Sizin Reklam Burada
Xəbər lenti
26-06-2024
25-06-2024
BÜTÜN XƏBƏRLƏR

“Öz sahəsini mükəmməl bilən hər bir şəxs həm də yaxşı filosofdur”

Tarix: 15-06-2024 14:29     Baxış: 354 A- / A+
“Öz sahəsini mükəmməl bilən hər bir şəxs həm də yaxşı filosofdur”.
“Qəhrəman olmaq üçün bir an kifayətdir, şərəfli insan adı qazanmaq üçün isə uzun bir ömür yaşamalısan”.

İctimai mənafedən söz düşəndə ilk yada düşən insanlardan biri 200-dən çox elmi, 700-dən artıq publisistik məqalənin, 15 kitabın, 5 monoqrafiyanın müəllifi, bir neçə ixtira və potentlərin müəllifi, 20-dək dissertasiya, 100-dən çox, diplom işinə rəhbərlik etmiş görkəmli ictimai-siyasi xadim, "Şöhrət" ordenli əməkdar elm xadimi fizika-riyaziyyat elmləri doktoru, professor Şahlar Əsgərov yada düşür. Bu gün Azərbaycan xalqının milli qurtuluş günü həm də "Bilmədiklərimizi bildiklərimiz vasitəsi ilə aşkar edə bilərik" deyən hörmətli professorumuzun doğum günüdür.
Manevr.az xəbər verir ki, Şahlar müəllim fizik olsa da, bir çoxlar onu filosof kimi tanıyır. Ren universitetiinin professoru, fransız ellinisti Pyer Bryulenin bir sözü var. “Qəhrəman olmaq üçün bir an kifayətdir, şərəfli insan adı qazanmaq üçün isə uzun bir ömür yaşamalısan”. Bu sözlər sanki Şahlar müəllim barədə deyilib. Şahlar müəllimin öz ifadəsi ilə desək “İnsan həyatı iki nöqtə arasında baş verir: doğum və ölüm günləri. Bu iki nöqtə insanın öz əlində deyil. Bu nöqtələr arasındakı zaman isə insanın öz əlindədir. Bu zamanı sən necə yaşadın? - sualına fərd özü məsuliyyət daşıyır. Hesab edirəm ki, bu iki nöqtə arasındakı ömrü mən şərəflə və dolğun yaşamışam.”
Bəli, kiməsə adi görünən, kiməsə ecazkar təsir bağışlayan sadə ziyalı anlayışı bir çoxlarının düşündüyü kimi elmi dərəcələrlə, tutduğu vəzifə və qazandığı titullarla, orden və medallarla ölçülmür. Ziyalılıq vətəninə, torpağına bağlılıqdır, elınə, obana sədaqətlilikdir, millətinin, xalqının dərdinə, qayğılarına şərik olmaqdır. Şahlar müəllimin nə vəzifəyə, nə titula, nə də yeni karyera yüksəlişinə ehtiyacı yoxdur, o bütün bu yolları keçib, lazım olduğundan da artığına nail olub. Onu düşündürən elmimizin, təhsilimizin daha da inkişaf etdirilməsində imkanı daxilində öz töhfəsini vermək, bu ışdə müəyyən pay sahibi olmaq, bu sahədə yetişməkdə olan gənc nəslə dəstək verməkdir. Onun arzusu doğulub boya-başa çatdığı azərbaycanını dünya elminə tönfə verən qabaqcıl ölkələr sırasında görməkdir.
Şahlar müəllim sadəliyi və təvazökarlığı ilə seçilən gözəl insan, kreativ düşüncə sahibi, təhsilimizin inkişafında müstəsna xidmətləri olan təhsil fədaisi, təhsil peşəkarları və gənclərimiz üçün bir nümunə, mayakdır. Fürsətdən istifadə edib hörmətli ziyalımız Şahlar müəllimin ad günü ilə üst-üstə düşən Azərbaycan xalqının milli qurtuluş günündə bütün xalqımızı, o cümlədən də Şahlar müəllimi təbrik edir, ona can sağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıram. Nə yaxşı ki, indiki və gələcək nəslə örnək ola biləcək Şahlar müəllim kimi ziyalılarımız var...

Nadir Israfilov
Təhsil eksperti 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar