Sizin Reklam Burada
Xəbər lenti
18-06-2024
17-06-2024
BÜTÜN XƏBƏRLƏR

Beynəlxalq robotexnika olimpiadasının qalibləri Azərbaycan məktəbliləri oldu -ŞƏKİL

Tarix: 14-06-2024 19:57     Baxış: 354 A- / A+
 
31 may və 4 iyun 2024 cü il tarixləri arasında IT INNOVATIONS computer academy-nin şagirdləri, Rumıniyanın paytaxtı Buxarest şəhərində təşkil olunmuş Infomatrix - Beynəlxalq robotexnika, mühəndislik və layihə olimpiasında uğurla çıxış ediblər. 
20 ölkədən 170-ə yaxın komandanın iştirak etdiyi olimpiadada məktəblilər 4 komandada 6 şagird iştirak edib. Finalda iştirak edən hər 4 komanda fəxri kürsünün ən üst pilləsində yer tutub. Belə ki, iki komanda platinum (first of the first) medallar qazanıb, komandalardan ikisi isə qızıl medallar qazanıb. Sevindirici haldır ki, bütün komandalar mühəndislik və robotexnika kateqoriyası üzrə finalda iştrak etmişdir.

Manevr.az xəbər verir ki, gərgin rəqbət mühitində keçən olimpiyadada Lego Line Follower kateqoryasında Musa Bayramov və Arduino Mini Sumo Kateqoryasında Röyal Şükürlü yarışın ən üst mükafatı olan platinum (first of the first) medallara laiq görülmüşdürlər. Arduino Line Follower kateqoryasında Fərid Mikayılzadə və Murad Kərimli həmçinin, Leqo Sumo kateqoryasında Fidan Mikayılzadə və Əyyub Xankişiyev yarışda birincilik əldə edərək, qızıl medallarla təltif olundular. Komandalara mentor olaraq proqramlaşdırma üzrə aparıcı mütəxəssiz Vaqif Gülməmmədli rəhbərlik etişir.

Xüsusi ilə qeyd etmək yerinə düşər ki, Infomatrix yarışmasının Azərbaycandan olan iştirakçılarını Azərbaycan Respubilkasının Ruminyadakı səfiri Qüdsi Osmanov qəbul edib. Səfir qalibləri təbrik edərək, istedadli, vətənpərvər və bilikli azərbaycan gənclərin hər yerdə olduğu kimi Rumıniyada da Azərbaycan bayrağını yüksək qaldırdıqları üçün onlara təşəkkürünü bildirib.

 Vaqif Gülməmmədli
Komandanın rəhbəri proqramlaşdırma
üzrə aparıcı mütəxəssis.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar