Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Qızın döyüldüyünü gördükdə nə etmək lazımdır? - MƏSLƏHƏT

Tarix: 28-01-2019 15:09     Baxış: 3137 A- / A+
Qızın döyüldüyünü gördükdə nə etmək lazımdır? - MƏSLƏHƏT


Sirr deyil ki, qafqazlılar çox impulsivdir və emosiyaların yüksəlişi zamanı ağlasığmaz vəziyyətə düşə bilərlər.

Bir müddət əvvəl tanışım (şərti olaraq onu Məmməd adlandırdıq) nahar fasiləsindən işə qayıdırmış.

Qapılardan birinin qarşısından keçən zaman (hadisə “Sahil” metrostansiyasının yaxınlığında baş verib) o görüb ki, yaxşı geyinmiş gənc oğlan yüksək tonla qarşısındakı qıza qarşı əxlaqsız sözlərdən istifadə edir.

Məmmədin ağlına gələn ilk fikir o oldu ki, müdaxilə etmək lazımdır, ancaq danışıq üçün onun vaxtı yox idi. Dişlərini sıxaraq, ofisə tərəf hərəkət etdi.

Bir neçə addım getdikdən sonra Məmməd qadının ağlayaraq, qışqırdığını eşidib. Bu dəfə Məmməd boğucu fənddən istifadə edərək, həmin şəxsi zərərsizləşdirməyi bacarıb. Ancaq qız Məmmədə qarşı hücuma keçərək, çantası ilə onu vurmağa başlayıb. O, qızı döyən şəxsi buraxdı və həmin oğlan qızın köməyilə ayağa qalxdı.

“Sən kimsən? O, mənim ərimdir, bizdən kənara çəkil! Get buradan, yoxsa polis çağıracağıq!”, - deyə qız qışqırıb.

Məmməd hadisə yerindən uzaqlaşdı. Bu hadisəyə qarışmaq lazım idi? Axı bu, onun işi deyil. Bəs, əgər gəncin əlində bıçaq olsaydı? Kimsə dava zamanı ölsəydi? Və ya oğlan qızı öldürsəydi? Sənin bir insanın həyatını xilas etmək imkanın olduğu halda bunu etmədiyin düşüncəsi ilə necə yaşamaq olar?

Manevr.az Media.Az-a istinadən xəbər verir ki, bu sualları psixoloq Azad İsazadə cavablandırıb:

“Bir dəfə bizə məişət zorakılığına məruz qalan qadın müraciət etmişdi. Onu daim həyat yoldaşı döyürdü. Biz operativ şəkildə işə başladıq. Ancaq sonra qadın şikayətini geri götürdü və bildirdi ki, heç bir zorakılıq olmayıb. Onun əri isə bunun bizim işimiz olmadığını bildirdi. Gülməli vəziyyətə düşdük. Ancaq qadının maraqları vacib idi və biz işi dayandırdıq”, - psixoloq deyib.

A.İsazadənin sözlərinə görə, davranışın vahid modeli yoxdur. Mental dəyərlərimiz deyir ki, buna müdaxilə etmək lazımdır, ancaq insanın şəxsi həyatı var. Və bu vəziyyətlə tez-tez qarşılaşırıq.

Ola bilsin ki, psixoloqların bu suala cavabı yoxdur, ancaq hüquq sahəsindəki ekspert nə deyəcək?

Hüquqşünas Ceyhun Haqverdiyevin sözlərinə görə, hər şey vəziyyətdən asılıdır

“Əgər vətəndaş qanun pozuntusunun şahidi olursa, o zaman qanun pozucusundan dayanmağı xahiş edə bilər. Əgər həmin şəxs xahişlərə məhəl qoymayaraq, hüquqazidd hərəkətlərini davam etdirərsə, o zaman polisə zəng etmək lazımdır. Ancaq hər şey vəziyyətdən asılıdır”, - deyə o bildirib.

Ceyhun Haqverdiyev qeyd edib ki, əgər insan həyatı üçün birbaşa təhlükə müşahidə olunursa, o zaman müdaxilə etmək olar.

“Ancaq nəzərə almaq lazımdır ki, bundan sonra siz şahid deyil, münaqişə iştirakçısı sayılırsınız.

Misal üçün, görürsünüz ki, hüquqazidd hərəkət edən şəxs bıçağı götürüb, kimisə vurmaq istəyir. Onu zərərsizləşdirərkən yaralayırsınız. Yetirdiyiniz bədən xəsarəti məhkəmədə son zərurət kimi qiymətləndirilə bilər”, - C.Haqverdiyev deyib.

Hüquqşünas hesab edir ki, belə hadisələr zamanı insan sağlamlığı ilə risk etməməli və polisə müraciət olunmalıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar