Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu işə başlayıb. Sayca 8-ci olan və noyabrın 6-dək davam edəcək Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edir. Tədbir çərçivəsindəki panel iclaslarda “COVID-19-dan sonra yaranan yeni dünya nizamı”, “Yeni dünya iqtisadiyyatı”, “Yeni dövrdə sülh, təhlükəsizlik və insan hüquqları”, “İqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması”, “Səhiyyə və insanların peyvənd edilməsi”, “Qida və qida təhlükəsizliyinin təşviqi”, “Gənclər danışır, biz dinləyirik”, “Şərq tərəfdaşlığı və onun imkanları” mövzularında, həmçinin Avropa İttifaqı, Balkan regionu və Cənubi Qafqazdakı vəziyyətə dair müzakirələr aparılır və aparılacaq.
Cənab prezident İlham Əliyev bu dəfə də forumdakı çıxışında qlobal əhəmiyyət kəsb edən məsələlərə toxunaraq 40-dan çox ölkə rəsmilərinin qarşısında çıxış etdi. Ölkə başçımız pandemiyanın dünyaya yayılmağa başladığı ilk günlərdən Azərbaycanda qabaqlayıcı kompleks tədbirlər görüldüyündən, ölkənin bütün resurslarınin vətəndaşların sağlamlığının qorunmasına səfərbər edildiyindən, virusun ölkəmizin sərhədlərinə yaxınlaşmazdan əvvəl Azərbaycanın koronavirusla mübarizəyə qətiyyətlə qoşulduğundan, ona qarşı ciddi addımlar atıldığından, 13 yeni xəstəxananın açılmasından, 4 min əlavə çarpayının yaradılmasından, lazımı tibbi ləvazimatların alınmasından danışaraq bütün bunları dünya ölkələrinin diqqətinə çatdırdı. Prezident çıxışında bir sıra maraqlı məqamlara da toxunub.
Dövlətimizin başçısı bildirib ki, bizim təşəbbüsümüzlə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb.
“Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir. Bu isə öz növbəsində ÜST-yə öz dəstəyini düzgün planlaşdırmağa və proqnozlaşdırmağa kömək edir. Qoşulmama Hərəkatının sədri qismində biz 30-dan artıq ölkəyə maliyyə və humanitar yardımı etmişik. Biz təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozaları ilə təmin etmişik. Eyni zamanda, biz yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi etmişik. Bunlar bizim qlobal səviyyədə atdığımız addımlardır. Əlbəttə, beynəlxalq ictimaiyyətin səylərinin birləşdirilməsi və dünyanın aparıcı dövlətlərinin məsuliyyətli yanaşma nümayiş etdirməsi bu xəstəliyin öhdəsindən gəlməyə yardım edəcək”.
“Biz qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkələrdənik”.
Bunu da Prezident İlham Əliyev bu gün VIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: “Bu, bizim qlobal məsələlərin müzakirəsinə olan töhfəmiz idi. Eyni zamanda, biz BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərlə bərabər və universal çıxış və peyvəndlərin ədalətli bölgüsünə dair təşəbbüs irəli sürdük. Biz qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkələrdənik. Bəzi ölkələr artıq peyvəndin üçüncü dozasının tətbiqini planlaşdırır. Digər ölkələrdə isə vaksinasiyanın səviyyəsi aşağıdır. Beləliklə, biz bərabər imkanların yaradılması üçün bu məsələni müzakirə etməliyik. Bununla yanaşı, qeyd etmək istəyirəm ki, bizim təşəbbüsümüzlə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir. Bu isə öz növbəsində ÜST-yə öz dəstəyini düzgün planlaşdırmağa və proqnozlaşdırmağa kömək edir. Qoşulmama Hərəkatının sədri qismində biz 30-dan artıq ölkəyə maliyyə və humanitar yardımı etmişik. Biz təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozaları ilə təmin etmişik. Eyni zamanda, biz yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi etmişik. Bunlar bizim qlobal səviyyədə atdığımız addımlardır. Əlbəttə, beynəlxalq ictimaiyyətin səylərinin birləşdirilməsi və dünyanın aparıcı dövlətlərinin məsuliyyətli yanaşma nümayiş etdirməsi bu xəstəliyin öhdəsindən gəlməyə yardım edəcək”.
Ölkə başçımız qlobal forumda ölkəmizdə pandemiya dövründə reallaşdırılan genişmiqyaslı sosial dəstək paketlərindən də bəhs edib. Bu sosial paket 5 milyona qədər insanı əhatə edirdi. Dövlət başçımız bildirdi ki, pandemiya dövründə 2020-ci və 2021-ci illərdə sosial yardım paketləri yaradılıb: “O insanlar ki, öz iş yerlərini məhdudiyyətlər səbəbindən itirmişdilər, onlar üçün sosial paketlərə 2,9 milyard ABŞ dolları həcmində dövlət büdcəsindən vəsait ayrılmışdı. Biz bu addımları atmaqda davam edəcəyik. Çünki biz tamamilə yeni bir vəziyyətlə üzləşmiş insanlara yardım etməliyik” deyə o bildirib.
Prezident İlham Əliyev çıxışında Azərbaycanda aparılan uğurlu vaksinasiya kampaniyasından da danışıb. O bildirib ki, koronavirus (Covid-19) pandemiyasının qarşısının alınması məqsədi ilə Respublikamızın bütün bölgələrində əhalinin peyvənd olunması kampaniyası uğurla davam etdirilir.
Ümumiyyətlə, ekspertlərin fikrincə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin tarixi, keçdiyi inkişaf yolu göstərir ki, Mərkəz qısa zamanda dünyanın ən önəmli fikir və müzakirə platformalarından biri halına gəlib. Dünya ictimaiyyətinin gündəliyində olan təxirəsalınmaz məsələlərin müzakirə edildiyi nadir, fəal beynəlxalq platformaya çevrilməsi nəticəsində Mərkəzin nüfuzu hər keçən gün daha da artır. Pandemiyanın hökm sürdüyü bir dövrdə belə bir tədbirin keçirilməsi bir daha Azərbaycanın nüfuzundan xəbər verir.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar