Xəbər lenti
Rusiyanın tələbi: Qarabağ razılaşmasına əməl olunmalıdır...
Biz bu sətirləri yazarkən Ermənistandakı siyasi vəziyyət kritik olaraq qalırdı. Amma müxalifət hakimiyyətin iddia etdiyi kimi zəif, özünün təqdim etdiyi kimi güclü də görünmürdü. Aydın idi ki, hakimiyyətin gücü onu hələ də dəstəkləyən adamların çoxluğunda idisə, müxalifətin də potensialı daha mobil, siyasi mübarizənin hər üzünə bələd olmasında və bir də hər şeyə hazır olmasında idi.
Maraqlısı budur ki, indi qarşıdurmaların güclənəcəyini və onun vətəndaş qarşıdurmasına çevriləcəyini deyənlər nümunə kimi 2008-ci il hadisələrini göstərirlər, bu isə Koçaryanın və Sarqsyanın aktivinə pozitiv heç nə yazmır, sonuncular isə N.Paşinyan hakimiyyətinə qarşı etirazların sözün əsl mənasında mühərriyini təşkil edirlər.
Amma bu günlərdəcə, daha doğrusu, Baş Qərargahla bağlı olayların - qarşıdurmanın geniş bir vüsət aldığı vaxtda belə bir təəssürat yarandı ki, müxalifət düşərgəsi ölkənin içində daha bir ciddi siyasi dayaq tapdı və bu amil onun siyasi konfiqurasiyasını ciddi şəkildə dəyişə bilər.
Bəli, bir daha deyək ki, söhbət indiki Ermənistan prezidenti Armen Sarkisyandan gedir.
Bu adam bizim diqqətimizi hələ Serj Sarqsyan dövründən cəlb etmişdi. O, S.Sarqsyanı "yola sala” bildi, üstəlik, yeni hakimiyyətin – inqilabçı Nikol Paşinyanın "saqqızını oğurlamağı” bacardı. Hazırda isə belə bir vəziyyət yaranıb ki, hətta Rusiya KİV-ləri "Ermənistan ya baş naziri, ya da prezidenti seçməlidir” yazırlar.
Bir daha deyirik ki, R.Koçaryan və S.Sarqsyan yalnız və yalnız zorakı üsullarla, siyasi qiyam və ya dövlət çevrilişilə öz istəklərinə çata bilərlər. Keçid hökumətinə başçı kimi nəzərdə tutulan Vazgen Manukyan isə elə də xarizmalı bir adam təsiri bağışlamır, həm də bunlar köhnə və özü də çox tanış kadrlardır.
Armen Sarkisyan haqqında isə bunu demək olmur və son hadisələr göstərir ki, bu simvolik prezident N.Paşinyana da dirsək göstərməyə hazırdır. O, Paşinyanın Qərargah rəisilə bağlı qərarını dəstəkləmədi və ən əsası da baş nazirin çağırdığı sonuncu təhlükəsizlik toplantısına da qatılmadı...
Qərəz, məsələ ciddi və qeyri-stabil olaraq qalır. Bəzi analitiklər belə hesab edir ki, hər şey Rusiyanın qərarından asılı olacaq. Biz bunu inkar etmirik: Ermənistanda hakimiyyətin dəyişməsi üçün iki-üç amil zəruridi, bunlardan biri də Kremlin "xeyir-duası”dır. İndiki vəziyyətdəsə Moskva əhlindən daha çox şey asılıdı. Məsələ bundadı ki, Koçaryan və Sarqsyan həzrətləri Moskvanın nökərləridir. Amma indiki vəziyyətdə bu adamların hakimiyyətə qayıdışı heç də Moskvanın ürəyindən deyil. Ona görə ki, bu adamlar gələcək, Kremlə yalvarıb-yaxaracaq, nəsə istəyəcək və hətta keçmiş xidmətlərinin müqabilində nəsə tələb edəcəklər. Kreml bunu istəmir və şərt qoyur: mən neytral qalıram, amma bircə şərtlə ki, Dağlıq Qarabağla bağlı razılaşmaya əməl olunmalıdır. Əslində bu bizim üçün çox önəmli haldır, çünki noyabr və ya yanvar sazişlərinin arxasında Rusiyanın özü dayanmasa, onu başqlarına irəlilətmək çox çətin olar.
Hazırda Ermənistanda meydan sulayan radikallar, müxalifət adlı tör-töküntü bunu çoxdan hiss edib və təsadüfi deyil ki, etirazların ilk günündən bəyan edib ki, adı çəkilən razılaşmaları kardinal şəkildə təftiş etmək niyyətləri yoxdur.
Koçaryanın və Sarqsyanın nəyə can atdığı, prinsipcə, hamıya yaxşı məlumdur: əgər Paşinyan hakimiyyətdə qalsa, nəinki 2008-ci il hadisələri sonadək araşdırılacaq, eləcə də bu adamların digər dayaqlarının özülləri də dağıdılacaq. Bəli, onlar məhz bundan ehtiyat edirlər. Bəs Paşinyanın hakimiyyətdən getməsindən sadə insanlar nə qazanacaq? Böyük hesabla heç nə! Üstəlik, istisna deyil ki, bu adamlara təzədən müharibənin ağırlığını çəkmək lazım gələcək. O ki qaldı Paşinyana, o, müəyyən kompromislər hazır olduğunu nümayiş etdirir: məsələn, yenidən bəyan edib ki, növbədənkənar seçkilər təklifi nəzərdən keçirilə bilər.
Belədə isə, burada bir detalı da qeyd etmək yerinə düşərdi. Bəli, Ermənistanda "rəngli inqilab” baş tutanda biz buna xeyli təəccüblənmişdik. Sankı o vaxtdan bir loxma qan içəridə qalıbdı və o, ermənilərə rahatlıq vermir. Ona görə də inqilab zamanı axıdılmalı olan qan müəyyən fasilədən sonra, indi də axıdıla bilər...
Hüseynbala Səlimov
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar