Sizin Reklam Burada
Xəbər lenti
26-06-2024
25-06-2024
BÜTÜN XƏBƏRLƏR

Cennifer Lopez və Ben Afflek boşanır - "Evliliyimi xilas etməyə çalışmayacağam"

Tarix: 17-06-2024 19:40     Baxış: 453 A- / A+
Məlum olub ki, dünyaca məşhur cütlük Cennifer Lopez və Ben Afflek ayrılmaq üzrədir.

Manevr.az
xarici mediaya istinadən xəbər verir ki, 2002-2004-cü illərdə birlikdə olduqdan sonra yollarını ayıran və 2021-ci ildə yenidən eşq yaşamağa başlayan və 2022-ci ildə evlənməyə qərar verən Cennifer Lopez ilə Ben Afflekin münasibətləri sona çatmaq üzrədir.

Son zamanlar ikili arasında gərginliyin çox yüksək olduğu və 54 yaşlı Lopez və Afflekin evlərini ayırdığı bildirilib.

Münasibətləri boyu bir çox tədbirə qatılan və görünən cütlüyə yaxın mənbələr hər ikisinin də yorğun olduğunu və münasibəti bitirmək istədiklərini bildirib.

Britaniyanın Daily Mail qəzetinə danışan cütlüyə yaxın bir mənbə, "Cenni artıq bezdi və deyir ki, o, həqiqətən sınanır və daha davam edə bilməz. Heç yaxşılaşmır, daha da pisləşir".

Cennifer Lopezin münasibətini və evliliyini xilas etmək əvəzinə, əkizləri Maks və Emme (16) və karyerasına diqqət yetirəcəyi də bildirilib.

Qastrol səfərində olan, lakin kifayət qədər bilet satışı olmadığı üçün turunu ləğv etmək məcburiyyətində qalan Lopezin gələn il də turuna davam edəcəyi gözlənilir.

Nigar

Manevr.az
 




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar