Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Gənc şair Polkovnikin faciəvi həyatından yazır...

Tarix: 26-12-2021 14:10     Baxış: 3322 A- / A+

Rayonda yaşadığımız dövrlər idi. Hələ orta məktəbdə oxuyurdum...Kəndimizin nümunəvi şagirdlərindən olmuş şəxslərdən söz düşərkən hazırlıq müəllimlərimin çəkdiyi adlar sırasında iki adı tez-tez eşidirdim: Seymur və Fərman Cəfərov qardaşları. 

Zaman keçdi...Bu adların sahiblərini daha yaxından tanıdım. Tanıdım və öncə bir daha əmin oldum ki, kədər ən çox uğura can atan adamların ürəyindən yapışır...və ya əksinə; Ürəyindən kədər yapışanlar ən çox uğura can atır. 
Belə ki, müəllim ailəsində doğulub yaşadığı cəmiyyətin örnək yerinə çevrilən bu qardaşların üzünə tale uşaqlıq illərindən öz sərt silləsini çəkmişdi...və nə təəssüf ki, təkcə ana hənirtisi, ana səsi ilə uzaqdakı ağ işığa doğru böyüməyə davam etmişdilər. Həm də heç 40 yaşına çatmamış dünyadan köçən bir atanın məzarına baxa-baxa...

...90-cı illərdən hərb sahəsini özünə həyat yolu, amal, məslək seçən, bu istiqamətdə ali təhsil, ali rütbə alan Cəfərov qardaşları illər keçdikcə kəndimizdə sanki bir hərb mərhələsinə, istinad nöqtəsinə çevrildilər.
Çox yaxşı xatırlayıram. Orta məktəbi bitirən nə qədər gənc var idi ki, bu qardaşlara baxıb taleyini silaha, səngərə bağladı, onların sorağı ilə zabitlik sevdasına düşdü. Məhz bu qardaşların da qucaq açdığı, istiqamət verdiyi şəxslər az olmadı...

...Çox qəribədi. Kədər bəzən insanı ömrünün axırına qədər tərk etmir, eləcə xəlvətdə bir fürsət anını gözləyir, sanki macal axtarır. Macal axtarır ki, cücərib yenidən amansız ağrı-acıya, hadisəyə dönsün. Eynilə Cəfərov qardaşlarının alın yazısındakı kimi...

...Min əzab-əziyyətlə Türkiyənin Milli Müdafiə Universitetinin Quru qoşunları Hərbi Məktəbində (Kara Harp Okulu) təhsil al, illərlə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə fəaliyyət göstər, polkovnik-leytenant rütbəsinə yüksəl...və 46 yaşında ölüm sənin ürəyindən yapışsın. Yapışsın və uğurlarınla sevindirdiyin anana tabutunu göstərsin.

Həyat düşündüyümüz qədər də işıqlı deyilmiş. Oğullar bəzən ataların ölüm taleyini təkrarlayır, hörmətli Seymur Cəfərov-bu dünyanın yola saldığı adam!

Bu məqamda Səməd Vurğununun şeirindən bir bəndi xatırlayıram:

Ölüm sevinməsin qoy! Ömrünü vermir bada!
El qədrini canından daha əziz bilənlər,
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.


Məkanın uca olsun, cənab polkovnik!

Emil Rasimoğlu
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar