Xəbər lenti
Kosovo “biabırçılığı”
UEFA Millətlər Liqasında qrup mərhələsi başa çatdı. Komandamız qarşıya qoyulan tapşırığın öhdəsindən gələ bilmədi. Müstəqilliyi on ili yenicə aşan ölkənin futbolçuları millimizə elə dərs verdi ki…
Futbolçularımız üçün millidə hər cür şərait yaradılıb. Lakin onlar ötən gün yüz minlərlə azarkeşin arzusunu ürəyində qoydular.
Deməyəcəm ki, Kosovonun əhalisi bizdən səkkiz dəfə azdır, ərazisi bizimkindən 85 dəfə balacadır.
Yox, yəqin ki belə olsaydı, ərazisi və əhalisi bizimkindən balaca olan Hollandiya və Belçika da çoxlarına öz futbolu ilə dərs keçməzdi. Və ya əhalisi çox olan Çin və Hindistan bu dəqiqə futbolda dünyanın diktə edən ölkələri sırasında olardı.
Yox, əsla, mən bu söz doldurmaq üçün yazını sizlərə təqdim etməyəcəm. Amma bu 0:4 dərs götürülməsi üçün yığmaya verilən bir fürsətdir. Rəqibin heyətinə nəzər salaq.
Ehtiyat (üçüncü) qapıçı Visar Bekay istisna olmaqla, Kosovonun heyəti başdan-başa legionerlərlə doludur.
Düzdür, bu futbolçuların çoxu Balkan yarımadasında yox, Qərbi Avropada (daha çox İsveçrədə) futbolun sirlərinə yiyələnib. Amma Kosovoda müharibə olmasaydı və bu ölkə çoxdan müstəqil olsaydı, əmin ola bilərsiniz ki, Kosovonun özünün yetişdirdiyi futbolçular çox olacaqdı. Niyə belə düşünürəm? Çünki keçmiş Yuqoslaviya məktəbi hər zaman “futbolçu inkubatoru” olub.
Bəs biz əlimizi qatlayıb neçə legionerimizin olduğunu deyə bilərik? Riçard Almeyda, Pavel Paşayev, Dmitri Nəzərov, Ramil Şeydayev, Rüfət Dadaşov? Heç biri Azərbaycanda futbolun sirlərinə yiyələnməyib. (Sadaladıqlarımdan Riçi və Dimanın azərbaycanlı olmadığı çoxlarına bəllidir). Varmı belə birisi? Yox! Niyə axı biz Kosovonun müstəqil kimi mövcud olduğu bu on ildə xaricə futbolçu istehsal edə bilmədik?
Yəqin, indi qeyd edəcəyim səbəb çoxlarınızın beynindən keçir. Bəli, bizdə regionlarda futbolun inkişafı zəlil günündədir. Həvəskar səviyyəli Region Liqası keçirilir, amma bu elə futbolçuların həvəskar səviyyədə də itməsinə səbəb olur. Peşəkar liqalarımız ikidən azdır. I divizionumuzun səviyyəsi isə peşəkar liqası səviyyəsindən çox aşağıdır. Liqada yer doldurmaq üçün Premyer Liqa klublarının ikinci komandaları mübarizə aparır?
Kosovoda 12 komanda Super Liqada mübarizə aparır. Bizdə isə cəmi səkkiz. Ola bilər ki, hansısa klublar lisenziya şərtlərinə əməl etmədiyi üçün bu azlıq var. Amma say səkkiz olsun, amma klubların əksəri futbolçu yetişdirməkdə çətinlik yaşayan Bakıda cəmləşməsin.
Futbolumuzun ayağa qalxması üçün mütləq bölgələrimizdə bu idmanı peşəkar səviyyəyə qaldırmaq lazımdır. Yoxsa, hər 2-3 ildən bir baş məşqçi dəyişməklə, aşağı yaş qrup yığmalarında Əlinin papağını Vəlinin, Vəlininkini Əlinin başına qoymaqla inkişafdan danışmağımız mümkün olmayacaq./oxu.az/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar