Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Mobil telefonla çəkdiyi şəkillə körpəsində göz xəstəliyini AŞKARLADI - DİQQƏTLİ OLUN

Tarix: 28-11-2018 11:30     Baxış: 3201 A- / A+
Mobil telefonla çəkdiyi şəkillə körpəsində göz xəstəliyini AŞKARLADI - DİQQƏTLİ OLUN


Ana mobil telefonu ilə çəkdiyi fotolara diqqətlə baxdığında 3 aylıq körpəsinin bir gözünün ağ rəngli göründüyünü (normalda qırmızı rəngli göz dibi refleksionu olmalıdır) hiss edib və bu diqqətcilliyi sayəsində zamanında göz həkiminin müayinəsindən sonra Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edib, uşağı MRT müayinəsindən keçirərək dəqiq diaqnozun təyin olunmasına nail olub. Müraciət edərkən şikayətlər leykokoriya ("pişik gözü refleksi"), mikroftalmiya (gözün anomal inkişafı: göz almasının normadan kiçik ölçüdə olması) və görmə zəifliyi (bunu körpə hissə etməsə də, valideynlərin diqqətindən yayınmayıb) ilə bağlı olub.

Manevr.az xəbər verir ki, qeyd edilən əlamətlərlə müşahidə edilən retinoblastoma xüsusilə uşaqlarda rast gəlinən gözün retinasının şiş xəstəliyidir. Şiş əksər hallarda gözün birində əmələ gəlir. Amma bəzi hallarda hər iki gözdə də baş verə bilər. Retinada bir törəmə olaraq yaranan bu xəstəlik hətta mobil telefonla aşkar edilə bilər. İşıqlı fotolarda uşaqların göz bəbəyində görünən bəyaz parlaqlıq sayəsində uşağın retinablastoma olub-olmadığını müəyyən edə bilərsiniz. Yenidoğulmuşun kataraktası və kongenital persistan vitreus kimi digər patologiyalar da leykokoriyaya səbəb ola bilər.
Retinoblastoma xəstələrində dəqiq diaqnozun təyini üçün oftalmoloq baxışından dərhal sonra MRT müayinəsinin aparılmasının mütləq olduğunu vurğulayan RMDM-in Diaqnostik və İnvaziv Radioloq və Endovaskulyar Cərrahı, prof. Ahmet MEMİŞ bir sıra maraqlı məqamları açıqlayıb:
“Sağlam gözlər fotoda, adətən, qırmızı rəngdə çıxır. Övladınızın bir gözündə qaranlıqda balıq pulcuğu kimi parlama olur və uşağın gözü fotolarda daha diqqətəçarpan vəziyyətə gəlir və ağ ləkə çıxırsa, səbəbi katarakt və ya göz xərçəngi ola bilər. Bu xəstəliyə doğulan 10000 uşaqdan birində rast gəlinir, əmələgəlmə səbəbləri naməlumdur. Xəstəlik başladığı andan sürətlə inkişaf edir və 18 ay müddətində tam inkişaf mərhələsinə çatmış olur. Valideynlər bilməlidirlər ki, belə xəstələrdə göz müayinəsinin ardından ediləcək MRT müayinəsi çox vacibdir. Bu müayinələr edilərsə, nəinki övladınızın həyatı xilas edilər, hətta zədələnmiş gözdə görmə itkisinin də qarşısı alınar.”


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar