Sizin Reklam Burada
Xəbər lenti
18-06-2024
17-06-2024
BÜTÜN XƏBƏRLƏR

Müşfiq Məmmədli: "Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsidir"

Tarix: 12-06-2024 21:14     Baxış: 361 A- / A+

Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri Türk dünyasının gücləndirilməsi və Türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsidir. Prezident İlham Əliyevin 6 iyun tarixində TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarını qəbul edərkən etdiyi çıxış Türk dünyası arasındakı əlaqələrin əhəmiyyətini bir daha təsdiqləyir. 

Manevr.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin üzvü Mqşfiq Məmmədli deyib: 
"Prezident İlham Əliyevin "Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur" ifadəsi ölkəmizin bu istiqamətdəki siyasətinin açıq bir göstəricisidir. Son illər ərzində Türk Dövlətləri Təşkilatının xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirmişdir.
Növbəti ay Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü də bu birliyin əhəmiyyətini bir daha göstərir. Bu görüş nəqliyyat və iqlim mövzularına həsr olunacaq. Nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlıdır. Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması bütün Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə fəaliyyətinin nəticəsidir. Bu gün dünyanın Orta Dəhlizin potensialına daha çox ehtiyacı var və bu sahədə əməkdaşlıq böyük əhəmiyyət daşıyır.
Türk dünyası böyük bir ailədir və böyük potensiala malikdir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı və müsbət demoqrafik vəziyyət bu potensialı dünya miqyasında böyük bir gücə çevirə bilər. Prezident İlham Əliyevin çıxışı bir daha göstərir ki, Azərbaycanın məqsədi Türk dünyasını gücləndirmək və onun potensialını dünya səviyyəsində daha böyük bir gücə çevirməkdir. Bu istiqamətdə atılan hər bir addım Türk dövlətləri arasındakı birliyi və əməkdaşlığı daha da gücləndirir", deputat vurğulayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar