Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

İran və Qafqazdakı Daşnaktsütyunun tarixi keçmişinə bir baxış

Tarix: 01-04-2021 13:06     Baxış: 4224 A- / A+
İran və Qafqazdakı Daşnaktsütyunun tarixi keçmişinə bir baxış


Daşnak adı ilə tanınan Daşnaksütyun partiyası 1890-cı ildə Tiflisdə quruldu. Keçən əsrdə "Böyük Ermənistan" yaratmaq məqsədi ilə qurulan bu partiya iddialı hədəflərinə çatmaq üçün bir çox ekstremist və zorakı hərəkətlər etdi. Biz bu məqalədə tarixçilərin dediyi baxımından (partiyanın) hədəflərin formalaşması və mahiyyəti müzakirə olunur.


Behzad Tahirzadə yazır: "Daşnaksütyun partiyası aqressiv , inqilabi və Milliyyətçi Sosialist bir partiyadır və liderləri qorxu və çaxnaşma yaratmaqla partiyalarının hədəflərini vaxtında həyata keçirməyə çalışırdılar. Partiya Xristian tarixi 1890-cı illərdə çar Rusiyası hakimiyyəti tərkibində Ermənistanda (Tiflisdə) quruldu və zaman keçdikcə ermənilərin yaşadığı ölkələrdə (partiyanın) filialları yaradıldı. İdeologiyasına görə partiya sosial millətçiliyə söykənirdi və" nasist "adlanan Alman sosialist millətçiliyindən əvvəl mövcud idi. Erməni tarixçisi Herand Pasdar Majian, atası partiyada fəal idi və şiddət əməliyyatlarının əksəriyyətində iştirak etdi, partiya haqqında yazır:“1890-cı ildə Tiflis şəhərində Erməni Millətinin İnqilabi Federasiyası və ya Daşnaktsütyun adlanan partiya quruldu. Sadəcə Daşnak adı ilə tanınan bu partiya, Kristofer Mixaelian, Dr. Jean-Loris Melikof, Simon Zavaryan və Konstantin Xatissian tərəfindən quruldu. "Kristofer Mixaelian, Simon Zavarian və Rostom Zorian kimi kişilər səbirlə yeni Ermənistan yaratmaq fikri ilə gəldilər və onu inam odu ilə alovlandırdılar”.

Hüseyin Məliki (Zavuş) isə bu partiyanı belə təqdim edir: “Bu partiyanın ideologiyası Ermənistanın müstəqilliyini qazanmaq və Osmanlı- Rusiyada yaşayan ermənilərə vahid bir dövlət yaratmaq idi. Çar Rusiyası vətəndaşı olan bu partiyanın qurucularından üçü İranda tanınır, onlar Kristofer Mixaelian, Simon Zavaryan və Roston Zourian idi. Rostom dəfələrlə İrana səfər etmiş və Təbrizdə fəaliyyət göstərmişdir. Erməni dilində birləşmiş mənasını daşıyan daşnak, partiyanın siyasi və ideal mənasında terrorçu və inqilabi bir cəhətə sahib olan partiya idi.

Tarixi faktlara görə, bu partiyanın rəhbərliyindəki fəaliyyət istiqamətini və fəaliyyət trayektoriyasını müəyyənləşdirərək, elə çıxır ki, bu təşkilat mövcud olduğu və fəaliyyətinin başlanğıcında özünü ekstremist və inqilabi hesab edən təşkilat göstəribdir. Eyni haldakı erməni xalqının idealizmi ilə heç bir əlaqəsinin olmadığı və İngilis masonluğunun birləşmiş agenti olaraq, sürətlə 180 dərəcə döndü və xalq hərəkatları içərisində kapitalizmin qlobal maraqları istiqamətində fəal təsir elementi kimi, sağçı bir partiyaya çevrildi və gizli fəaliyyətlər həyata keçirdi. Bu partiya İran və Türkiyə xalqlarının milli mənafelərinə zidd olaraq, rəsmi hərəkətə başladı. Hərəkətin rəhbərliyi də irticaçı erməni kapitalistlərinin əlinə keçdi.
Tarixi faktlarda belə bir maraqlı fikir var: “Bu partiyaya bağlı olanlar ən rəhimsiz və qorxmaz insanlar arasından seçilirdi. Bu mövzuda aparılan ən son araşdırmalara görə, bu partiya İngilislərin köməyi və rəhbərliyi ilə qurulmuş və idarə olunurdu, çünki onlar Rusiya və Osmanlıda qarışıqlıq yaratmağa diqqət yetirirdilər. Əslində Daşnak partiyası Rusiya, Osmanlı və İranın strateji bölgələrində İngiltərə hökumətinin planlarının icraçısı idi”.

Həmin yazıda belə bir fikir də var: "Daşnak partiyasının mərkəzi Tiflisdə idi və “Drushak” yaxud “Bayraq” adlı rəsmi bir qəzet nəşr etdi və sonralar Cenevrəyə köçürüldü. Bayrağın üzərindəki yazıları "Azadlıq və ya Ölüm" devizi idi, bu da liderlərinin və üzvlərinin ekstremist xəttini müəyyən edirdi”.

Onlar ilk dəfə 1896-cı ilin avqust ayında Osmanlı Bankını 14 saat ələ keçirərək işçilərini girov götürərək əməliyyatlarını genişləndirdilər. Daşnaklar uzun illər milli partiyalara rəhbərlik edir və həmişə "Böyük Ermənistan" xəyalından danışırdılar. Siyasətçilər güc qazanmaq üçün bu cür hekayələrdən bəhs edir, minlərlə insanı qırğına verir, millətlərin və mədəniyyətlərin qəlbinə tarixi və silinməz kin qoyurlar. Daşnak erməni ideyaları daima indiki Ermənistan Respublikası, İran, Osmanlı İmperiyası və Qafqaz daxilindəki bölgələrin dincliyini və sabitliyini təhlükə altına atıb və yaddaşlardan silinməyən bəzən xalqların qırğınına səbəb olmuşdur. Onlar tədricən ağıllı və oturuşmuş siyasi tələbləri də irəli sürdülər.

1829-cu ildə Daşnak partiyasının ilk ümumi yığıncağında partiyanın əsas hədəfləri Osmanlı Ermənistanının siyasi və iqtisadi azadlığı idi.1905-ci ildə ermənilərlə müsəlmanlar arasında gedən müharibədə hərəkət Rus çarı tərəfindən olsa da, daşnakların ekstremizmi və onların Böyük Ermənistanın yaradılmasını tezləşdirməsi bu cür qanlı faciələrin yaranmasına səbəb olmaqda böyük rol oynayıb. 1907-ci ildə keçirilmiş assamblyada daşnaklar niyyət və istəklərini inkişaf etdirərək, Osmanlı İmperiyası altındakı Türk Ermənistanının muxtariyyətinə və Rusiya Federasiyası çərçivəsində Qafqaz Ermənistanının muxtariyyətinə dair müraciət irəli sürdülər.1919-cu ildə isə Yerevanda keçirilmiş doqquzuncu plenar iclasda açıq şəkildə vahid və müstəqil Ermənistanın təşkilinə çağırışı etdilər. Siyasi hədəflərə çatmaq üçün gah ruslar, gah kürdlər, gah da gənc erməni türkləri ilə və bəzən də kilsə ilə siyası ittifaq yaradırdılar. Milli hissləri stimullaşdırmaq və daşnaklardan "intiqam" sözünə vurğulamaq təhlükəli bir sima yaratmışdı.Türkdilli insanları alçaltmaq üçün onları "Tatar" adlandıraraq onlarla müharibə və qırğınlar barədə hekayələr uydurur və qəribə həyəcanla danışırdılar. İntiqam düşüncəsi əksər erməni kitablarında mövcuddur və hələ də müəyyən tarixi bir yanaşma ilə bu düşüncə müqəddəs sayılır. Daşnak partiyasının nasionalizmdəki ekstremizmi onları Rusiya hökuməti ilə qarşı qarşıya qoydu. Aliyə Ərfəinin qənaətinə görə: "XIX-ci əsrin sonu və XX əsrin əvvəllərində inqilabçı ermənilərlə Çar hökuməti arasında baş verən siyasi və şiddətli qarşıdurmalar bu dövrdə erməni millətçi ideologiyasının gücləndiyini göstərir”.
İran və Qafqazdakı Daşnaktsütyunun tarixi keçmişinə bir baxış

Daşnakların bölgədə vahid bir erməni dövləti qurma siyasəti, Türkiyə ərazilərinin böyük bir hissəsini, Azərbaycan Respublikasında Dağlıq Qarabağın erməni sakinli ərazilərini, İranAzərbaycanın bir hissəsini və Rusiya Ermənistanın bir hissəsini əhatə və Sovet hökümətində davam edirdi. Lakin nizamlı, vahid və müstəqil bir ölkəni tələb edərkən Sovet hökumətinin təzyiqləri və qarşıdurmaları nəticəsində cərəyan xeyli dərəcədə səngimiş, ancaq yenə də gizli şəkildə yaşamağa davam etmişdir. 28 May 1918-ci il tarixində Azərbaycanla eyni zamanda Tiflisdə Gürcüstan Respublikası və Yeravanda Ermənistan Respublikası quruldu. Xatırladaq ki, Ermənistan Respublikası ərazisi, Çuxor Səd əyaləti idi, Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələləri imzalanmadan əvvəl həmin əyalət İran ərazisinin bir hissəsi olan müsəlman Azərbaycanın dörd vilayətindən biri idi.

Ancaq 1918-ci ildə rus ordusu Qafqazı tərk etdikdən sonra daşnaklar İrəvanı və ətrafdakı 211 kəndi işğal edərək bölgədə yaşayan 300 min müsəlmanı qətli-am edib, meyitlərin üzərində Ermənistan Respublikası qurdular. Bu qanlı faciə nailiyyəti ilə kifayətlənməyən Daşnaklar, vətəndaş müharibəsinin davamı olan Rus İnqilabı nəticəsində Azərbaycan Respublikasındakı qeyri-sabit və nisbətən kritik vəziyyətdən istifadə edərək gərginlik və iğtişaşlar yaratdılar və nəhayət 1920-ci ildə Azərbaycanın Birinci Cümhuriyyətin süqutuna şərait yaratdılar. Azərbaycan xalqı Rusiyadan müstəqillik uğrunda mübarizə apararkən, ermənilər onlara zərbə vurmaqdan çəkinmirdilər. 31 mart 1918-ci il Azərbaycanın Rusiyadan müstəqilliyini elan etməsindən təxminən iki ay əvvəl, əksər ərazilərdə bu ölkənin silahsız və mülki insanlarına hücum etdilər, qırğın etdilər və dəhşətli cinayətlər törətdilər. İdeallarına uyğun olaraq daşnak sui-qəsdə və terror əl atdı və 1920-ci illərin əvvəllərinə qədər davam edən Osmanlı liderlərinə qarşı bir böyük cinayətlər həyata keçirdi. Onlar 1918-ci ildə Ermənistan Cümhuriyyətinin qurulmasında əsas rol oynadılar. 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının Baş naziri Fəthəlixan Xoyskiyi və eyni il, Daxili İşlər Naziri Bəhruzxan Cavanşiri terror etdilər.

“Orta Asiya və Qafqazı İnkişafının Mahiyyəti” kitabının müəllifləri, Birinci Dünya Müharibəsi və Müttəfiqlərin Osmanlı İmperiyası barədə hədəflərindən bəhs edərək yazırlar: “Müttəfiqlərin strateji hədəflərindən biri geniş Osmanlı ərazilərini işğal və parçalamaq idi. Bu səbəbdən müxtəlif yollarla Osmanlı İmperatorluğunun tərkibindəki etnik və dini vahidlər arasında antitürk və antiislami hisslər oyatmağa çalışdılar. Belə bir atmosferdə Fransa daxil olmaqla qərb ölkələrinin siyasi və mənəvi köməyinə və Rusiyanın fəal hərbi dəstəyinə arxalanan daşnaklar, o qədər millətçi və ekspansionist hisslərə qapıldılar ki, böyük bir Ermənistan yaratmaq üçün, Rusiya Ermənistanı, Gəncə və Dağlıq Qarabağın bir hissəsi, Türkiyənin şərqində 16 vilayət və İrana Azərbaycanının bir hissəsini almaqla da kifayətlənmirdilər. Ermənilərin qurulduğu təqdirdə belə bu ölkədə ermənilər azlıq təşkil edəcəkdi”.

Məhz bu iddialı illüziyalar və hədəflər əsasında 1908-ci ildə Məşrutə rejimi yerləşdikdən sonra Osmanlı İmperatorluğunda gənc türklər tərəfindən tabelikdə olan bütün millətlərə seçki hüququ verildikdən sonra ermənilər parlamentdə 10 nümayəndəsinin olması ilə kifayətlənmədilər. Frans Karel Andres “Türkiyə” adlı kitabında yazır: “1908-ci il Osmanlı İmperatorluğunun tabeliyində olan xalqlara səs vermək və seçilmək hüququ verilir və təyin olunmuş nümayəndələrin sayı aşağıdakı kimidir:

Türklərdən 107 nəfər, Ərəblərdən 45 , Yunanlardan 27 , Albanlardan 22 , Ermənilərdən 10 , Bolqarlardan 5, Serbiyadən 4, Yəhudilərdən 3, Ekradlardan 2, Rumınlardan, Taramianlardan, Bərbərlərdən 1 nəfər.

Göründüyü kimi, ilk dəfə olaraq Osmanlı İmperiyasında ermənilərə seçilmək hüququ verildi və Osmanlı İmperiyası Milli Şurasında ermənilərdən 10 nümayəndənin olmasına icazə verildi. Lakin dəlillər göstərir ki, Daşnaksütyun partiyası bu hüquqla kifayətlənməyib və daha çox hüquq tələb edib.

Eyni haldakı Osmanlı İmperiyası tərkibində ümumi erməni əhalisi, əhalinin 5% -ni təşkil edirdi. Lakin Daşnaksütyun partiyası hədəflərinə çatmaq üçün elə bir əməliyyatlar törətdi ki, hamısını bu sətirlərdə təsvir etmək mümkünsüzdür. Deyilənlərə əsas olaraq erməni tarixçisi "Herand Pasdarmajian" kitabından sitat gətirmək daha yaxşıdır. O yazır: Daşnak partiyasının, ilk diqqət çəkən hərəkəti və əslində onun şah əsəri sayılan 1896-cı ilin avqust ayında Osmanlı Bankını ələ keçirmək idi və 1897-ci ilin iyulunda Xanəsur Əməliyyatı ilə davam etdi. Sonrakı illərdə Daşnak partiyası tərəfindən təşviq edilən ermənilər, türklər və kürdlərlə qarşı-qarşıya qalmaq üçün Qafqaz və İranın dörd bir yanında Ermənistan müdafiə qüvvələrini artırdı.Osmanlı Ermənistanının müxtəlif bölgələrində çox ciddi və qətiyyətli insanlar dağlara aparıldı. Orada dəstə-dəstə toplaşaraq partizan müharibəsinə başladılar. Xanəsura qarşı kampaniya Daşnak partiyası tərəfindən 1896-cı ildə 800 ermənini öldürən köçəri kürdü cəzalandırmaq üçün İrandan başladılan ilk mütəşəkkil kampaniya idi. Daşnak partiyası 300 ermənini bir araya gətirərək Mazrig Kürd qəbiləsini qıraraq çadırlarını yandırdılar.

Keyhan qəzetinin yazdığına görə, Daşnak partiyası 24 ölkədə hələ də azlıq təşkil edən erməni terror qruplarına sahibdir və bunun sayəsində daha böyük bir Ermənistan yaratmaq planı həyata keçirirlər. Daşnaklar Böyük Ermənistan ideyasını vurğulayaraq indiki Ermənistan Respublikasını Şərqi Ermənistanın yalnız kiçik bir hissəsi olduğunu inanır və bu baxımdan Böyük Ermənistana, Dağlıq Qarabağ və Naxçıvana əlavə olaraq, yuxarı Mesopotamiya, Şərqi Anadolu, o cümlədən Qars, Şərqi və Qərbi Azərbaycan Əyalətlərinin bəzi hissələri və Cənubi Gürcüstandan Qara dənizə qədər olan ərazilər daxildir. General mayor Hüseyin Firdost İslam İnqilabından əvvəl bu qrupun İrandakı fəaliyyətləri haqqında yazır: “Daşnaktsütyun” və “Gizli Erməni Ordusu” kimi tanınan erməni siyasi qrupu "Məhəmməd Rizanın (İranın keçmiş hökümətinin şahı) razılığı ilə

İranda yarı gizli fəaliyyət göstərən qruplar arasında idi. SAVAK-ın sədrəvəzi olduğum zaman (Milli Şura Məclisində) erməni nümayəndəsi Saginian dəfələrlə məndən İrandakı Erməni Gizli Ordusunun rəhbərini görməyimi istədi. Bu tələb, Əlahəzrətin onunla əlaqə qurduğunu aydınlaşdırdı. Əslində İrandakı erməni terrorçularının lideri və əlbəttə ki, dünya səviyyəli bir məmur olan onu görmək üçün bir az tərəddüd edirdim ancaq buna baxmayaraq görüşə razılaşdım. O, Saginian ilə birlikdə (Zahidi prospektindəki) SAVAK ofisimə gəldi və maksimum hörmət göstərdi təzim etdi.Çox gözəl bir kişi sifəti olan sarı saçlı, qonur gözlü 30 yaşlı bir kişi idi. Söhbətlərində çox sakit, nəzakətli və çox ayıq idi.Yalnız bir halda tərəddüd etmədən və qətiyyətlə danışdı, o da bu idi ki, erməniləri incidən hər kimsə məhv edilər. Ancaq Gizli Ordunu rəhbərlik edən ən qabil insanı seçmişdilər. Ondan necə seçildiyini soruşdum. Cavabda sədr seçən gizli bir erməni şurasının olduğunu və seçilən şəxsin ölənə qədər adətən dəyişdirilməyəcəyini dedi. Bəlkə də Saginian idarə heyətinin bir üzvü idi, amma həmin gənclə bir qulluqçu kimi elə davranırdı ki, gəncin son dərəcə əhəmiyyətli bir məmur olduğunu göstərirdi. Bu görüşdən sonra bir daha o gənci görməklə maraqlandım, çünki ilk görüşdə bəzi sualları verməmişdim. Məni görməyə gəldi və əsas sualım "Gizli Erməni Ordusu" nun dünya miqyasında necə əməkdaşlıq etməsi idi. Cavab verdi ki, hər ölkənin belə bir "Gizli Ordusu" yoxdur, çünki bir çox ölkədə yaşayan ermənilərin sayı çox azdır. Ancaq bu məhdud ermənilər köməksiz deyil və Dünya Gizli Erməni Ordusu onları dəstəkləyir. Ümumiyyətlə qərarlar dünya miqyasında verilir və Gizli Ordunun üzvü olan Türkiyə vətəndaşı bir erməninin Filippində yaşayan bir insanı məhv etmək vəzifəsi ola bilər. Buna görə də dünya miqiyasında Gizli Erməni Ordusunun dünyada eyni olduğu və qərarların dünya ölkələrinin gizli ordularının idarə heyətində verildiyini söyləmək olur”.

1988-ci ildə Daşnak ekstremist partiyasının başçılığı ilə ermənilər bölgədəki qarşıdurmaların qığılcımını alovlandırdılar və Qafqaz geo-siyasi bölgəsində Azərbaycan Respublikasına qarşı yeni bir müharibə və gərginlik dövrünü başlatdılar. Bu, faciə "Sovet İttifaqı" nın dağılması ərəfəsində baş verdi və Qarabağın 30 il Ermənistanın işğalında qalmasına səbəb oldu.1992-1994-cü illərdə müharibə ən yüksək həddə çatdı və erməni qüvvələri Azərbaycanın bir neçə şəhər və çox sayda kəndini işğal etdi. Azərbaycanda 1994-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə siyasi fəaliyyət sahəsində yeni bir səfərbərlik yaradıldı. Yeni vəzifəyə gəlmiş Prezident siyasi danışıqlara üz tutaraq müharibəni dayandırmağa çalışdı. Heydər Əliyevin Rusiya ilə birlikdə döyüş tərəfləri və müharibədə digər nüfuzlu hökumətlərlə danışıqları, Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi, 1994-cü ilin sonlarında imzalanan müqaviləyə əsasən, döyüş tərəflərinin razılığı ilə döyüş meydanlarında atəşkəsin yaranmasına səbəb oldu. Ermənistan 2020-ci il sentyabr ayında Ermənistan hökumətində müxtəlif vəzifələrdə qalmış Daşnak partiyasının təşəbbüsü ilə Qafqaz bölgəsində növbəti

müharibəyə başladı və bu, qəribə bir hadisədir, çünki Ermənistan son illərdə Azərbaycan Respublikasına qarşı qərəzli ifadələrlə çıxış edirdi. Ancaq münaqişə niyə erməni liderlərinin xəyal etdiyi kimi getmədi? Bunun səbəbi Ermənistan liderliyinin bütün aspektlərdəki bir sıra ciddi səhv hesablamalardan irəli gəlir. Beynəlxalq atmosfer, Rusiyanın reaksiyası, Türkiyənin münaqişədəki rolu, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin ağıllı oturulmuş siyasətinin daxili dinamikası erməni rəhbərlərinin məğlubiyyətinə artıq zəmin yaratdı.

Beləliklə, erməni daşnaklarının Azərbaycan tarixi torpaqları Füzuli, Cəbreayıl, Zəngilan, Qubadlı, Horadiz, Şuşa, Ağdam, Laçın, və Kəlbəcərə olan otuz illik işğalı Azərbaycan 44 günlük Vətən Müharibəsində qürurla azad etdi. Təəssüf ki, Erməni xalqı arasında kiçik azlıq təşkil edən Daşnakların qeyri-insani, radikal və İŞİD-ə bənzər fikirləri hələ də erməni xalqını girov saxlayır və on illərdir erməni xalqının maraqlarını öz qeyri-insani istəklərinə görə qurban verirlər.

Doktor: Əhəd Qəzayi,
İranın Azərbaycan Respublikasındakı keçmiş səfiri

Tərcümə edən: Mihan Kərimi

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar