Sizin Reklam Burada
Xəbər lenti
28-09-2024
27-09-2024
BÜTÜN XƏBƏRLƏR

Yaşananların poeziyası

Tarix: 23-06-2024 13:43     Baxış: 2142 A- / A+
   Bə­zən bir sö­zün, bir ifa­də­nin, bir şei­rin ar­xa­sı­na dü­şüb ge­dir­sən və ki­ta­bın so­nu­na nə vaxt çat­dı­ğı­nı bil­mir­sən. Söz sə­ni seh­ri­nə sa­lıb öz alə­mi­nə apa­rır. Har­da ol­du­ğu­nun fər­qin­də ol­mur­san. His­sin, duy­ğu­nun əsi­ri­nə çev­ri­lir­sən. Ru­hu­nu ox­şa­yan söz fik­ri­nə, duy­ğu­na ha­kim kə­si­lir. Və sö­zün gü­cü­nə bir da­ha inan­ma­lı olur­san. Sə­ni sən edən, sə­ni ya­şa­dan sö­zün.
 

Bəs ne­cə ol­du ki, ba­ca­ra bil­di­n?!
Pa­yız göz­lə­ri­ni har­da bo­şalt­dı­n?!
Da­rı­xan şə­hə­rin kü­çə­lə­ri­nə,
Özün ağır­lıq­da, bəl­kə, daş at­dı­n?
 
... Sən­siz ge­cə­lə­rin mə­zar­lı­ğı var,
Gü­nəş də öpüş­mür pən­cə­rə­miz­də.
Qəl­bim­də çır­pı­nan ağ qa­ğa­yı­lar,
Da­ha aya­ğı­nı yu­mur də­niz­də.

 
Şa­ir haq­qın­da onun şe­ir­lə­ri da­nı­şır. Şa­ir­lə­ri şe­ir­lə­rin­dən ta­nı­maq olur. Adi­lə As­la­no­va elə şa­ir­lər­dən­dir. Onun haq­qın­da yaz­maq is­tə­yə­nə şe­ir­lə­ri­ni təq­dim et­mək qa­lır.
 
Aya­ğı­nı kəs­mi­şəm
kü­sü­lü ax­şam­la­rın.
 
İs­laq ayaq­la­rın­da
So­yuq fəs­lin qar­ğı­şı.
 

Adi­lə xa­nım şe­ir­lə­ri­ni oxu­cu­ya pı­çıl­da­yır. Ona sa­kit­cə qu­laq as­ma­lı olur­san. Din­lə­yir­sən. Şei­rin axı­cı­lı­ğı, rit­mi sə­ni aqu­şu­na alır. Səs­dən, söz­dən zövq alır­san. Oxu­maq is­tə­dik­lə­ri­ni oxu­yur­muş ki­mi. Çün­ki is­te­dad­lı, bə­dii cə­hət­dən ha­zır­lıq­lı şai­rin söz alə­mi­nə qo­naq­san.
 
Tu­ta­san sö­zün əlin­dən,
Söz əlin­də ki­lid ola.
Elə do­lub-da­şa­san ki,
Ley­san tö­kən bu­lud ola.
 
Bir kə­pə­nək uçur­du
Üzü pa­yı­za sa­rı.
Ar­xa­da qo­yub ge­dir
Qa­nad­lı ar­zu­la­rı.

 
... Ril­ke de­yir­di ki, əgər sən yax­şı ya­zı­çı­san­sa, şa­ir­sən­sə, bir müd­dət yaz­ma. Əgər gör­dün ki, yaz­ma­ya bil­mir­sən, on­da yaz. (Bor­xes də, baş­qa məş­hur ya­zar­lar da təx­mi­nən bu fi­kir­də­dir­lər.) Adi­lə xa­nı­mın bu fi­kir­lər­lə ta­nış ol­du­ğu­nu bil­mi­rəm. Am­ma onun “Ya­zır­san­sa, yax­şı yaz­ma­lı­san” dü­şün­cə­si bu­nu za­ma­nın öh­də­si­nə bu­ra­xıb. Şei­ri ­lə, sö­zü i­lə yad­da qal­ma, dü­şün­dür­mə onun­çün əhə­miy­yət­li­dir. Bu tə­bii­dir. Axı o, həm də fi­lo­loq­dur.
“Bir sa­hil ağa­cı­yam”, - de­yib ya­ra­dı­cı­lı­ğa uzun fa­si­lə­dən son­ra ye­ni­dən qa­yı­dan şa­ir, san­ki yı­ğı­lıb qa­lan ener­ji­si­ni tez bo­şalt­ma­ğa, itən vax­tı dol­dur­ma­ğa ça­lı­şır.
 
Ci­lov­suz at ki­mi çap­mı­şıq öm­rü,
So­nun­dan əv­və­lə qa­yı­dış ol­mur.
Tan­rı ne­cə ve­rib bil­mi­rəm əm­ri,
Çat­lar bö­yü­yən­də qay­naq­la dol­mur.

Onun şe­ir­lə­rin­də bu­gün­kü-dü­nən­ki ifa­də­si­ni iş­lət­mək ol­mur. Düz­dür, za­man sö­zü, fik­ri ci­la­la­yır.
 
Çə­ki­lib gö­züm­dən daş yu­xu­la­rım,
Pa­yız dam­cı­la­yır sa­za­ğın üs­tə.
Mən­fi­yə yük­lə­nir ha­va­lar hər gün,
Üşü­yür əl­lə­rim ma­sa­nın üs­tə.
 

və ya
 
Bu­dur, üfüq­lə­rin dan ərə­fə­si,
Ge­cə­ni di­rilt­dim, ye­nə gö­züm­də.
İçim­də sar­sı­lan kor dü­şün­cə­min,
Üs­tün­də otu­rub bit­dim özüm də.

 
Elə şa­ir­lər var ki, ki­tab­la­rı­nın sa­yı­nı iti­rir­sən, am­ma la­zım olan­da bir şe­ir ta­pıb oxu­ya, ki­mə­sə, ha­ra­sa təq­dim edə bil­mir­sən.
Dün­ya poe­zi­ya­sın­da elə şa­ir­lər var ki, özün­dən son­ra nəşr olu­nan bir ki­ta­bı ilə se­vi­lib, yad­daş­lar­da qa­lıb.
Mən Adi­lə As­la­no­va­nı özün­dən qa­baq şe­ir­lə­rin­dən ta­nı­mı­şam və onun­la “Ədə­bi ov­qat” dər­gi­mi­zin şe­ir­lə­ri çap olu­nan sa­yı­nın təq­di­ma­tın­da gö­rüş­dük. “Ədə­bi ov­qat” dər­gi­si, həm də üm­də bir yo­lun yol­çu­su­dur. Böl­gə­lər­də­ki is­te­dad­lı şa­ir və ya­zı­çı­la­rı ge­niş oxu­cu audi­to­ri­ya­sı­na təq­dim edə­rək on­la­rın ta­nın­ma­sı­na ça­lı­şır.
Biz böl­gə­lər­də ya­şa­yan ya­zar­la­rı la­zı­mın­ca iz­lə­mi­rik, ta­nı­mı­rıq. On­la­rın ya­ra­dı­cı­lı­ğı­na bə­ləd ol­duq­ca, mər­kə­zin, kən­din ya­ra­dı­cı­lıq, is­te­dad üçün fərq et­mə­di­yini bir da­ha təs­diq­lə­miş olu­ruq. İs­te­dad­lı hər yer­də is­te­dad­lı­dır. Musa Yaqub İsmayıllıda, Ağasəfa Xızıda, İnqilab İsaq Göygöldə, Tərlan Əbilov Lənkəranda , ... Adilə Aslanova Zaqatalada yaşayıb yaradıblar. Yazdıqları da göz önündə. O ki, qal­dı təb­li­ğa­ta, in­ter­ne­tin, so­si­al şə­bə­kə­nin vü­sət al­dı­ğı za­man­da oxu­cu eşit­mək is­tə­di­yi sö­zü, oxu­maq is­tə­di­yi ya­zı­nı ta­pıb müt­ləq oxu­yur.
Adi­lə As­la­no­va han­sı möv­zu­ya əl atır­sa, or­da özü­nə­məx­sus nü­mu­nə ya­ra­da bi­lir. Di­li axı­cı, fi­kir­lə­ri sə­lis­dir, an­la­şıq­lı­dır. Şe­ir­lə­ri oxu­cu­nu yor­mur, da­xi­li ra­hat­lıq ya­ra­dır.
Adi­lə xa­nım oxu­cu­nun de­mək, oxu­maq, eşit­mək is­tə­dik­lə­ri­ni de­yə bi­lir. Oxu­cu onun şe­ir­lə­rin­də­ki sa­də­lik­dən həzz alır. Da­rıx­mır, yo­rul­mur.
 
Çə­ki­lə­cək dərd ol­sa,
Unut­ma­ğa nə var ki...
Ba­şı­nı söz­lə qa­tıb
Ovut­ma­ğa nə var ki...
 
Bəl­kə də, əl­lə­rim­də
gü­na­hın qə­lə­mi var.
Kor ol­muş göz­lə­rim­də,
Həs­rə­tin ələ­mi var.
 

Məş­hur rus şai­ri An­na Ax­ma­to­va de­yir­di: “Əsl şe­ir odur ki, onu oxu­yan­da sə­nə elə gə­lir o şeir lap elə sə­nin di­li­nin ucun­day­mış.” Adi­lə xa­nım şe­ir­lə­rin­də sə­mi­mi­dir. Onun əziz­lə­ri­nə yaz­dı­ğı sə­mi­mi, eti­raf do­lu şe­ir­lə­ri də ada­ma doğ­ma gə­lir:
 
Əl­lə­ri­nin qa­ba­rı,
Bər­ki­dib yu­va­mı­zı.
Bir qa­ran­quş ba­la­sı,
Də­yi­şib ha­va­mı­zı.
 
Gəl sə­nə bir sirr açım,
Oğul-uşaq bil­mə­sin.
Otu­ran­da, du­ran­da
Ya­da sa­lıb gül­mə­sin.
 
Gəl be­lə elə­mə, qur­ba­nın olum,
Aya­ğım al­tın­dan qa­çar bu dün­ya.
Ki­min gə­li­şi­nə qur­ban de­miş­dim,
Ki­min ge­di­şin­dən kö­çər bu dün­ya.

 
Be­lə şe­ir­lər şai­ri oxu­cu­ya sev­di­rir, onu ge­niş oxu­cu top­lu­mu­na da­ha ya­xın­dan ta­nıt­dı­ra bi­lir.
Adi­lə xa­nı­mın şe­ir­lə­rin­də elə mə­qam­lar var ki, or­dan sa­kit­cə ke­çə bil­mir­sən. Se­ir, fi­kir sə­ni tu­tub sax­la­yır. Şai­rin şe­ir­lə­rin­də his­sin, duy­ğu­nun qa­dı­na ya­naş­ma­sı­na diq­qət ye­ti­rək:
 
Küs­mə öz-özün­dən, bu­rax ina­dı,
Ge­cə­si gö­zün­dən ası­lan qa­dın.
 
Sol­ğun tel­lə­ri­nin ge­dib bo­ya­sı,
Çə­ki­lib gö­zü­nün nu­ru, zi­ya­sı,
Küs­kün ta­le­yi­lə ab­rı, hə­ya­sı,
So­yuq kə­də­ri­nə qı­sı­lan qa­dın.
 
Əyi­lə bil­mə­yən, sı­na bil­mə­yən,
Bax­dı­ğı bu­da­ğa qo­na bil­mə­yən,
Qəl­bi­nin hök­mü­nə di­nə bil­mə­yən,
Qü­ru­ru məh­bəs­də həbs olan qa­dın.
 
Adi­lə As­la­no­va­nın şe­ir­lə­rin­də ada­mı sil­kə­lə­yən ifa­də­lər çox­dur:
 
Ge­ci­kən pa­yız ki­mi
Bir yu­mub beş tö­kə­cəm.
Mə­nə bir ağı gön­dər,
Mis­ra­sın­dan öpə­cəm...
 
Yı­xıb sü­rü­yü­rəm gü­man­la­rı­mı,
İçin­də bir zər­rə "mən" ax­ta­rı­ram.
Yu­va­sı da­ğıl­mış qa­ran­quş ki­mi,
Ya­la­vac bəx­ti­mə dən ax­ta­rı­ram.
 
Bü­tün şa­ir­lər ki­mi Adi­lə xa­nım da söz­dən baş­qa hər yer­də özü­nü qə­rib sa­yır: 
 
Sən rəs­sam de­yil­sən, har­dan bi­lə­sən,
Fır­ça əl­lə­ri­min çək­­dik­­lə­­ri­­ni­­?!
 
Nəm­li ge­cə­lər­də azan xə­yal­lar,
İtən ar­zu­la­rın yol çı­ra­ğı­dır.
 
Bir qə­rib çək­miş­dim kə­tan üs­tü­nə,
Onu da dün­ya­nın mi­za­nı poz­muş.
 

Sö­zə də­yər ve­rən, sö­zün qəd­ri­ni bi­lən­lə­rin əsər­lə­ri, söz­lə­ri ilə qiy­mət­li­dir. Və­tən­pər­vər xa­nı­mın, ana­nın, şai­rin, Və­tə­nə, əs­gər­lə­ri­mi­zə, şə­hid­lə­rə yaz­dı­ğı şe­ir­lər­də ağ­rı ilə bə­ra­bər sev­gi və qü­rur var. Və­tən sev­gi­si də. Elə ona gö­rə də ki­tab Və­tən şei­ri ilə baş­la­yır. Həs­rə­ti çə­kən, ağ­rı­nı da­şı­yan, Zə­fər se­vin­ci ya­şa­yan in­sa­nın bö­lüş­mək is­tə­dik­lə­ri...
 
Nə qə­dər var hə­lə na­mərd qo­şu­nu,
Bar­ma­ğı­nı tə­ti­yin­dən gö­tür­mə...
 
Tor­pa­ğı­nı şə­hid-şə­hid qa­nat­dın,
Bağ­rı­mız­da tunc hey­kəl­lər ya­rat­dın,
Bu öl­kə­ni bay­raq-bay­raq ucalt­dın,
Da­şın­da da gö­yə­rə­cək gül-çi­çək!
Azər­bay­can, Zə­fər gü­nün mü­ba­rək!

 
Qədəhə şeir süzən Adilə As­la­no­va­nın şe­ir­lə­ri his­sin, duy­ğu­nun, ya­şan­tı­la­rın tə­za­hü­rü­dür. Ona görə də bir-bi­rin­dən ma­raq­lı, dü­şün­dü­rü­cüdür: 
 
Qa­bın­da qu­ru­muş mü­rək­kəb ki­mi,
Şe(i)rə ba­tı­rı­ram bar­maq­la­rı­mı.
Po­zu­lur mis­ra­sı, bu­la­şır sət­ri,
Sə­nə gön­də­ri­rəm yaz­dıq­la­rı­mı.
 
Sən Al­lah, ça­tan­da üzü­nə xoş bax,
İs­laq və­rəq­lə­ri gə­ti­rib gə­lir.
Ça­ta­caq ha­çan­sa, bu gün, ya sa­bah,
Ən ağır yü­kü­nü gö­tü­rüb gə­lir.

 
Adi­lə As­la­no­va­nın “Üşü­yən şe­ir­lər”i ada­mı üşüt­dü­yü qə­dər də dü­şün­dü­rür. Çün­ki sə­mi­mi­dir, iç­dən gə­lən şe­ir­lər­dir:
 
Sən­dən son­ra nə var­sa
Doğ­ra­dım mun­cuq-mun­cuq.
Bir gö­züm pa­yız ol­du,
Bir əlim də qa­bar­cıq.
 
Bağ­la­dım pən­cə­rə­mi
Ge­cə­nin pər­də­siy­lə.
Edam et­dim ru­hu­mu
Bir bay­quş nəğ­mə­siy­lə.

 
Adi­lə As­la­no­va­nın “Üşü­yən şe­ir­lər, ...” ki­ta­bı ilə də­yər­li oxu­cu­la­rı­nı söz dün­ya­sı ilə se­vin­di­rə­cə­yi­nə ina­nı­ram.
Ya­zı­mı Ame­rik­lı şa­ir Emi­li Di­kin­so­nun bir fik­ri ilə ye­kun­laş­dır­maq is­tə­yi­rəm: “Əgər bir ki­ta­bı oxu­yu­ram­sa və o ki­tab mə­nim bə­də­ni­min heç bir oca­ğı­nı isi­də bil­mə­yə­cə­yi də­rə­cə­də so­yu­dur­sa, on­da bi­li­rəm ki, hə­min ki­tab­da­kı­lar poe­zi­ya­dır.”
 















Rəfail Tağızadə,
şair, publisist, esseist
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar