, şeytan-şərini gördün.

Sözünlə, söhbətinlə çox mətləblər qandırdın,
Aqili uca tutdun, cahilləri sındırdın.
Vəsf etdin yurdumuzun meşəsini, dağını,
Gözəl seyrangahını, büsatlı yaylağını.

İnsanı ucalığa, mərifətə səslədin,
Halallığa, düzlüyə, ləyaqətə səslədin.
Necə də müdrik idin, coşqun çeşməydi təbin,
Sönməyən bir ocaqdır yaratdığn məktəbin.


Ağır-ağır yığnaqlar, məclislər yola saldın,
Yurddan, eldən-obadan qüvvət aldın, güc aldın.
Söz-aşıq sənətinin almazı, gövhərisən,
Bütün Türk dünyasının Aşıq Ələsgərisən.


Coşğun XƏLİLOĞLU
21.09.2024.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar