Gəncədə 15 yaşlı yeniyetmə yaşayış binasının 5-ci mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.
Hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Ərazidə yerləşən yaşayış binasının 5-ci mərtəbəsindən 2011-ci il təvəllüdlü Ö.Rzayev yıxılıb.


































