Sizin Reklam Burada
Xəbər lenti
26-06-2024
25-06-2024
BÜTÜN XƏBƏRLƏR

Vardanyan haqda feyk yayıldı, Nikol təhqir etdi

Tarix: 17-06-2024 18:07     Baxış: 355 A- / A+


Xaricdəki bir qrup mərkəz Ruben Vardanyandan siyasi məhbus obrazı yaratmaq istəyir. İndi də dezinformasiya yayıblar ki, guya həbsxanada Ruben Vardanyan işgəncəyə və pis rəftara məruz qalıb. Ruben Vardanyanın ailə üzvləri, o cümlədən müxtəlif ölkələrdəki dostları açıqlamalar yayır, jurnalistlərə mütəmadi müsahibələr verirlər. Bu yolla Azərbaycana beynəlxalq təzyiqin artırılmasına çalışırlar.
Manevr.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Ermənistan hökumətini və Baş nazir Nikol Paşinyanı Ruben Vardanyan və Azərbaycanda həbsdə olan digər separatçıların taleyi zərrə qədər də maraqlandırmır, onların adlarını çəkmir, əksinə, İrəvana qaçan separatçıların həbsləri davam edir:
“Ermənistanda keçmiş illərdə də yerli ermənilərlə Qarabağ erməniləri arasında fikir ixtilafı olub. Paşinyan son çıxışlarından birində Qarabağdakı separatçıları “klerikal feodal tör-töküntülər” adlandırıb. Ermənistandakı radikal müxalifətin nümayəndələri hesab edirlər ki, Paşinyan qəsdən Ermənistanda Qarabağ ermənilərinə qarşı nifrətin artmasında maraqlıdır. Bu səbəbsiz deyil. Çünki radikal müxalifətin mitinqlərinə və küçə yürüşlərinə qatılanların əksəriyyəti Qarabağdan gəlmələrdir. Ruben Vardanyan hansısa yolla Ermənistana keçə bilsəydi, o da bu gün Bakı əvəzinə İrəvandakı həbsxanada saxlanılacaqdı. Çünki böyük ehtimalla İrəvanda Paşinyana qarşı hərəkata keşiş deyil, Ruben Vardanyan başçılıq edəcəkdi. Görəsən bu halda xaricdəki mərkəzlər Ruben Vardanyanı azad etmək üçün qərbpərəst Nikol Paşinyana təzyiq edəcəkdilərmi?axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar