Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sülhməramlıdan BBC-yə açıqlama: "Azərbaycan hər mübahisəli ərazi üçün axıra qədər gedəcək"

Tarix: 27-02-2021 18:54     Baxış: 4212 A- / A+
Sülhməramlıdan BBC-yə açıqlama: "Azərbaycan hər mübahisəli ərazi üçün axıra qədər gedəcək"

İkinci Qarabağ Müharibəsindən sonra sərhədlərin yenidən müəyyənləşdirilməsi Ermənistanda çox müzakirə olunur. Çünki hektarlarla torpaq sahəsini Azərbaycana qaytarmaq lazım gəlir. Bəzi kəndlər yarı bölünür. Sərhədlərin yenidən müəyyənləşdirildiyi Zəngəzurda istehsalat dayanıb.

Manevr.az xəbər verir ki, BBC-nin Rusiya xidmətinin əməkdaşları yeni sərhədlərin kənarında yaşayan Ermənistan vətəndaşları ilə görüşüb. İlya Barabanov və Marina Katayeva sərhəd zonasından reportaj hazırlayıb.

Rusiya jurnalistlərinin əvvəlcə diqqətini Gorus-Qafan yolunun kənarındakı “Welcome to Azerbaijan!” yazılmış lövhə çəkib. Onlar yazının şəklini çəkmək istəyəndə, Rusiya sülhməramlıları yaxınlaşaraq fotoya icazə verməyiblər. Əsgərlərdən biri zarafatla deyib ki, Moskvadan gəldiyinizə görə sizi qoruyacağıq.
Sülhməramlıdan BBC-yə açıqlama: "Azərbaycan hər mübahisəli ərazi üçün axıra qədər gedəcək"

Rusiya sərhədçiləri bundan sonra jurnalistlərlə səmimi danışmağa başlayıb. Onlar Azərbaycan tərəfinin işə həssas yanaşdığını deyib: “Azərbaycan nəyə nail olmaq istədiyini dəqiq bilir. Hər mübahisəli ərazi üçün axıra qədər gedəcək. Ermənistan tərəfində belə hazırlıq yoxdur”.

Yolda jurnalistlərin qarşısına çoxlu İran nömrəli avtomobillər çıxıb. Barabanov və Katayeva Əkərək kəndinə getməyə çalışıblar. Amma qar BBC-nin əməkdaşlarına imkan verməyib. Onlara bir gün sonra gəlməyi məsləhət görüblər. Bu müddətdə traktor tapıb yolu açmaq lazım imiş.

Müxbirlər yazır ki, söhbət etdikləri Ermənistan vətəndaşları üçün Azərbaycanın torpaqları geri qaytarması gözlənilməz olub. İndi Qafanın kəndlərindən Azərbaycan qüvvələrini müşahidə etməyi çox sevirlər. “Onların çadırları görünür. Hərdən çıxıb futbol oynayırlar”, - deyə sakinlərdən biri danışıb.

Jurnalistlərlə həmsöhbət olan Valeri Qasparyan 20 il Hadrutda yaşayıb. O, Azərbaycanın qəsəbəni geri qaytarmasından sonra Qafana gəlib: “Burada nə qədər qalacağımı bilmirəm. Xeyirxah adamlar sağ olsun ki, yaşamağa yer veriblər”.

Qasparyan kommunal xidmətlərə görə haqq ödəmir. Amma ayı 30 dollara təqaüdlə başa vurmaq da asan deyil.

“Dağlıq Qarabağı verməyi başa düşdük. Bəs Zəngəzuru niyə verirsən? Türklər nə desə, dərhal cavab verir ki, hazıram”, - Qasparyan sanki hökumətlə söhbət edir.

Müxbirlər sərhədin yarıya böldüyü Şurnux kəndinə də baş çəkiblər. İndi yaşayış məntəqəsinin Ermənistan tərəfdəki hissəsində 80 nəfər qalıb. Kənd sakini Akop torpaqların təhvil verilməsi prosesini xatırlayır: “Bir general əlini belinə qoyaraq dedi ki, bura daha Azərbaycan ərazisidir. Bizim tərəfdən olan polkovnik-leytenant isə susmuşdu. Bilirsiniz, adam necə alçalır...”

57 yaşlı Larisanın əvvəlki evi Azərbaycana təhvil verilən ərazidə qalıb. Qadın deyib ki, evdən hər şeyi çıxarmağa şərait yaradılıb. Larisanın qonşusu Edik Ayrapetyan danışıb ki, bir yaşlı kişinin sərhədin o tərəfində ayaqqabıları qalıb, sonra sülhməramlılar gətirib.

Jurnalistlərin söhbət etdiyi sakinlər əsasən otlaq ərazilərinin əldən çıxmasından gileylənib. Buraların örüş yerləri fermer təsərrüfatı yaratmaq üçün də çox əlverişlidir.

Basarkeçər rayonunun (Ermənistanda Vardenis adlandırır - red.) meri Aram Melkonyan BBC-nin əməkdaşları ilə söhbətdə qarşılaşdıqları yeni qayğılardan danışıb. O, iki xalqın birgə yaşayış perspektivinə ümidlə yanaşdığını deyib: “Vaxt keçəcək, yaralar sağalacaq. Əvvəllər onlarla ünsiyyət saxlayırdıq, qonşuluqda yaşayırdıq. Məncə, qonşuluq əlaqələri bərpa olunacaq. Mütləq lazımdır. Əlbəttə, yaraların sağalması uzun sürəcək. On illərə ehtiyac var. İnsanlar yaşamalı, işləməli, irəli getməlidir. Bunun üçün qonşu olmaq lazımdır”./bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar