Sizin Reklam Burada
Xəbər lenti
18-06-2024
17-06-2024
BÜTÜN XƏBƏRLƏR

Bu günün havası

Tarix: 14-06-2024 10:55     Baxış: 343 A- / A+
Azərbaycanda leysan yağıb - FAKTİKİ HAVA
Azərbaycanda bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata əsasən dağlıq rayonlarda yağıntılar intensiv və güclü olub. İyunun 14-ü gecə saatlarında Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, qısamüddətli yağış yağıb.
Düşən yağıntının miqdarı Xaltanda 46 mm, Sarıbaşda (Qax) 34 mm, Balakəndə 29 mm, Xınalıqda 13 mm, Zaqatala, Qrızda 10 mm, Qusarda 8 mm, Qobustan, Şahdağ, Şəki, Altıağac, Şahbuz, Oğuz, İsmayıllı, Quba, Qəbələ, Şabranda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.
İyunun 14-də səhər saatlarında Şəki rayonu ərazisindən axan Damarçın çayından qısamüddətli sel keçmişdir.
İyunun 14-ü saat 02:00 radələrində Qax rayonuna diametri 10 mm olan dolu düşüb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 35, Aran rayonlarında 38, dağlıq rayonlarda 20-25, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək isti olub.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar