Sizin Reklam Burada
Xəbər lenti
18-06-2024
17-06-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan nazirləri hansı universitetləri bitirib?

Tarix: 14-06-2024 09:56     Baxış: 346 A- / A+
Azərbaycan nazirlərinin içərisində həm Azərbaycan univeritetlərində, həm də dünya universitetlərində təhsil alanlar var. Onlar müxtəlif peşələrə yiyələniblər. İçərilərində, həkim, hüquqşünas, iqtisadçı və s. ixtisaslar üzrə təhsil alanlar var.
Manevr.az valyuta.az-a istinadən azərbaycanlı nazirlərin bitirdiyi universitetlərin siyahısını təqdim edir:
Baş nazir - Əli Əsədov
1964-1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib.
Daxili işlər naziri - Vilayət Eyvazov
İlkin təhsilini Culfada alan Vilayət Eyvazov 2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib.
Ekologiya və təbii sərvətlər naziri - Muxtar Babayev
1984-cü ildə Bakı şəhərində orta məktəbi bitirib. 1991-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin politologiya ixtisasını, 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici iqtisadi əlaqələr ixtisasını, 2000-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının "Dünya iqtisadiyyatı" ixtisasını bitirib.
Elm və təhsil naziri - Emin Əmrullayev
2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2003-2004-cü illərdə Mərkəzi Avropa Universitetində Siyasi Elmlər üzrə magistr pilləsində təhsil alıb. 2010-2012-ci illərdə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və "Fulbright" proqramının birgə dəstəyi ilə Kolumbiya Universitetində İctimai (İnzibati) İdarəetmə ixtisası üzrə magistr pilləsində təhsil alıb.
Energetika naziri - Pərviz Şahbazov
1986-1992-ci illərdə Neft və Kimya İnstitutunda (indiki Neft və Sənaye Universiteti) təhsil alıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri - Sahil Babayev
Bakı Dövlət Universitetində "Beynəlxalq hüquq və beynəlxalq münasibətlər" sahəsi üzrə 2000-ci ildə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsini fərqlənmə ilə bitirib, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsini alıb.
Fövqəladə hallar naziri - Kəmaləddin Heydərov
1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirib. Azərbaycan Universitetində ikinci ali təhsil alıb.
Gənclər və idman naziri - Fərid Qayıbov
1995-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsinə qəbul olub. 1999-cu ildə Biznesin idarə edilməsi üzrə bakalavr, 2001-ci ildə isə magistr dərəcəsini əldə edib.
2014-cü ildə P.F.Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində (Sankt-Peterburq, Rusiya) pedaqoji elmlər namizədi dərəcəsini əldə edib.
Xarici işlər naziri - Ceyhun Bayramov
1990-cı ildə orta məktəbi gümüş medalla bitirib. Azərbaycan Dövlət İqtisad İnstitutunda iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetində isə hüquqşünaslıq ixtisası üzrə təhsil alıb.
İqtisadiyyat naziri - Mikayıl Cabbarov
1992-1997-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb.
2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.
Kənd təsərrüfatı naziri - Məcnun Məmmədov
2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Maliyyə və kredit" ixtisası üzrə bakalavr təhsili, daha sonra isə Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində biznesin idarə edilməsi üzrə magistr təhsili alıb.
2017-ci ildə ABŞ-də aqrobiznes üzrə SABIT (Special American Business Internship Training) proqramının iştirakçısı olub.
Maliyyə naziri - Samir Şərifov
1983-cü ildə Ukraynada, Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib, magistr dərəcəsi alıb.
Mədəniyyət naziri - Adil Kərimli
1999-cu ildə Bakı Dövlət Universitetnin hüquq fakültəsinin bakalavr, 2001-ci ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib. 2002-ci ildə Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasına dissertant qəbul edilib və 2007-ci ildə həmin ixtisaslaşma üzrə namizədlik dissertasiyasını müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasınin 5 may 2009-cu il tarixli qərarı ilə hüquq elmləri namizədi (hüquq elmləri üzrə fəlsəfə doktoru) elmi dərəcəsini alıb.
Müdafiə naziri - Zakir Həsənov
1976-cı ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi, 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 1986-1987-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının Akademik idarəetmə kurslarını bitirib.
Müdafiə sənayesi naziri - Vüqar Mustafayev
2008-ci ildə bakalavr dərəcəsi üzrə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Mühəndis iqtisadiyyatı və idarəetmə - Menecment ixtisasını fərqlənmə ilə bitirib.
2010-2013-cü illərdə Xəzər Universitetinin Maliyyə və kredit ixtisası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr proqramı üzrə təhsil alıb.
2016-cı ildən etibarən beynəlxalq assosasiya olan Daxili Auditorlar İnstitutunun üzvü olmaqla yanaşı, "Certified İnternal Auditor (CİA)" - Beynəlxalq Daxili Auditor kvalifikasiyası əldə edib və 2020-ci ildən beynəlxalq "İBM Data Science Specialization" - Data Elmi üzrə ixtisastlaşmış kvalifikasiyaya sahibdir.
Rəqəmsal inkişaf və nəqliyyat naziri - Rəşad Nəbiyev
1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb, 2000-2002-ci illərdə isə ABŞ-nın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.
Səhiyyə naziri - Teymur Musayev
1987-ci ildə Azərbaycan Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsinin 1-ci kursuna qəbul olub. 1993-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 25 dekabr 2000-ci il tarixində namizədlik dissertasiyasını müdafiə edib və 2001-ci il 4 aprel tarixli Ali Attestasiya komissiyasının qərarı ilə "tibb elmləri namizədi" elmi dərəcəsini alıb. 2003-2004-cü illərdə Fransanın "Universite Strasburg 1" Universitetində "laparoskopik cərrahiyyə" ixtisası üzrə diplom kursunun tələbəsi olub. 2013-2015-ci illərdə "Riga İnternational School of Business and Economics" və "Riga Stadins University" birgə magistratura təhsili alıb. 2015-ci ilin may ayında "Master fo Health Management (business executive)" magistr dərəcəsini alıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar