Sizin Reklam Burada
Xəbər lenti
19-11-2026
18-11-2026
BÜTÜN XƏBƏRLƏR

12 yaşlı şagirdindən uşaq doğan müəllimə hökm oxundu

Tarix: 19-11-2026 20:34     Baxış: 327 A- / A+
Avstraliyada 12 yaşlı şagirdini cinsi istismar edən və ondan uşaq doğan müəllimə 8 il 6 ay həbs cəzası verilib. 

 Avstraliyada baxılan bir işdə, 12 yaşlı şagirdinə cinsi istismar etməkdə təqsirli bilinən müəllimə hökm oxunub. Şagirdindən uşaq dünyaya gətirən müəllimə məhkəmədə hökm oxunub və 8 il 6 ay azadlıqdan məhrum edilib. 

Qərbi Avstraliyada 12 yaşlı şagirdini cinsi istismar edən və onun uşağını dünyaya gətirən musiqi müəlliminə qarşı açılan işdə yeni detallar aşkarlanıb.
12 yaşındaki öğrencisini istismar etti, yetmedi çocuk doğurdu! İşte aldığı ceza
Noyabrın 17-də məhkəmə 34 yaşlı Naomi Tekea Kreyqi səkkiz il yarım müddətinə azadlıqdan məhrum edib. O, 2024-cü ilin oktyabr ayında məktəbli oğlana cinsi təcavüz edib və 2025-ci il dekabrın 16-na qədər onunla münasibətdə qalıb. Cinayətlər törədilən zaman şagirdin 12 və ya 13 yaşı olub. Kreyq 2025-ci ilin dekabrında həbs olunanda o, səkkiz aylıq hamilə olub. O, yanvarın 8-də uşağı dünyaya gətirib. DNT testi uşağın atasının məktəbli olduğunu təsdiqləyib.

İndi müəyyən olunub ki, məktəblinin anası Kreyqi ifşa edib. Nəyinsə səhv olduğundan şübhələnən qadın evə gizli kameralar quraşdırıb və artıq oğlanın uşağına hamilə olan müəllimin onunla cinsi əlaqədə olduğunu gizlicə lentə alıb. Məktəblinin anası dərhal polisə müraciət edib.

Həmçinin məlum olub ki, müəllimə oğlanla 2023-cü ildə, onun ifa etdiyi qrupa rəhbərlik etdiyi vaxt tanış olub. Eyni zamanda, Kreyq oğlanın anası ilə dostlaşıb. Oğlan başqa məktəbə keçdikdən sonra qadın onunla ünsiyyət qurmağa davam edib. Müəllimin oğlanın ailəsi ilə münasibətləri o qədər yaxın olub ki, ailə evinin açarları ona həvalə edilib. Tezliklə qadın uşağa qarşı cinsi istismar hərəkətləri etməyə başlayıb. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar