Xəbər lenti
"8-ci km" bazarında iyrənc mənzərə : Dövlət qurumu hara baxır?
Ət və ət məhsullarının natəmiz formada tədarükü və satışı ilə bağlı məsələ yenidən gündəmə gəlib. Qida Təhlükəsizlik Agentliyinin açıq formada ət kəsimini və satışını qadağan etməsinə baxmayaraq, bu qaydalara əməl edilmir. Bakının bütün rayonlarında açıq formada ət satışı həyata keçirilir. Əksər məntəqələrdə isə natəmizlik hökm sürür.
"Xəzər" televiziyasının "8-ci km" bazarında lentə aldığı görüntülərdə səhər saat 5 radələrində ətlərin natəmiz maşınlarda gətirilərək, natəmiz bazar arabalarına boşaldıldığı, buradan isə satış məntəqələrinə daşındığı məlum olur. Həm məntəqələrə gətirilən, həm də satış yerlərində asılan ətlərin açıq formada olduğu da görüntülərdə öz əksini tapıb.
Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Mənsur Piriyev isə suallara standart cavab verərək, qurumun əməkdaşları tərəfindən bazarlarda satılan ətin yoxlamadan keçirilərək, satışına icazə verildiyini deyib.
Qeyd edək ki, mütəxəssislər bildirirlər ki, ət və ət məhsulları xüsusi qablaşdırılmış formada, soyuducuları olan maşınlarda satış məntəqələrinə gətirilməlidir. Çünki ətin mənzil temperaturunda saxlanma müddəti 4 saatdır. Bundan artıq saxlanarsa, onda mikroarqonizmlər yarana bilər ki, bu da istehlak zamanı zəhərlənmələrə gətirib çıxara bilər. Ət zəhərlənmələrinin isə təhlükəli olduğu qeyd edilir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Cümhuriyət"ə açıqlamasında bildirib ki, ölkə paytaxtında pərakəndə ət satışının qarşının alınması məqsədilə dövlət orqanları, polis illərdir mübarizə aparsa da, nəticə yoxdur:
"Ala bilməyəcəklər də. Qida Təhlükəsizlik Agentliyi fəaliyyətə başlayanda da mən dəfələrlə bildirmişəm ki, bunun qarşısını inzibati yolla almaq mümkün deyil. Səbəbi odur ki, Azərbaycan istehlakçıları buna tələbat yaradır. İstehlakçılar küçədə gözləri qarşısında kəsilən, heyvanın ətini almağa üstünlük verirlər".
Ekspert deyir ki, ilk növbədə istehlakçılar arasında təbliğat aparılmalıdır ki, xarici ölkələrdə olduğu kimi, ət almaq üçün küçəyə deyil, marketlərə üstünlük versinlər:
"Çünki istehlakçılar Sovet vaxtından rüşvətlə yalançı möhür vuran baytarlardan əllərini üzüblər. İstehlakçı bazara gedəndə görür ki, məhsulun üzərində baytarın verdiyi kağız var. Guya baytar səhərə qədər yatmayıb, yüzlərlə əti yoxlayıb, qara yaranın olmadığını qeydə alıb. Bu yalançılıqları istehlakçılar görürlər. Dəfələrlə Qida Təhlükəsizliyi Agentliyinə təkliflər vermişəm ki, ilk növbədə içtimaiyyətin inamını və rəğbətini yaratmaq lazımdır. Problem yalnız bu yolla həll oluna bilər, administrativ yolların nəticə verməsi mümkün deyil. Bütün bunlarla bağlı 16 oktyabrda -beynəlxalq tədbirdə AQTA sədri Qoşqar Təhməzli ilə görüşdüm. O isə bir sıra məsələlərdə məni günahlandırdı. Təəssüflər olsun ki, dövlət qulluğuna təyin olunan adamların ayaqları yerdən üzülür, xalqla iş görə bilmirlər. Bundan sonra da AQTA-nın sədr müavini ilə əlaqə saxlamışam. Bildirmişəm ki, bu istiqamətdə Azad İstehlakçılar Birliyi əhalinin rəyinin formalaşdırılması istiqamətdə iş apara bilər. Amma məni qəbul etmirlər".
Eyyub Hüseynov deyir ki, AQTA-nın Əsasnaməsində göstərilir ki, onlar məhsulu tarladan və ya fermadan istehlakçıların süfrəsinə qədər izləməlidirlər:
"Bu baxımdan da təkcə kəsim məntəqələrini dəyişməklə problem bitməyəcək. Elə etmək lazımdır ki, əhali küçədə satılan ətlərə tələbat yaratmasın. Avtomatik olaraq problem aradan qalxacaq. Biz bunun mexanizmni bilirik. Biz KİV, eləcə də "Cümhuriyət" qəzeti vaistəsi ilə elə iş apara bilərik ki, alıcılar küçələrə deyil, marketlərə üstünlük versinlər. Çox təəssüflər olsun ki, AQTA öz öhdəsinə düşən məsələlərin həllində rassional yollar seçə bilmir".
Eyyub Hüseyinov qeyd edir ki, Nazirlər Kabinetinin 94 nömrəli qərarına görə, ölkənin əmtəə bazarında satılan bütün mallar bükülməlidir, onun istehsal tarixi, saxlanma müddəti, istehsal mənbəyi üzərində yazılmalıdır: "Amma marketlərdə də ət açıq formada satılır. Nadir şirkətlər var ki, bu qaydalara əməl edirlər, ət məhsullarını müasir formada qablaşdırırlar. Digərləri də onlardan nümunə götürməlidirlər. İstehlakçı problem olanda bilməlidir ki, hansı məhsulu alır"./cəbhə.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar