Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Gəncə ilə Kiyevin fərqi var?

Tarix: 11-10-2022 11:50     Baxış: 4247 A- / A+




Doqquz aya yaxındır davam edən Rusiya-Ukrayna müharibəsi pik mərhələyə daxil olub. Ukraynanın iri şəhərləri bombalanır, dinc sakinlər həlak olur, evlər dağıdılır. Və beynəlxalq aləm də haqlı formada baş verənləri pisləyir, qətliamın müharibə qanunlarına uyğun olmadığını bəyan edir. Və bu da təqdirəlayiq haldır. Lakin görək, beynəlxalq təşkilatlar, fövqəldövlətlər hər zaman belə obyektik olurlar?
Götürək elə Azərbaycanla Ermənistan arasında 30 ildən artıq ki, davam edən münaqişəni. Təcavüzkar ölkə Azərbaycanın beynəlxalq qanunlarla təsbit olunan torpaqlarının işğal etdi - dünya susdu. BMT-nin işğalçının Azərbaycan torpaqlarından dərhal çıxmasını əks etdirən dörd qətnaməsi olduğu halda, buna əməl olunmadı. Yalnız Azərbaycan təkbaşına öz torpaqlarını azad etməyə başlayanda səslərini çıxarıb sülhdən danışmağa başladılar.  44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın dinc şəhərləri bombalandı, yenə də susdular. Gəncəyə 10 oktyabr 2020-dəki zərbə nəticəsində  9 nəfər şəhid oldu, 35 nəfər yaralandı. Ümumilikdə isə Gəncəyə  raket zərbələri zamanı 26 nəfər şəxs həlak olub, 175 nəfər yaralanıb. Halbuki, özlərinin də qəbul etdiyi qanunlarda göstərilir ki, dinc şəhərlərin bombalanası hərbi cinayətdir.
Ölkənin, xalqın, dinin fərqi yoxdur, bu cinayət dünya birliyi tərəfindən pislənməlidir. Ancaq Azərbaycan xalqı yenə tək qaldı və səsinə səs verən olmadı. Tək bir fakt - Ukraynanın bir neçə şəhərinin bombardman olması nəticəsində 10 nəfər ölüb, Azərbaycanda yalnız bir şəhərdə bu qədər itki oldu. Amma bu gün haqlı olaraq Ukrayna xalqına dəstək verən, dinc əhaliyə qarşı hərbi cinayəti haqlı olaraq pisləyən dövlətlər, təşkilatlar 2 il əvvəl eyni münasibəti göstərmədilər. İkili yanaşma və qərəz bu deyil, bəs nədir?


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar