Xəbər lenti
Tarixçidən Hadrutla bağlı şok açıqlama: Osmanlı dəftərlərində ikiçayarası, fars dilində isə...

Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a AMEA-nın Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə deyib.
O qeyd edib ki, Hadrut sözünün mənası çayarası deməkdir:
“Osmanlı təhrir dəftələrində Hadrutun adı “İki çayarası” kimi qeyd edilib. Sadəcə olaraq o dövrdə sənədləşmədə fars dili istifadə edilirdi deyə, Hadrut yəni, çayların arası kimi işlənib. Amma qədim xəritələrdə, o cümlədən çar Rusiyasının XIX əsrin əvvələrinə aid xəritələrində bura Ağoğlan kimi qeyd edilib. 1832-ci ilin çar Rusiyasının hərbi topoqrafik xəritələrində Qadrut kimi qeyd olunub. Qacarlar dövlətinin ərazisindən çar Rusiyası tərəfindən köçürülən ermənilər də gəlib bu adları işlədiblər. Bir çox adları dəyişməyə cəhd edilib. Hansı adlar onlara aid deyil, onu dəyişə bilməyiblər. Çünki Hadrut adının ermənilərə heç bir aidiyyatı yoxdur. Onlar həmin əraziyə sadəcə olaraq gəlib məskunlaşıblar”.

Ramin Əlizadə bildirib ki, 1828-ci il Türkmənçay və 1829-cu il Ədirnə müqaviləsinə qədər həmin ərazilərdə ermənilərin yaşadığını sübut edən heç bir fakt mövcud deyil: “Əslində ermənilərin o əraziyə gəlməsini təsdiq edən kifayət qədər ciddi faktlar var. 1978-ci ildə Ermənilər Qarabağ ərazisində, Ağdərədə “Marağa-150” abidəsini qoymuşdular. Bu da onların Türkmənçay müqaviləsindən sonra əraziyə gəlib məskunlaşdığını göstərir. Ermənilər o “abidəni” 1988-ci ildə, məlum hadisələr başlayandan sonra uçurdular”. Məqsəd də o idi ki, yalanları üzə çıxmasın, amma bunların hamısının sənədləri, fotoları mövcuddur. Qarabağ tarixini yazan insanlardan olan Mir Mehdi Xəzan Tuğ məktəbində dərs deyib. Azərbaycan türkcəsində orada dərs keçilib. Bu da ərazinin əsl sakinlərinin kimlərdən ibarət olduğunu bir daha aşkara çıxarır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Təqvim
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar